S.Mehbalıyev qeyd edib ki, əgər o zaman Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaradılmasaydı, həmkarlar təşkilatlarının fəaliyyəti dayana bilərdi: "Konfederasiya yaradılandan sonra bizə qarşı çox hücumlar oldu. Konfederasiyanın əmlakına da göz dikmişdilər. O dövrdə ölkə prezidenti olan Əbülfəz Elçibəy bizim binamızın Xarici İşlər Nazirliyiniə, kurort-turizm idarələrinin Səhiyyə Nazirliyinə verilməsi haqqında sərəncamlar imzaladı. Ancaq o sərəncamlar kağız üzərində qaldı. Biz o sərəncamların həyata keçməsinə imkan vermədik. Ondan sonra maliyyə nazirinin imzası ilə yerlərə məktub getmişdi ki, üzvlük haqqı yığılmasın. Yəni, maliyyə resursları ləğv ediləndən sonra həmkarlar ittifaqları öz-özünə dağılacaqdı, ancaq buna da nail ola bilmədilər və həmkarlar ittifaqları bu günki səviyyəyə gəlib çatıb”.