Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Mikologiya elmi bizə nələr deyir...
Tarix: 25.11.2015 / 01:47
Bölmə: Sosial
"Mikologiya müasir elmi baxışda mikrobiologiyanın digər tərkib hissələrindən fərqli olaraq çox əhatəli, rəngarəng və bugünə qədər də ziddiyyətli məsələlərə malik elmi sahədir. Mikologiya təbiətdə mövcud olan mikroorqanizmlərdən bəhs edən elmdir. Mikronlarla (1/1000 mm) ölçülən bu gözəgörünməzlər müxtəlif ekoloji şəraitdə yaşayır, öz həyat tərzləri sayəsində ən mürəkkəb biokimyəvi proseslər aparır və həm üzvi, həm də qeyri-üzvi birləşmələrin çevrilməsində müstəsna rol oynayaraq təbiətdə maddələr dövriyyəsini təmin edir.
Bu elm bakteriyaları, şüalı göbələkləri, mikroskopik əsl göbələkləri, yosunları, heyvanları və s. əhatə edir" - deyir dünya şöhrəti qazanan, biologiya elmləri doktoru, professor Nisə xanım Mehdiyeva. Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun təşkilatçısı Nisə xanım Mehdiyeva doğma dilimizdə yazılan ilk mikologiya kitabının və 130-dan artıq elmi əsərin müəllifidir.
Allah Təala bu dünyaya heç gərəksiz insan gətirmədi. Amma kim niyə gəldiyini dərk edə bildisə, gedəcəyi yolu tapdı və Uca Allahın verdiyi bir ömürlük nemətləri hədərə xərcləmədi. Kim dərk etmədisə, itirdi. Öz ağlı, düşüncəsi ilə ona bəxş olunan ömür yolunu mənalara bələyən insanlar o ömrü qazandılar. Bu qazancın nə qədər böyük olduğunu anlamaq üçün məhz mənalı bir ömür yaşamaq gərəkdir. Hər hansı bir sahədə böyük zəhmətlər bahasına uğurlar qazanan, insanların xeyrinə gecə-gündüz çalışan insanların əməyini qiymətləndirmək üçün onların ömür yolunu sadəcə uzaqdan seyr etmək yox, bu ömrün bizə bəxş etdiyi və gələcək nəsillər üçün qoyub getdiyi ərmağanları incələmək, dəyərləndirmək lazımdır.
Azərbaycanın bir çox sahələri kimi, elmi də həmişə uğurlarla zəngin olub. Elmin müxtəlif sahələrində qazanılan nailiyyətlər, heç şübhəsiz, xalqın mənəvi nailiyyətidir! Bu da bir həqiqətdir ki, professor Nisə xanım Mehdiyeva bütün həyatını insanların xeyrinə elmimizin inkişafı üçün yaşamağı özünə borc bilib. O, "Mikroblar bioloji müxtəlifliyin və ekologiyanın qorunmasında əsas amildir" - deyir və belə davam edir: "Bu gün bioloji müxtəlifliyin və ekologiyanın qorunması və ekoloji tarazlığın bərpa edilməsi dünyada ən aktual problemlər sırasındadır. Bu problemlər inkişaf edən və ya təbii sərvətlərlə zəngin olan ölkələrdə daha çox diqqət tələb edir. Azərbaycan torpaq və iqlim şəraiti baxımından başqa ölkələrdən xeyli fərqlidir. Məhz buna görə də burada bioloji müxtəliflik daha geniş vüsət tapmalıdır. Eyni zamanda respublikanın təbii sərvəti olan neft və təbiətin ən ali məxluqu olan insan ekoloji duruma mənfi təsir göstərərək bioloji müxtəlifliyi məhdudlaşdırmaqda və onun tarazlığının pozulmasında əsas amillərdir. Qeyd etmək yerinə düşər ki, insandan başqa bütün canlıların həyat fəaliyyəti təbiətdə mövcud olan tarazlığı qorumağa yönəlib. Buna bariz misal, hansı canlı aləmə mənsub olmasından asılı olmayaraq, orqanizmlər arasında mövcud olan qarşılıqlı münasibət nəticəsində ekoloji tarazlığın saxlanılmasıdır. Ekoloji tarazlığın qorunmasında makroorqanizmlərlə müqayisədə mikroorqanizmlərin rolu daha böyükdür. Onlar təbiətdə olan müxtəlif mürəkkəb üzvi materialları başqa orqanizmlər tərəfindən qida mənbəyi kimi mənimsənilə biləcək sadə birləşmələrə çevirərək onların inkişafını zəruri məcrada saxlayırlar. Azərbaycan mikrobioloqlarının apardığı tədqiqatlar nəticəsində respublikanın mövcud ekosistemində özünəməxsus mikroorqanizm növlərinin olması aşkar edilib.
Nəzəri və praktik baxımdan böyük əhəmiyyət kəsb edən göbələklər aləmi nisbətən yaxşı öyrənilib. Elə bu səbəbdən də Azərbaycanda göbələklərdən bəhs edən mikologiya keçmiş Sovetlər ölkəsində başqa respublikalardan geridə deyildi və müəyyən istiqamətlərdə birincilər sırasında gedərək öndər rolunu oynayırdı. Aparılan tədqiqatlar nəticəsində respublika ərazisində yeraltı və yerüstü ekosistemlərdə təxminən 4 minə qədər mikroorqanizm növü aşkar edilib ki, onların da təxminən 100-ü elmdə yeni hesab olunur.
Bizə məlum olan qaynaqlardan məlumdur ki, Azərbaycanda ilk dəfə kif göbələklərindən irinli yaraların müalicəsində XII əsrdə şair Əfzələddin Xaqaninin əmisi istifadə edib, XVII əsrdə ilk dəfə yeməli göbələyi Məhəmməd Mömin təsvir edib.
Azərbaycanda göbələklərin öyrənilməsinin qədim tarixi olmasına baxmayaraq, neçə əsr keçdikdən sonra da respublikada milli mikroorqanizmlər kulturası kolleksiyasını təşkil etməyə nail olunmayıb.
Ekoloji problemlərin geniş vüsət tapdığı və bioloji müxtəlifliyin öyrənilməsi və onun qorunması qlobal məsələ sayılan çağdaş dünyamızda mikroorqanizmlərin növ müxtəlifliyinin öyrənilməsi və heç olmazsa ekoloji və praktik cəhətlərdən önəmlilərinin canlı kultura kolleksiyası şəklində saxlanması vacib məsələlər sırasında olmalıdır..."
Nisə xanım Mehdiyeva respublikada mikrobiologiya problemləri üzrə Elmi Şüranın, Mikrobioloqlar Cəmiyyətinin yaranmasında böyük rol oynayıb və özünün təşəbbüsü ilə yaradılan bu qurumlara rəhbərlik edib. SSRİ Elmlər Akademiyasında bir sıra tədqiqat işlərinə rəhbərlik edən alim o dövrdə ən güclü tədqiqatçı kimi tanınıb. Beynəlxalq Eko Energetika Akademiyasının akademiki seçilən Nisə xanım Mehdiyevanın respublikada və xarici ölkələrdə nəşr edilən jurnallarda onlarla məqalələri çap olunub. Dünya şöhrətli elm xadimi Nisə xanım, "Dəyərli və zülalla zəngin göbələk" başlıqlı məqaləsində belə yazır: "Zülallar bütün orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən mürəkkəb üzvi birləşmələrdir. Müxtəlif yaş və peşədən asılı olaraq yetkin insanda fizioloji proseslərin normal fəaliyyəti üçün sutka ərzində təxminən 80-100 qram zülal tələb olunur. Bu ehtiyac əsas etbarilə bitki və heyvani zülalla ödənilir.
Zülalın dəyəri onun tərkibində olan amin turşularının miqdarından və çeşidindən asılıdır. Tərkibində 8 əvəzedilməz amin turşuları: triptofan, lizin, metionin, valin, leysin, izoleysin, fenilalanin, trionin olan heyvani zülal tam dəyərli zülaldır.
Hələ 1980-ci ildə FAO-nun (Birləşmiş Millətlər Təşkilatının ərzaq və kənd təsərrüfatı federasiyası) məlumatına görə, dünya əhalisinin üçdə ikisinin qidasında zülal çatışmazlığı var idi. Əgər inkişaf etmiş ölkələrdə hər adam başına 50 qram heyvani zülal düşürdüsə, iqtisadi cəhətdən geridə qalan ölkələrdə onun miqdarı 9-10 qrama bərabər idi. Bu isə insan orqanizminin fizioloji tələbatından 5-7 dəfə azdır.
Zülallı qida maddələrinə ehtiyac ildən-ilə artır. Odur ki, dünya əhalisini zülalla təmin etmək üçün qidaya yararlı yeni zülal mənbələrinin aşkar edilməsi günün zəruri məsələlərindən biri olaraq qalır.
Təbiətdə başqa zülali nemətlərlə yanaşı, heyvani zülalla zəngin olan göbələk növləri mövcuddur. Ən qədim zamanlardan insanların bir çox papaqlı göbələklərin yeməli və zəhərli olmaları haqqında məlumatları var idi. Bir gündə ananın, qızın və iki oğulun göbələkdən zəhərlənməsi haqqında ilk yazı eramızdan əvvəl 450-456-cı illərdə bir mifoloji heykəlin üzərində həkk olunub. Zəhərli göbələklərin mövcud olması təbiətin insana bəxş etdiyi bu dadlı nemətə qarşı qorxu hissi aşılayıb. Lakin buna baxmayaraq, 19-cu yüzilliyin axırlarından başlayaraq Avropa və bəzi Asiya ölkələrində geniş kütləyə məlum olan papaqlı göbələk - şampinyonun süni yolla becərilməsinə diqqət verilir. Bu işin elmi əsaslarla aparılması üçün tədqiqat mərkəzləri fəaliyyət göstərir və xüsusi dərgilər çap edilir.
Aparılan elmi-tədqiqatlar nəticəsində şampinyonun tərkibində heyvani zülalda olduğu kimi bütün əvəzedilməz amin turşuları, vitaminlərdən B1, B2, B6, B12, D1, D2, biotin, nikotin və pantoten turşularının mövcudluğu aşkar edilir. Quru şampinyonun 20-30 faizi zülaldan ibarətdir. Onun 70 faizi insan tərəfindən mənimsənilən, bütün zülalın isə 25-30 faizi əvəzedilməz amin turşularıdır.
Qeyd etmək lazımdır ki, şampinyonun sənaye istehsalı çox əmək və vəsait tələb edən mürəkkəb prosesdir. Onun dünya miqyasında istehsalı bir milyon tona qədərdir. Lakin bu, zülala olan ehtiyac fonunda dəryada damla kimidir.
İstehsalatda becərilmə həcminə görə şampinyondan sonra ikinci yerdə ağacçürüdən kimi məşhur olan, çox müxtəlif coğrafi və ekoloji şəraitdə yayılmış Basidiomycetes sinfinə mənsub olan Pleurotus cinsinin müxtəlif növləridir. Onlardan ən çox maraq doğuran Pleurotus ostreatus növüdür. Bu növ respublikanın bütün regionlarında rast gələn və asılqal adı ilə məşhur olan ağacçürüdən göbələkdir.
Bu göbələyin biokimyəvi tədqiqi onun zülalda bütün əvəzedilməz amin turşularının varlığı, vitaminlərdən askorbin turşusu, biotin, riboflavin, nikotin turşusu, müxtəlif lipidlər və mineral duzlardan azot, fosfor, kalium, natrium, maqnezium, kalsium, kükürd, dəmir, manqan, mis, sink və s. elementlərin mövcudluğunu göstərmişdir.
XXI əsrdə elmin və istehsalın qarşısında duran aktual problemlərdən biri ekologiyanı çirkləndirən üzvi mənşəli tullantılardan səmərəli istifadə yollarını araşdıraraq onlardan qida və yem mənbələri kimi istifadə etmək və eyni zamanda ekologiyanın çirklənmədən qorunmasını təmin etməkdir.
Respublika bitkiçilik təsərrüfatının külli miqdarda müxtəlif tullantıları mövcuddur. Bu tullantılardan səmərəli istifadə yollarından biri qiymətli zülali qida mənbəyi kimi asılqal göbələyin istehsalat səviyyəsində becərilməsinin təşkil edilməsidir..."
Görkəmli elm xadimi professor Nisə xanım "Dadlı və müalicəvi göbələk kvası" mövzusunda belə deyir: "Canlılar aləminin həyat tərzi, ölçüsü, quruluşu və formasına görə çox müxtəlif sakinləri vardır. Onlar şərti olaraq iki aləmə bölünürlər: makroaləm - gözəgörünənlər və mikroaləm - gözəgörünməyənlər.
Makroaləmə kiçik həşəratdan tutmuş ta insana qədər bütün canlılar daxildir. Bəs mikroaləmin "sakinləri" kimlərdir? Bu aləmin sakinləri mikroblardır. Mikroblar çox kiçik, mikronlarla ölçülən orqanizmlərdir. Onlar çox müxtəlif ekoloji şəraitdə yaşaya bilirlər. Buna səbəb onların çox kiçik olmalarına baxmayaraq, mürəkkəb biokimyəvi proseslərin gedişində iştirak etmək qabiliyyəti və ya proseslərin yeganə amili olmalarıdır. Onlara biz nəhəng laboratoriyalar deyə bilərik.
Bu kiçik orqanizmlərin qidalanması da çox mürəkkəbdir. Təbiətdə elə bir çətin birləşmə yoxdur ki, mikrobların təsirinə məruz qalmasınlar.
Hazırda mikrobların köməyi ilə sənaye miqyasında çox qiymətli məhsullar - vitaminlər, antibiotiklər, fermentlər, amin turşuları, boy maddələri, üzvi turşular, boyalar, canlı gübrələr, müxtəlif mənşəli siloslar hasil edilir. Mikroblara bakteriyalar, şüalı göbələklər, əsl göbələklər, yosunlar, bəsit heyvanlar və s. daxildir.
Azərbaycanda nisbətən yaxşı öyrənilən göbələklərdir. Onlar təbiətdəki ekosistemlərdə geniş yayılan, bitkilərlə heyvanlar arasında keçid təşkil edən və sayı 150 minə yaxın olan müxtəlif orqanizmlərdir. Göbələklər ölçülərinə görə ya xeyli böyük - makroskopik, ya da adi gözlə görünməyən - mikroskopik orqanizmlərdir. Göbələklərin mikroskopik nümayəndələri çoxluq təşkil edir və müxtəlif biokimyəvi proseslərin gedişini istiqamətləndirərək təbiətdə maddələr dövriyyəsini təmin edirlər.
Təklikdə gözlə görünməyən, lakin nəhəng koloniya əmələ gətirərkən tezliklə nəzərə çarpan və çay göbələyi, çay kvası, yapon göbələyi, mancuriya göbələyi adı ilə məşhur olan Meduzomyces gizevir maya göbələyi Saccharomyces ludwiqi və sirkə turşusu bakteriyası Acetobacter acetinin müştərək məskunlaşmasıdır.
Bu göbələk ilk dəfə Şərq ölkələrində - Yaponiyada, Hindistanda, İndoneziyada becərilmişdir. Yaponiyada qadın rəqqasələr bədən fiquralarının saxlanması, ziyillərin yox edilməsi, saçların tökülməsinin və ağarmasının qarşısının alınması üçün, Hindistanda körpələrin dərisində olan ləkələrin təmizlənməsi, susuzluğun qarşısının alınması üçün, İndoneziyada isə müxtəlif zəhərlənmə zamanı istifadə edilirdi.
Çay göbələyi asanlıqla becərilir və inkişaf edərək olduğu mühitdə spirt, karbon qazı, müxtəlif üzvi turşular, aromatik maddələr, fermentlər və "B" qrupundan olan vitaminlər əmələ gətirir. Göbələyin inkişaf etdiyi məhlul antibiotik və ağrıkəsici xassəyə malikdir. O, qanda xolestrinin miqdarını və qan təzyiqini azaldır, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir, bakterial ishal, qastrogen enterit, yaşlılarda spastik və dizenteriya təbiətli kolitlərdə yaxşı nəticə verir. Məhluldan ateroskleroz, hipertoniya, revmakardit, poliartrit, angina və s. xəstəliklərə qarşı istifadə etmək məsləhətdir..."
Beləcə mikologiya predmetindən, onun canlılar aləmindəki yerindən və göbələklərin özünəməxsus xüsusiyyətlərindən bəhs edən Nisə xanım Mehdiyeva, Azərbaycan dilində mikologiyaya aid olan ilk kitabın müəllifidir. Bununla yanaşı, görkəmli elm xadimi indiki dəyişən dünyamızda ingilis dilinin geniş yayıldığını və bu dildə zəngin elmi və tədris qaynaqlarının olduğunu nəzərə alaraq, rusdilli və türkdilli oxucuların ingilis dilində dərc olunan mikrobioloji qaynaqlardan istifadə etməsini asanlaşdırmaq məqsədilə ilk ingiliscə-rusca-azərbaycanca lüğətini ərsəyə gətirib, insanların xeyrinə, elmimizin inkişafına xidmət edib. Onun gördüyü işlər illər keçdikcə daha da aktuallaşacaq, gərəkli olacaq. Nə isə... Bu, çox-çox geniş yazıların mövzusudur!.. Ürəyimdə Beynəlxalq Eko Energetika Akademiyasının akademiki Nisə xanım Mehdiyevanın ünvanına söylənəcək bir kitablıq söz var. Böyük ləyaqət sahibi, nur daşıyıcısıdır Nisə xanım.
Qəlbi, əməli və insaniyyətliyi bir xəzinə olan insanların həyatından örnək götürmək gənclərə vacibdir. Yaxşılardan götürülən həyat dərsi hər kəsə bir örnək yolu olmalıdır.
Mən professor Nisə xanım Mehdiyevanın elmi fəaliyyəti haqqında yazılanlardan fərqli olaraq, öz müşahidələrimi qələmə aldım. O, bir elm fədaisi kimi həmişə ucalardan uca olubdur. Zəhməti sevmək, insanları, Vətəni sevmək onun böyük istedadıdır. Bu da bir həqiqətdir ki, Vətəni sevənlər əbədi yaşayanlardır!
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ