Cümə günü, 02 oktyabr 2026
     

Gəncənin "GəncLand"ı...

Image


"Bu ideya ağlıma gələndə haraları gəzmədim? ABŞ-da, Parisdə, Romada oldum. Avropanın əksər "Disneylend"lərini gəzdim. Bundan sonra qərar gəldim ki, doğma Gəncəmdə belə bir məkan yaradım". Bunu bizimlə söhbətində ölkənin ikinci şəhərində - Gəncədəki "GəncLand" istirahət və əyləncə mərkəzinin rəhbəri Samir Hacıyev deyir. Və onu da deyir ki, bu hələ harasıdır, hələ o qədər planları var ki...
Biz Samir müəllimin həmin planlarına qayıdacağıq. Hələ ki, Gəncədəyik. Daha dəqiqi, Gəncədəki "GəncLand"da.
Düz iki ilə ərsəyə gəlib bu mərkəz. Samir müəllimin dediyinə görə, ətraf baxımsız, zibillik bir yer imiş. 20013-cü ildən başlayan tikinti 2015-ci ilin mayında başa çatıb. Açılışı isə bu il iyunun 14-də olub.
Kompleks 7 hektardan artıq sahəni əhatə edir. Açıq havada inşa edilən ən böyük əyləncə kompleksində ilin bütün fəsillərində istirahət edərək əylənmək mümkündür. Maraqlıdır ki, Mərkəz həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub.
2 il ərzində yaradılan bu imkanlardan uşaqlarını əyləndirməyə gətirən valideynlər də yararlana bilir. Burada bir maraqlı məqamı mütləq nəzərinizə çatdıraq. Söhbət ondan gedir ki, mərkəzə gələn valideyn uşaqlarından arxayın ola bilər. Təhlükəsizlik yüksək səviyyədədir. Necə deyərlər, uşağı sevimli attraksionları, oyunları ilə baş-başa qoyan valideyn özü də Mərkəzdəki müxtəlif məkanlarda rahat istirahət edə bilər. Bundan başqa, "hər şey pulludur" deyib keçməyin. "GəncLand"a pulsuz məkanlar da var ki, uşaqlar oradan bir qəpik belə ödəmədən istifadə edə bilərlər. Və ən əsası, hər gün saat 16-17 arası "GəncLand"akı istirahət və əyləncə qurğularından pulsuz istifadə etmək mümkündür.
"GəncLand"da həmçinin uşaqların marağına səbəb olacaq 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəllər də qoyulub. Nağıl personajlarından ibarət şəhərcikdə 15 maşını olan avtodrom, oyun meydançası, şəlalə, süni göl, mini futbol meydançası və 20 ədəd müxtəlif attraksion inşa edilib. Mərkəzdə maraq doğuran məqamlardan biri də yerdəki şahmat taxtasıdır. Şahmat həvəskarı olan gəncəlilər burada bu unikal şahmatdan istifadə edib, vaxtlarını öldürə bilərlər.
"GəncLand"də Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr "Ətrafa baxış" dairəvi karuseli quraşdırılıb. Karuselin quraşdırılmasında xaricdən gələn mütəxəssislər iştirak edib. Təhlükəsizliyinə tam təminat verilib. Regionda ilk dəfə olaraq, "Qalaktika", "Amerikan təpəcikləri", "Hava velosipedi", "Nəhəng sürüşgən", "Disco", "Nəhəng gəmi", "Qar axını", "Yanan kürə", "Avtoralli" və s. bu kimi ekstremal attraksionlar da əylənmək istəyənlərin ixtiyarına verilir və burada xüsusi təlimçilər var. Bu attraksionlarda təhlükəsizlik təminatı ən yüksək həddədir.
Regiondakı ilklərdən biri də bu mərkəzdədir. Söhbət "Mustang" atçılıq klubundan gedir. Bu klub da "Gəncland"də ailəvi istirahət yerlərindən biridir. Necə deyərlər, həm uşaqlar, həm də böyüklər üçün. Burada da xüsusi təlimçilərsiz keçinmək olmur. Hə, həm də xüsusi ləvazimatsız.
"Gəncland"din bir özəlliyi də var. Buradakı kafe və restoranlarda spirtli içki və tütün məmulatlarından istifadə edilmir. "Oskar" alakarta restoranındakı yeməklərdən isə doymaq mümkün deyil.
Mərkəzin özəlliklərindən biri də 100 nəfərlik tutuma malik amfiteatrdır. Burada hər gün Disney personajlarından ibarət qrup tam ödənişsiz parkın qonaqlarına bir-birindən maraqlı və şən tamaşalar nümayiş etdirir. Buradan bir qəpik də gəlir götürməyən Mərkəz rəhbərliyi amfiteatrı bütün gəncəlilərin ixtiyarına verib.
Hə, gəldik çıxdıq "Gəncland"din gələcək planlarına. Samir Hacıyev deyir ki, planlar çoxdur. Bu sırada duran ilk iş akvaparkın inşasıdır. "Bu da Qərb zonasında ilk olacaq" deyir Samir müəllim. Bundan başqa, Mərkəzdə zooparkın inşası da nəzərdə tutulub. Mərkəz rəhbərinin dediyinə görə, fil və şirdən başqa, zooparka, ekzotik heyvanlar da daxil olmaqla, çoxsaylı heyvan və quşlar gətiriləcək.
Mərkəz sədri adıgedən məkanda artqalereya və rəssamlıq studiyasının da açılacağını deyir. "Gəncədə və regionda olduqca istedadlı uşaqlar var. Məqsədim onları bura yığmaq, masterklasslar keçmək, istedadlarını üzə çıxarmaqdır".
"Gəncland"də paitnball oynamaq üçün də yer tikiləcək. Bu məkanını da Gəncədə sevilən yerlərdən biri olacağı heç kimə sirr deyil.
Samir müəllim deyir ki, məqsədlərindən biri də İtaliya istehsalı olan kart sport bolletlərdən ibarət 300 metr trassaya malik kartinq meydançasının yaradılmasıdır. Bir qədər əvvəl İtaliyanın Bolonya şəhərində yerli distribütorla razılaşmaya əsasən, burada kartinq akademiyasının və 8 yaşdan başlayaraq uşaq və gənclərin təlim kursları nəzərdə tutulub. "Hazırda kartinqlə bağlı İtaliya şirkətiylə razılaşma əldə olunub. Biznes plana əsasən, ilk olaraq bizdən bir neçə işçi İtaliyada treninq keçməlidir. Ondan sonra isə hər 3 aydan bir 14 gün müddətində italiyalı mütəxəssisi tərəfindən parkımızda seminarlar və təlim-məşqlər təşkil ediləcək".
"Biz hələ ideyamızın 70-80 faizini reallaşdıra bilmişik. Mən gələcək planlar haqda biznes-plan da hazırlamışam. Müvafiq strukturlara təqdim edib əlavə vəsait götürmək niyyətindəyik. Biz bu vəsaitlə həm "Gəncland"i böyüdə, həm də yeni iş yerləri aça bilərik. Son vaxtlar Prezident İlham Əliyevin sahibkarlara diqqəti və dəstəyi bizi ruhlandırıb. Biz "Gəncland"i nəinki Qərb zonasının, regionun ən böyük istirahət və əyləncə mərkəzinə çevirə bilərik".
Səbuhi MƏMMƏDLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ