Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Tarix: 24.11.2015 / 09:49
Bölmə: Sosial
Tarixən xalqımız torpağına qədəm qoyan hər millətin nümayəndəsi, dini icması ilə sülh şəraitində yaşayıb. Ondan nəsə götürüb, ona nəsə verib. Sonralar əksər əhalinin islam dinini qəbul etməsilə xalqımız bu dəyəri daha da inkişaf etdirib. İftixarla qeyd etməliyik ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb. 24 illik müstəqilliyimiz dövründə isə bu ali dəyər qanunla qorunur və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Dözümlülük insan haqları çərçivəsində heç bir dil, mədəniyyət, cins, din, düşüncə, sinif, etnik fərqə varmadan bütün insanların fitratdan gətirdiyi özəllikləri qeyri-şərtsiz qəbul etmək, onların bu məxsusi keyfiyyətlərlə düşünməsinə və fəaliyyətinə mane olmamaqdır. Tolerantlıq isə kifayət edə biləcək güc və sosial bazaya malik çoxluğun özündən zəif azlığın dəyərlərinə hörmət və onlarla əməkdaşlıq etməsi, hesablaşmasıdır. Bu terminlərin geniş məna tutumuna lakonik izah verən mərhum prezident Heydər Əliyev deyib: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir".
Etiraf edək ki,müstəqilliyimizin ilk illərində dini maarifləndirmə istiqamətində yaranan boşluqdan sui-istifadə edən bəzi xarici təşkilatlar (məsələn, Səudiyyə Ərəbistanının "İslami Nicat" qurumu və digərləri) ölkəmizdə dini zəmində qarşıdurmalar yaratmağa cəhd etmişdilər. Lakin millətlərarası münasibətlərin pozulmasına xidmət edən bu addımların qarşısı qəti surətdə alındı. Bu baxımdan "Dini etiqad azadlığı haqqında" AR Qanununa edilən düzəlişlərin rolunu xüsusilə vurğulamaq lazımdır. Sonradan mərhum prezident Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulan "Tolerantlıq Günü"-nün hər il qeyd edilməsi, "Sivilizasiyaların dialoqu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfranslar, tolerantlıq və dini dözümlülüyün möhkəmlənməsinə yönələn qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, Bakıda keçirilən "İslamda dözümlülük" mövzusunda beynəlxalq konfranslar, İSESCO-nun 2009-cu il üçün Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, paytaxtımızda beynəlxalq humanitar forumların, 2012-ci ildə yenə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı və digər mötəbər tədbirlərin keçirilməsi bu sahədə dövlətin apardığı siyasətin tərkib hissəsinə çevrildi.
Müstəqillik dövründə xalqımızın öz kökünə və islami dəyərlərə qayıdışı, insan haqq və azadlıqlarının qanunla qorunması həm də cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə, müxtəlif inanclara sahib ölkə vətəndaşlarının bütövlüyü və birliyinə xidmət edib. Qloballaşma şəraitində həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da şübhəsiz ki, ölkədəki daxili sabitlik və onu reallaşdıran tolerantlıq və dini dözümlülük siyasəti sayəsində mümkün olub. Artıq çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalq və etnikin mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib.
Dünya tolerantlıq məkanında müasir Azərbaycanın rolu və ona verilən qiyməti Prezident İlham Əliyev belə xarakterizə edib: "Ölkəmizdə müxtəlif konfessiyalar tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir".
Ölkəmizdəki mövcud multikulturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın Patriarxı II Aleksiy hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə" Müqəddəs Moskva Knyazı Daniel" ordenini təqdim edərkən demişdi: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir". Patriarxın verdiyi bu qiymət sözsüz ki, hər sahədə olduğu kimi, bu istiqamətdə də dövlətin apardığı ardıcıl siyasətin bəhrəsi idi. Ölkəmizdəki nümunəvi dini tolerantlığa və millətlərarası münasibətlərin inkişaf etdirilməsindəki uğurlara heyranlığını gizlətməyən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: "İSESCO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz". Bakı Beynəlxalq Humanitar Forumunda (2012-ci il) çıxış edən xarici prezidentlərdən biri isə məmnunluğunu belə ifadə edib: "Biz Azərbaycanı belə görür və qərara gəlirik ki, Azərbaycanı dünyanın humanitar mərkəzi elan edək". Qeyd edək ki, multikulturalizm məkanı olan müasir Azərbaycan həm İSESCO, həm də Avropa Şurasına yeganə üzv dövlətdir. Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin dövlət başçısı İlham Əliyev tərəfindən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi odlar diyarının beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.
Müstəqilliyimizin ilk illərində bizə tolerantlıq və dözümlülükdən tövsiyə və bəzən də qəbuledilməz tələblər edən Avropa bu gün etnik faciə, dini-etnik qarşıdurma ilə üzləşib. Müasir Qərb politoloqları etiraf edirlər ki, multi- kulturalizm burada iflasa uğrayıb. Artıq onlar vəziyyətdən çıxış yolu kimi Azərbaycanın tolerantlıq modelini müzakirə edir, öyrənirlər. Çünki mədəniyyətlərarası, dinlərarası dialoqun təşviqində Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə demək olar ki, yoxdur. Arqumentlərimizi 3 il bundan qabaq Londonda "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan modeli haqqında səslənən fikirlər də təsdiq edir. Və sözsüz ki, Bakıda yox, Londonda keçirilən bu konfrans Azərbaycan modelinin örnəkliyinin, onun beynəlxalq aləmə ixracının sübutudur. Artıq "dini və mədəni dözümlülük bizim üçün nailiyyət deyil. Bu, bizim gündəlik həyat tərzimizdir. Bu, həm də bizim bildiyimiz yeganə həyat tərzidir" (Sözügedən konfransda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışından).
Vatikanda çoxşaxəli və zəngin Azərbaycan mədəni irsinin nümayiş etdirilməsi də ölkəmizdəki mövcud dini dözümlülük və tolerantlıqdan qaynaqlanır. Vurğulanması vacib olan bu tədbir bir hadisədir. Çünki Azərbaycan islam aləmində mədəni irsini Vatikanda nümayiş etdirən ilk ölkədir.
Təəssüf ki, tolerantlıq və dözümlülük sahəsində örnəkliyimiz, müasir dünyada tutduğumuz mövqe düşmənlərimiz və qərəzli opponentlərimizi yeni-yeni təxribatlara sövq edir. Bəziləri tolerantlığımızdan sui-istifadə edərək bizi tarixi torpaqlarımıza ermənilərin köçürülməsi ideyasının müəllifi Qriboyedov vaxtına döndərmək istəyir. Ermənipərəst dairələr, o vaxt olduğu kimi, indi də bizi "sakitləşdirmək məsələsini dəfələrlə götür-qoy etməklə" sərhədsiz tolerantlığı özlərinə yox, bizə vacib bilirlər. Bu dairələr ikili standartdan çıxış edərək, sələfləri 451-ci ildə Xolkidon Ümumdünya Kilsə Məclisindən küfr damğası ilə qovulan Qriqoryan Kilsəsinin məkrinə, rəsmi Ermənistanın monoetnik və işğalçılıq siyasətinə, onun ölkəmizə vurduğu 818 milyard dollar ziyana göz yumurlar. İslamofobiya xəstəliyinə düçar olanlar, sivilizasiya və dinlərin toqquşmasının labüdlüyünü müdafiə edənlər isə, Azərbaycan da daxil olmaqla, islam aləmini yeni təxribatlara cəlb etmək istəyirlər. Bu məkrlərin üstünü açan İlham Əliyev hələ 2012-ci ildə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısında deyib: "Bəzi ölkələrdə islamofobiya meyllərinin güclənməsi, islam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir".
Anti-islam siyasəti yürüdən bu qurumlar XXI əsrdə(!) ABŞ-da qaradərililərə qərəzli münasibətə, Avropada müsəlmanların müqəddəs dəyərlərinin təhqiri və miqrantların aşağılanmasına, bu günlərdə Fransada baş verən terror aktlarından sonra müsəlmanların hədəfə götürülməsinə və digər neqativ hallara reaksiya vermirlər. Maraqlıdır ki, bir çox ölkələrə demokratiya dərsləri verən Qərbin beynəlxalq təşkilatları yaxın keçmişə qədər Avropada tolerantlığın vəziyyəti, müsəlmanlara qarşı diskriminasiyaya aid faktların olması haqqında hesabatlar da hazırlamırdılar. Belə hesabatlar Azərbaycan və bir çox dövlətlərin haqlı tələbilə yalnız son illərdə hazırlanır.
Qeyd edək ki, bu gün multikulturalizm mərkəzi kimi qəbul edilən Azərbaycan həm də müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanınır. Bu il noyabrın 15-16-da Türkiyədə keçirilən "Böyük İyirmiliyin" Sammitinə həsr olunan nəşrdə cənab İlham Əliyev yazır: "Ölkə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və daha geniş arealda mərkəz statusunu ildən- ilə gücləndirir. 2015-çi ildə ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə idman tarixində yeni səhfə açan Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcək. İki il ərzində bir ölkədə həm Avropa, həm də İslam Həmrəylik Oyunlarının təşkil olunması Azərbaycanda multikulturalizm ideyalarının bütün sahələrdə özünü büruzə verdiyini təsdiq edir".
Tarixi mənəvi - dini dəyərlərini, sivilizasion irsini və qanunun aliliyini qoruyan müasir Azərbaycan məhz belə bir şəraitdə dünya hüquq məkanına uğurla inteqrasiya edir. Bu gün ölkəmizdə "maqdonaldlaşma" və "çayxana" mədəniyyətləri bir-birini sıxışdırmır.
Əksinə, ölkədəki dözümlülük və tolerantlıq mühiti onların birgə əməkdaşlığına stimul verir.
Qeyd edək ki, müasir dövrdə bu dəyərlərin təminatı həm də dünyəviliyi ən mütərəqqi imperativ kimi irəli sürür. Bunun alternativi yoxdur. Çünki dünyəvi dövlətçilik və tolerantlıq mühitinin təmin edilməsi bilavasitə müstəqilliyimizlə əlaqəli ən vacib sərvətlərdən biridir.
Müxtəliflikdə bir harmoniya olan Azərbaycanın tolerantlıq modeli artıq bu məkanda təkcə mənəvi borca deyil, eyni zamanda millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün siyasi və hüquqi tələbata çevrilib. Azərbaycanda tolerantlıq, dil, din, düşüncə və irqindən asılı olmayaraq hər bir vətəndaşa, diskriminasiyaya məruz qoymadan sosial-iqtisadi inkişaf üçün şərait yaradan və qanunla qorunan ləyaqətliliyin özüdür, yaşam tərzidir. Bunu 2015-ci il noyabrın 18-də Stokholmda keçirilən "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda keçirilən beynəlxalq konfrans bir daha sübut etdi.
Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ