Cümə günü, 02 oktyabr 2026
     

Ana bətnində uşağın cinsinin öncədən müəyyənləşdirilməsi qadağan olunsa...

Image


Aytəkin Kamranqızı: "Valideynlərə dölün cinsi haqda məlumatın verilməsinə qadağa qoyulsa da, buna əməl olunmayacaq"

"Gələcəkdə bu cür hallar ölkəmiz üçün demoqrafik problemlər ortaya çıxaracaq"

Yaxın gələcəkdə Azərbaycanda demoqrafik problem yaşana bilər. Artıq rəsmi qurumlar bununla bağlı həyəcan təbili çalır. Ailələrin bir qismi qız övladına deyil, oğlan uşağına üstünlük verdiyi üçün yaxın 10-15 il ərzində ölkədə demoqrafik problemin yaranacağı ehtimal edilir. Bunun qarşısını almaq üçün ictimai xadimlər və mütəxəssislər tərəfindən ölkədə uşağın cinsiyyətinin öyrənilməsinin qanunla qadağan olunması təklif olunur.
Məlumat üçün qeyd edək ki, abort dində günah, sağlamlıq baxımından isə ziyanlı olduğundan, bir çox ölkələrdə qadağan edilib. Hazırda islam ölkələrinin bir çoxunda, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Əfqanıstan, İran, İraq, Yəməndə, eləcə də bəzi xristian ölkələrində, məsələn, Çilidə, hətta ABŞ-ın bir çox ştatlarında abort tamamilə qadağandır. Bu ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılır. Dünyada qəbul edilmiş qaydalar, sosial göstəricilərə görə, hamiləliyin dayandırılması üzrə əməliyyat 22 həftə müddətinəcən həyata keçirilir. Bu zaman hamiləliyin dayandırılması üçün 13 səbəb göstərilməlidir. Bunlar qadının həyat yoldaşının ölümü, xəstəliyi, işsizlik, valideyn hüquqlarından məhrum edilmə və ya bu hüquqların məhdudlaşdırılması haqqında məhkəmənin qərarının mövcudluğu, zorlama nəticəsində hamiləliyin baş verməsi, qadının azadlıqdan məhrum edilməsi, qadının həyat yoldaşının I-II qrup əlil olmasıdır.
Mövcud qanunvericiliyə görə, Azərbaycanda abort cinayət sayılmır. Belə ki, qanun abortun 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verir.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda doğulan qız uşaqlarının sayını oğlan uşaqlarına nisbətdə qorumaq üçün mütləq dölün ana bətnində cinsinin təyinini qadağan edən qanun qəbul olunmalıdır. Çünki bu gün selektiv abortların çoxu dölün cinsinin ana bətnində ultrasəs müayinəsi (UZİ) nəticəsində yaranır: "Biz bu məsələni "Reproduktiv sağlamlığın qorunması haqqında" Qanuna salmağı nəzərdə tutsaq da, bu qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilmir. Buna bir səbəb hələ ki, Milli Məclisdə komitələrin yaranmamasıdırsa, ikinci səbəb "Reproduktiv sağlamlığın qorunması haqqında" Qanunda donorluq məsələsi barədə konkret qərarın verilməməsidir".
Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində bildirdi ki, qız uşaqlarının abortunun qanunla qadağan olunmasının tərəfdarıdır. Onun sözlərinə görə, qız uşaqlarının abort olunması 15-20 ildən sonra demoqrafik partlayışa səbəb olacaq: "Bir neçə il öncə ölkədə qadınların sayı 51, kişilərin sayı isə 49 faiz idi. Amma bu il vəziyyət tamamilə fərqlidir. Qadınların sayı 47, kişilərin sayı isə 53 faizdir. Növbəti illərdə qadınların sayı lap azalacaq".
Həmsöhbətimiz qeyd etdi ki, dölün cinsiyyətinin öyrənilməsinin qanunla qadağan olunmasının tərəfdarıdır. Amma onun fikrincə, bu məsələnin bəzi acı nəticələri yarana bilər: "İqtisadi durumu ağır olan ailələr, cinsiyyətindən asılı olmayaraq, uşaq saxlaya biləcəkmi? Qanunsuz dünyaya gələn uşağın anasının sosial müdafiəsi təmin olunacaqmı? Qadınlar üçün iş yerləri varmı? Zərif cinsin nümayəndələri aldığı məvaciblə uşağına baxa biləcəkmi? Bu problemlər həll olunmazsa, küçəyə atılan uşaqların sayı artacaq. Həmçinin, internat evlərində də kimsəsiz uşaqların sayı yüksək olacaq".
Həmsöhbətimiz hesab edir ki, dölün cinsiyyətinə görə abort olunmasının qarşısının alınması üzrə qanun qəbul olunarsa, hamilə qadınların hüquqları nəzərə alınmalıdır.
A.Kamranqızı bildirdi ki, əksər ailələr oğlan uşağına varis kimi baxır. Həmçinin oğulun olmaması, bir növ, qınaq kimi də qəbul olunur, yəni "oğlun yoxdursa, sən kişi deyilsən". Bir çox hallarda isə abort qadınlar tərəfindən könüllü şəkildə icra olunur ki, bu da psixoloji təsirdir.
Sosioloq onu da əlavə etdi ki, bir çox, hətta inkişaf etmiş ölkələrdə uşağın cinsinə görə ultrasəs müayinəsi aparılmır: "Bunu mənəviyyata sığmayan, qeyri-etik hal kimi qəbul edirəm. Məgər abort olunan uşaqlar lazımsız əşyadır? Gələcəkdə bu cür hallar ölkəmiz üçün demoqrafik problemlər ortaya çıxaracaq".
A.Kamranqızı hesab edir ki, valideynlərə dölün cinsi haqda məlumatın verilməsinə qadağa qoyulsa da, buna əməl olunmayacaq: "Hamilə qadın həkimlə istənilən mövzuda razılığa gəlib dölün cinsinə öyrənə bilər. Bu elə də çətin və əlçatmaz məsələ deyil".
Günel CƏLİLOVA






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ