Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
46 saylı məktəb Azərbaycanın üç dövlət bayramını geniş şəkildə qeyd etdi
Tarix: 14.11.2015 / 01:13
Bölmə: Sosial
Tədbirin əlamətdar cəhəti - məktəbin yəhudi əsilli şagirdləri də...
Noyabr ayı Azərbaycan Respublikasının dövlətçilik tarixi üçün böyük əhəmiyyət daşıyan aydır desək yanılmarıq. Çünki bu ayın təqviminə dövlətçiliyimizlə bağlı mühüm tarixi günlər yazılıb - 9 noyabr - Dövlət Bayrağı Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü. Hər üç bayram dövlət səviyyəsində, respublikanın bütün yerlərində, təhsil müəssisələrində - orta və ali məktəblərdə, mədəniyyət mərkəzlərində qeyd edilir.
Orta ümumtəhsil məktəblərinin bu bayramlara xüsusi önəm verməsinin əhəmiyyəti böyükdür. Uşaq və yeniyetmələrin milli vətənpərvərlik tərbiyəsində, onlarda dövlətçilik sevgisinin formalaşdırılmasında, şagirdlərin dövlət atributlarına, dəyərlərimizə münasibətində bu tədbirlərin keçirilməsi əvəzsiz rol oynayır.
Bildiyimiz kimi, müxtəlif orta ümumtəhsil məktəblərində Azərbaycan Bayrağı Günü, Konstitusiya Günü, eləcə də Milli Dirçəliş Günü böyük təntənə ilə qeyd edilir. Şagirdlərin bu mərasimlərdə böyük ruh yüksəkliyi ilə iştirak etməsində məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin rolu danılmazdır.
Paytaxtın seçilən orta ümumtəhsil məktəblərindən olan Nəsimi rayonu A.Novruzbəyli adına 46 saylı tam orta məktəbi də çağdaş dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən bayramları xüsusi hazırlıqla qeyd edir. Noyabrın 12-də 46 saylı tam orta məktəbdə Azərbaycan Bayrağı Günü, Konstitusiya Günü, eləcə də Milli Dirçəliş Günü böyük təntənə ilə qeyd edildi. Qonaq qismində tədbirə dəvət edilməyimiz imkan yaratdı ki, gələcəyimiz olan şagirdlərin bayram töhfəsinə biz də şərik olaq.
Nəsimi rayonu 46 saylı tam orta məktəbdə Azərbaycan Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr edilən geniş tədbir olduqca maraqlı keçdi. Əvvəlcədən onu da qeyd edək ki, doğrudan da şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında, onlarda dövləti, bayrağı sevmək, onu qorumaq hissinin yaranmasında ədəbi-bədii, vətənpərvər ovqatlı tədbirlərin əhəmiyyəti danılmazdır. Səhnəyə çıxan hər bir şagirdi, sözün əsl mənasında, vətən müdafiəçisi kimi görə bildik.
Tədbirin ilk hissəsi Dövlət Bayrağı Günü ilə bağlı idi. Səhnəyə xalqımızın, dövlətimizin müstəqillik rəmzi olan üçrəngli Azərbaycan bayrağı gətirildi, məktəbin şagirdləri Elşən və Ayan bayrağımıza xitabən "Bayraq" şeirini söylədilər. Onların ardınca məktəbin digər şagirdləri "Torpağın səsi" mahnısını xorla ifa etdilər. Məktəbin şagirdləri Tünar və Məryəm rəqs təqdim etdilər. Mərasimdə Azərbaycanın dövlət himni səsləndirildi. Tədbirin aparıcıları Mirmövsüm Mirzəzadə və Fəridə Rüstəmli səhnəyə məktəbin şagirdləri Zəhra, Şahnaz, Elşəni dəvət etdilər, onlar bayrağa aid şeir söylədi. Şagirdlər bayrağımızın daşıdığı məna, rəmzləri, rəngləri barədə ətraflı danışdılar. Nuray və Nərgizin rəqsi də maraqlı alındı.
Tədbirin ikinci hissəsi Konstitusiya Gününə həsr olunmuşdu.
Tədbirin aparıcıları Konstitusiyamız haqqında ətraflı danışdı və müxtəlif maddələri haqqında məlumat verdilər. Hər şagird bir maddənin mənasını açıqladı. Burada vətəndaşlıq məsuliyyəti, ana dilinə münasibət, bütün dinlərə, dillərə, irqlərə müsbət münasibət özünü ifadə etdi. Şagirdlər maddələr üzrə aidiyyəti şeirlər də ifa etdilər. Maddələr haqqında məktəbin şagirdləri Səmidə, Negin, Elşən, Zəhra, Rübabə, Səma, Banu danışdı, xüsusi sevgi və qürur hissilə dövlətimizə sevgilərini ifadə etdilər.
Mərasimdə Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin andiçmə mərasimlərinin, andiçmə anlarının da videolenti qonaqlara təqdim edildi.
Tədbirin üçüncü hissəsi 17 noyabr - Milli Dirçəliş Gününə həsr edildi. Üç mühüm bayramın bir gündə, eyni arada keçirilməsi də müsbət haldır. Bu, şagirdlərin bayram əhvalına köklənməsinə daha böyük stimul verir.
Tədbirin Milli Dirçəliş Gününə həsr edilən hissəsində aparıcılar bu günün əhəmiyyətindən danışdı. Sonra isə Dirçəliş Günü münasibətilə şeirlər, mahnılar, vətənpərvərlik ruhunda bədii mətnlər səsləndirildi.
Məktəbin rus sektorunun şagirdləri Azərbaycan rəqsini ifa etdilər. Şagirdlər "Yallı" rəqsini təqdim etdi. Tədbir "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mahnısının ifası və şagird və müəllimlərin səhnədə rəqsi ilə tamamlandı.
Sonda 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova çıxış edərək Azərbaycan Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr edilən tədbirin əhəmiyyətini qeyd etdi və hər kəsi bayram münasibətilə təbrik etdi. O bu mərasimin təşkilində və yüksək səviyyədə keçirilməsində əməyi olan Yeganə Ağayevaya, İlhamə Paşayevaya, Sevinc Ağayevaya, Ofelya və Nazilə müəlliməyə təşəkkürünü bildirdi. O bu tədbirin keçirilməsinə dəstək olan şagirdlərə və valideynlərə də minnətdarlıq etdi.
Onu da vurğulayaq ki, Nəsimi rayonu A.Novruzbəyli adına 46 saylı tam orta məktəb bir sıra özəlliklərinə görə başqa məktəblərdən fərqlənir. Məktəbin ən mühüm cəhətlərindən biri onun beynəlmiləl statusu daşımasıdır. 46 saylı tam orta məktəb respublikamızda yeganə dövlət təhsil müəssisəsidir ki, burada fransız, rus, ingilis dili ilə yanaşı, ibri dili də tədris olunan sinif var. Məktəbdə 100-ə yaxın yəhudi şagird təhsil alır və onlara ana dilləri öyrədilir. Məktəbin direktoru Sevinc Budaqova bizimlə söhbətində bildirdi ki, bütün tədbirlərdə yəhudi şagirdlər də yaxından iştirak edir və məktəbdə onların təhsili üçün lazımi şərait yaradılıb. S.Budaqova qeyd etdi ki, Azərbaycan dövləti tolerant dövlətdir və ölkəmizdə heç bir dini, milli ayrıseçkilik yoxdur, 46 saylı məktəb isə tolerantlığın kiçik modelidir.
Tədbirin ərsəyə gəlməsində 30-dan artıq şagird iştirak edib. Məlumat üçün bildirək ki, tədbirin ssenarisinin, xorun təşkili, şeirlərin seçilib hazırlanmasında 46 saylı orta ümumtəhsil məktəbinin şagirdi Mirmövsüm Mirzəzadənin əməyi keçib.
Həm səhnədə, həm də məktəbin foyesində məktəb şagirdlərinin rəsm əsərləri sərgilənib. Sərgilənən rəsmlərin müəllifi Sevinc Baxşəliyeva, Adil Baxşəliyev, Ayla Papanzadə, Cavidan Mirzəcanzadədir. Onu da vurğulayaq ki, tədbirdə məktəbin rəqs qrupu iştirak edirdi. Qeyd edək ki, tədbirdə Səfili Nərgiz, Məmmədzadə Nuray, Sadıqov Elşən, Mirzəcanzadə və başqa şagirdlər yaxından iştirak edib.
Nəsimi rayonu A.Novruzbəyli adına 46 saylı tam orta məktəbdə 46 sinifdə 870 şagird təhsil alır, 122 müəllim çalışır, onlardan bir nəfəri elmlər namizədi, 1 nəfər əməkdar müəllim, 1 nəfər qabaqcıl təhsil işçisi, 1 nəfər isə "İlin müəllimi" müsabiqəsinin qalibidir. Bu məktəb 2007 və 2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə keçirilən "Ən yaxşı məktəb" müsabiqəsinin qalibi və mükafatçısı olub.
Məktəbin qəbul faizi 2008-ci ildə 42, 2009-cu ildə 45, 2010-cu ildə 49, 2011-ci ildə 51,3, 2012-ci ildə 52,6, 2013-cü ildə 53, 2014-cü ildə 60, bu il isə 62-dir. Məktəbin 2 məzunu 600, 4 nəfər məzunu isə 500-dən yuxarı bal toplayıb, təhsil rus və Azərbaycan dillərində həyata keçirilir. 46 saylı məktəbdə bir neçə saat ərzində görüb öyrəndiklərimizi sizə çatdırdıq. Təqdim etdikləri maraqlı bayram proqramına, qonaqpərvərliyə və səmimiyyətə görə məktəb rəhbərliyinə, kollektivinə və şagirdlərə təşəkkür düşür.
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ