İnstitutun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tarix İnstitutunun Elmi Şuranın növbəti iclasında "Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” adlı yeni kitabın nəşrə hazırlanması üçün tarixçi-alimlərə konkret tapşırıqlar verilib: "Ölkə başçısı tərəfindən tarixçi-alimlərin qarşısına olduqca məsul vəzifə qoyulub. Cənab Prezident Tarix İnstitutunda aparılan tədqiqatların birbaşa təşəbbüskarıdır. İnstitutdakı araşdırmalar dövlət başçısının çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.
Tarix İnstitutundan qeyd edilib ki, Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunacaq kitabın müəllif heyəti məyyənləşdirilib.