O qeyd edib ki, dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzi Avropa ölkələrində isə daha baha qiymətə satılır: "Yaxud müşahidələrimiz eyni istehsalçının dərman vasitələrinin qiymətlərinin bir sıra Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə baha olduğunu göstərir. Qiymətlərin ucuzluğunu əsas gətirərək heç cür iddia edə bilmərik ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən aidiyyəti qurumlar qiymətin aşağı olması üçün keyfiyyətdə "güzəştə" gediblər. Hətta eyni istehsalçı tərəfindən istehsal olunan dərman vasitələri müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılır.