Səhiyyə Nazirliyindən Tremd-ə verilən məlumata görə, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.
Həmin vaxtdan noyabrın 1-nə kimi B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən 65 138 şəxs müayinə olunub. Müayinələrin nəticələrinə görə? 161 nəfərdə sifilis, 45 nəfərdə HİV 1/2, 4213 nəfərdə talassemiya xəstəlikləri aşkar olunub.