Qeyd edək ki, qış mövsümü yaxınlaşdığı üçün qrip və soyuqdəymə əleyhinə olan dərmanlara tələbat artır.
Bakı şəhərində fəaliyyət göstərən bir sıra apteklərdə olduq. Metronun "Elmlər Akademiyası" stansiyasının ətrafındakı apteklərdə apardığımız araşdırmalar zamanı bir sıra dərmanların əvvəlkindən daha baha qiymətə satılmasının şahidi olduq.
Məsələn, qrip və soyuqdəymə əleyhinə istifadə olunan "Ferveks” əvvəl 50 qəpiyə satıldığı halda, hazırda sözügedən dərmanı alıcılara 60 qəpiyə təklif edirlər. "Teraflu” tozunun qiyməti isə 40 qəpikdən 50 qəpiyə qaldırılıb. Satıcılar isə qiymətlərin bahalaşmasının səbəbini izah etməkdə acizdirlər: "Bizə necə deyilirsə, o qiymətə də satırıq. Qiymətləri biz müəyyən etmirik”.
Ərazidəki digər bir aptekdə də eyni mənzərə ilə qarşılaşdıq. Hətta alıcının biri haqlı narazılığını bildirərək qeyd etdi ki, Səhiyyə Nazirliyinin Qaynar Xəttinə bununla bağlı şikayət edəcək: "Apteklər verilən tapşırıqlara riayət etmirlər. Biz qiymətlərin ucuzlaşmasını gözlədiyimiz halda, əksinə bəzi dərmanlarda 10 və ya 15 qəpik artım var”.