Cümə günü, 02 oktyabr 2026
     

Təhsildə inqilabi dəyişikliyə necə nail olaq?

Image


Təhsilin keyfiyyəti mövzusu bütün zamanlarda aktual olub. Tarix boyu bütün ağıllı insanlar öz övladlarına daha bilikli, bacarıqlı müəllimlərin təhsil verməsinə can atıblar və bu, indi də belədir. Yəni təhsilə qoyulan kapitalın dünyada ən səmərəli kapital olduğu indi müəyyən edilməyib.

Dövlətimiz bu gün cəmiyyətin hər bir üzvünə yüksək təhsil verilməsi yolunda qətiyyətli addımlar atır. Bu gün təhsildə aparılan çox ciddi islahatlar bunun belə olduğunu deməyə əsas verir. Prezidentin 2013-cü il 24 oktyabr tarixdə imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə təhsilin beynəlxalq standartlara uyğun yenidən qurulmasının strateji istiqamətlərini müəyyən etdi.

Bu strategiyada təhsilin qarşısında milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünya görüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq başlıca vəzifə kimi müəyyən edilib. Dövlətin təhsil infrastrukturunun genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində atdığı addımlar da hər kəsə məlumdur.

Azərbaycan dünyanın az ölkələrindəndir ki, burada son 11 il ərzində 3 mindən artıq məktəb tikilib və təmir olunaraq şagirdlərin ixtiyarına verilib. Onlardan 34 məktəb və 26 uşaq bağçası təkcə bu ilin son doqquz ayı ərzində ərsəyə gətirilib. Görülən işlər heç şübhəsiz ki, dövlətin və bilavasitə Prezident İlham Əliyevin təhsilə ayırdığı diqqətin nəticəsidir. Ortada danılmaz bir həqiqət var və bunu cənab Prezident də öz çıxışlarında vurğulayıb: "Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı”.

Təhsil sahəsi "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin də əsas araşıdırma obyektidir. Çalışırıq ki, bu sahədəki yenilikləri və çatışmazlıqları nəzərdən qaçırmayaq. Hər halda təhsil məhz o sahədir ki, ölkənin istisnasız olaraq bütün sahələrinin gələcəyini müəyyən edir. Təhsilinin səviyyəsi yüksək olmayan ölkələrdə hansısa sahənin inkişaf etdirilməsi mümkün deyil. İnkişafı təmin edən əsas amillərdən biri məhz savadlı kadr potensialıdır ki, bunun da formalaşması bilavasitə təhsilin səviyyəsindən asılıdır.

Araşdırmalarımız göstərir ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq artıq iki ilə yaxındır ki, Təhsil Nazirliyi tərəfindən ciddi islahatlara start verilib. Nazirlik tərəfindən aparılan bu islahatların əsas hədəfi kimi isə təhsil ocaqlarında beynəlxalq standartların tətbiq olunması görünür. Hərəkətlilik göz önündədir, Təhsl Nazirliyinin rəhbərliyinin iradəsi və yenilik axtarışları aydın nəzərə çarpır. Lakin bir məsələ nəzərə alınmalıdır ki, təhsildə inqilabi dəyişikliklərə gətirib çıxaracaq islahatların qısa zaman kəsiyində nəticə verməsi real deyil. Ciddi keyfiyyət dəyişikliklərinə köklənmiş belə islahatlar intensiv şəkildə aparılarsa belə, yüksək nəticələrə gəlib çatmaq üçün mütləq zamana ehtiyac var. Bu səbəbdən bir vətəndaş, bir valideyn kimi heç kəs düşünməsin ki, bu gün təhsildə islahatlar ləng gedir.

Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, Təhsil Nazirliyi bu islahatları sistemli, mərhələli şəkildə aparır. Əsas olan odur ki, bu islahatlara start verilib və müəyyən bir zamandan sonra Azərbaycan cəmiyyəti ölkənin təhsil sistemində çox ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyini görəcək.

Tərəddüdsüz deyə bilərik ki, təhsilin keyfiyyəti müəllimin bilik və peşə hazırlığının səviyyəsindən asılıdır. Bu bir aksiomdur. İllər bundan öncə tibbi təhsil alan tələbələrin bilik səviyyələrini səciyyələndirən bir müəllif, öz yazısında belə bir fikrə yer vermişdi: "Bu gün üç qiymətə oxuyan tələbə gələcəkdə xəstəni də üç qiymətə müalicə edəcək”. Çox doğru bir deyimdir deyilmi? Bu deyimi çətinlik çəkmədən bilik səviyyəsi üç qiymətə layiq olan müəllimlər haqqında da deyə bilərik: "Biliyi üç qiymətə layiq olan müəllimin dərs dediyi şagird də o qiymətdən yuxarı təhsil sahibi ola bilməz”.

Kimlərsə bizim bu fikirlərimizi müəllimlərin ünvanına ağır ittiham kimi qiymətləndirməsin. Həqiqətən də bu islahatlar göstərdi ki, təhsil sistemimizdə bilik səviyyəsi və peşə hazırlığı aşağı olan müəllimlər də yox deyil. Araşdırmalarımız zamanı rast gəldiyimiz bir fakta diqqətinizi yönəltmək istərdik. Bakı şəhərində bilik və bacarığın diaqnostik yolla müəyyən edilməsinə start veriləndə şəhər üzrə minə yaxın müəllim belə sınaqdan keçməkdən müxtəlif bəhanələrlə imtina edərək müəllimliklə vidalaşmaq qərarı verdi. Bilirsiniz, bu nə deməkdir? Bu o deməkdir ki, imtina edənlər diaqnostik qiymətləndirmənin ələyindən keçmək şanslarının az olduğunu yaxşı biliblər.

Deməli, illərdir bilik səviyyəsi aşağı olan, öz üzərində işləyib bilik və peşə hazırlığını yüksəltməyə cəhd etməyən müəllimlər artıq bizim övladlarımıza üç qiymətə layiq təhsil verə bilməyəcəklər. Bu baxımdan, övladına layiqli təhsil vermək istəyən hər bir valideyn islahat tərəfdarıdır. Ona görə də hesab edirik ki, təhsildə əsl inqilabi dönüşü müəllimin bilik və peşə hazırlığının səviyyəsini müəyyən edən diaqnostik qiymətləndirmənin keçirilməsi yolu ilə əldə etmək mümkündür və nə yaxşı ki, bu sistem tətbiq olunmağa başlayıb.

Artıq Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30 000 nəfər müəllimin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması Prezidentin 16 yanvar 2015-ci il tarixli "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına əsasən 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə müəllimlərin orta hesabla əməkhaqqı 35 faiz artıaraq, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. 2015-ci ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan 30 000 müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu sınaqlardan keçə biləcək müəllimlərin də 2016-cı ilin yanvar ayından etibarən əmək haqlarının artırlması planlaşdırılır. Bununla da ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əmək haqqında əhəmiyyətli artım təmin olunacaq.

Odur ki, gəlin tələsməyək. Təhsil sahəsində köklü islahatlar artıq başlayıb və ən əsası bu sahənin inkişaf etdirilməsinə yönəlmiş xüsusi dövlət proqramı sistemli bir şəkildə həyata keçirilir. Heç kəs şübhə etməsin ki, yaxın gələcəkdə Azərbaycanın təhsil sahəsindəki nailiyyətləri də bütün digər sahələr kimi başqa ölkələrə nümunə göstəriləcək. Bunun üçün dövlətin ciddi dəstəyi, Təhsil Nazirliyinin rəhbərliyinin isə möhkəm iradəsi var.

Fikrət Yusifov

"Ekonomiks” Beynəlxalq İqitsadi Araşdırmalar Birliyinin sədri,

iqtisad elmləri doktoru, professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ