Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Davud Əhmədovsuz 40 gün yaşadıq, ailəsi də, pərəstişkarları da...
Tarix: 31.10.2015 / 01:55
Bölmə: Sosial
Dəyirman daşı kimi ağına-bozuna baxmadan hərlənir ayrılığın çarxı. Hər hərləndikcə ürək əzir, gözdə yaş bulandırır, könül bulağının hər damlasını nisgilə, ağrıya, möhnətə çevirir, qətrə-qətrə içirdir adama. Nə acıdır bu ayrılıq... Bu acını hava kimi udum-udum ciyərlərinə çəkir, qolları ayrılığı qucayır, göz yaşları şəkillərin, vərəqlərə hopan şeirlərin üzərinə tökülür.
Hər göz yaşı damlası bir köz olub şəkilləri yandırır, yanaqlara od vurur. İstəyir ki, qapıya qaçsın, pəncərədən boylansın, onu nar kollarının arasında, gül butalarının içində gəzsin, birdən yadına düşür ki, əbədi qonağı ayrılıq atında xəyal kimi gəlib keçib. Başı yığınaqlı, evi qonaq-qaralı, hay-küylü, sevincli-şadlıqlı günləri arxada qalıb Xalidə Gözəlin. Yarını, ürəyinin parasını, bəxtinin tacını itirib. Həmişə cüt durnaya bənzədərdilər onları, sənət səmasında qoşa süzərdi, bu ahəngdən nəğmə yarandı, bir ömürlük nəğmə.
Xalidə və Davud bir-birinə elə bağlandı ki, bu bağlılıq bioloji cəhətdən 45 il davam etdi. 40 gündür Xalidə özündə deyil, sanki özünü itirib, Davudun şəkillərində özünü axtarır... Şəkillərdən boylanan gözlərdən bunlar oxunur:
Kədərlənmə, səndən uzaqdayam mən.
Günəş bizdən uzaqlarda yanmırmı?
Kədərlənmə, görmürsən gözlərimi,
Ay da buludlarda daldalanmırmı?
Şəkillər xatirələri daha sədaqətlə canında, ruhunda saxlayır. Bəzən üşüyən ruhlara istilik saçır, bəzən nigaran baxışlara xoş təbəssüm çiləyir, bəzən də adamı təpədən-dırnağa yasa batırır. Davud müəllimin şəkillərindən isə Xalidə xanım və doğmalarına müsbət enerji gəlir.
Davud Əhmədov Azərbaycan radio və televiziyası tarixində əbədi yaşayacaq bir səs, yaddaşlara həkk olunan sima, unudulmaz, müqtədir sənətkardır. Ömrünü bu müqəddəs işə həsr edən Davud Əhmədov fəxri adlarla, titullarla dünyanı tərk etməsə də, onun qazandığı xalq məhəbbəti minlərlə titulu əvəz edir.
"Fəxri adım olmasa da, xalq məni sevib və ürəyində saxlayıb" deyirdi Davud müəllim. O, ömrünün böyük hissəsini xalq üçün yaşadı, mədəniyyətimiz, mənəviyyatımız naminə fəaliyyət göstərdi, hara getdisə könlündə Azərbaycanı da apardı.
Hərdən fikirləşirəm ki, Davud Əhmədov diktor olmasaydı, mütləq çox şöhrətli aktyor ola bilərdi. Bu mütləq belədir.
Davud müəllim televiziyaya, radioya, kameraya, mikrofona munis insan idi. Görəsən, uzun illər mikrofondan, kameradan uzaq düşərkən necə yaşayıb sənətkar, müqtədir diktor? Yəqin ağrı-acı ilə keçib günləri.
Davud Əhmədov doğma vətənimizə sadiq olub həmişə.
Davudam, qurbanam hər kəlməsinə,
Uşaq tək sığınım gen sinəsinə.
Ana nəfəsinə, ana səsinə,
Ana baxışına ehtiyacım var.
Davudun Xalidəsi...
Davud Əhmədovun qırxı ərəfəsində ömür-gün yoldaşı Xalidə xanım Gözəl "Bakı-Xəbər"ə gəldi. Xalidə xanımla söhbətimiz kövrək notlar üzərində alındı. 45 il birgə yaşadığı, ömür-gün yoldaşı Davud Əhmədov haqqında danışarkən gözlərinin yaşını saxlaya bilmədi Xalidə Gözəl. Əlbəttə, ölüm Allah əmridir, amma ayrılıq işgəncədir. Dünyalar qədər sevdiyi insanın ölümünü görmək insan üçün böyük ağrıdır. Ölümün gətirdiyi ayrılıq dolu işgəncə bu gün Xalidə xanımın canı boyu dolaşır. Xalidə xanım dedi ki, Davud müəllim həmişə "mənim ölümüm sənin qabağında olsun, Xalidə" deyirdi, elə də oldu.
Xalidə xanımın sözlərinə görə, son vaxtlar Davud müəllimin səhhətində problem olub, buna baxmayaraq, həkimə getməkdən imtina edib: "Son vaxtlar ağrıyırdı, bronxlarında problem vardı. Dedim ki, Davud, gedək xəstəxanaya, qoy müalicə yazıb bronxlarını təmizləsinlər. Mənə çox sərt cavab verdi, dedi ki, məni öldürməyə aparırsan? Bayramın günü qoy evimdə olum, ölsəm də balalarımın yanında ölüm. Sentyabrın 24-də gecə dedi ki, özümü pis hiss edirəm, divana uzandı və getdi... Nə söz dedi, nə də bir kəlmə kəsdi. Getdi. Davud müəllimdən mənə maddi baxımdan 10 manat 50 qəpiklik bir şəkər dərmanı qaldı, ancaq mənəvi baxımdan böyük xəzinə saxladı mənim üçün. Bu onun tükənməz eşqi, məhəbbəti, əbədi sevgisi, şeirləri, saysız şəkilləri, ev-eşiyi, bir də üç balamızdır. Bundan başqa, böyük xalq məhəbbəti qazanmışdı, onu da bizə miras qoydu. İnanın ki, Davud müəllim vəfat edəndə qapımızı tanıdığımız və tanımadığımız çoxlu adamlar açdı. Onun nə qədər dostu, pərəstişkarı var. Hamı deyir ki, heyif sizdən, Davud müəllim. Çünki Davud həqiqətən də insanpərvər, sadə, insanlara hər zaman dayaq olan bir insan olub. Davud sədaqətli adam idi, həm eşqinə, məhəbbətinə sədaqətli idi, həm el-obasına, vətəninə vəfalı idi. Sevgisi təmiz, saf idi. Mən onu həmişə aşıq Qəribə, Kərəm, Məcnuna bənzətmişəm, çünki bütün ürəyi ilə sevirdi məni. Mən də onu sevirdim. Amma bir dəfə də olsun bu sevgini dilimə gətirmədim. Həmişə deyirdi ki, o günə qurban kəsərəm, sən mənə sevirəm desən. Əslində mənim könlümün sultanı, sevgisi Davud olub və heç vaxt etiraf etməmişəm, qadın qüruru deyilən bir şey var, onu aşa bilməmişəm. İndi Davudu itirmişəm, ancaq özümü danlayıram ki, niyə bir dəfə ona sevdiyimi söyləmədim. Davud bütöv şəxsiyyət idi. Onun üçün ailə, Vətən, sevimli peşəsi çox önəmli idi. Onsuz yaşamaq, onun ölümünü, yoxluğunu qəbul etmək ağılasığmazdır. Sağ olsun övladlarımı, nəvələrimi, ancaq heç kəs Davudun yerini verməz".
Suların zümzüməsi,
Bülbüllərin nəğməsi,
Davudun Xalidəsi,
Söylə, unudularmı?
Yağışlı günün
simfoniyası...
Ömür yoldaşını belə vəsf edirdi şair könlü ilə Davud Əhmədov. Xalidə xanım deyir ki, Davud müəllim sandıq şairi olub və şeirlərinin böyük hissəsi sandıqdadır, çap olunacağı günü gözləyir. Davud müəllimin ilinə qədər bu şeirləri kitablaşdıracağını deyən Xalidə Gözəl bildirdi ki, həyat yoldaşının arzuları böyük idi, qarşıda görməli olacağı çox işləri vardı.
Xalidə xanımdan soruşdum ki, Davud müəllimlə necə tanış olubsunuz? Gülümsündü, xəyalları onu uzaqlara, neçə on illər əvvələ apardı. Onda Xalidə zərif, incə bir qız idi, istedadlı idi, "Lalə" qızlar ansamblının solisti və aparıcısı kimi konsertlərdə iştirak edirdi. Bu çıxışlardan birində də Davud müəllimlə rastlaşır və təsadüf onları illərlə bərabər edib: "Mən çox ərköyün, çox çılğın bir xanımam, məni ram edib saxlamaq hər həyat yoldaşının işi deyildi. Bunu Davud kimi kişi edə bilərdi ancaq. Mən onun evinin xanımı, uşaqlarının anası oldum. Xoşbəxtəm ki, Allah mənim qarşıma Davud kimi bir şəxsiyyət çıxardı, o da mənim qiymətimi bildi, sevdi. Biz bir-birimizə o qədər bağlı idik ki, tək heç yerə çıxmırdıq. Hər yerə əl-ələ qoşa getmişik. Tanışlığımıza gəlincə, mən o dövrdə, 1969-cu ildə "Lalə" qızlar ansamblının solisti idim. O çağlarda televiziya və radio bayramı mayın 7-də qeyd edilirdi. "Lalə" qızlar ansamblını dəvət etdilər ki, onlar üçün Dövlət Filarmoniyasında konsert verək. Mən həm ansamblın solisti idim, həm də aparıcısı. Konsertdə qabaq sırada gözəgəlimli, yaraşıqlı, baxımlı bir oğlan oturmuşdu. Mən də solistləri təqdim edib sonra otururdum. Növbə mənim oxumağıma çatdı və o vaxt bir türk mahnısı oxuyurdum -"Qəlbi qırıq sərsəri". Orada maraqlı sözlər var:
Sevgi Tanrı əsəri,
Sevdim oldum sərsəri.
Həmin göyçək oğlan yerində aktyorluq etdi, özünü göstərib "məni" dedi. Mən də ona cavab olaraq başımı tərpədib "bəli, səni" eyhamını vurdum. Əslində hər ikimiz aktyorluq etmişdik. Mən hər dəfə çıxış edənləri elan etdikdən sonra gəlib onun yanındakı boş yerdə otururdum. O mənə telefon nömrəsi verdi, altından da yazmışdı ki, Davud diktor. Dedim bu, radionun diktorudur ki, mən də onun səsinin heyranıyam, aşiqiyəm. O görüşün üstündən bir ay keçdi. Bizim Xanım Hüseynova adlı bir solistimiz vardı, çox yaxşı qız idi. Onun Aslan adlı nişanlısı vardı və hər gün məşqdən sonra qoluna girib aparırdı. Bir dəfə məndə ona əməlli-başlı həsəd yarandı, dedim ki, mənə nə olub, kor deyiləm, keçəl deyiləm, gözəl qızam. Davud düşdü yadıma, götürüb zəng vurdum, dedim sizi görmək istəyirəm. Dedi bir saatdan sonra "Baksovet"də görüşək. İnan ki, həmin gün də bir yağış yağır, tut ucundan göyə qalx. İkimiz də elə islanmışdıq ki, sözlə deyiləsi deyil. Fikirləşdik ki, bu yağışda hara gedək? Davud təklif etdi ki, Xalidə xanım, "Məhəbbətin gözəlliyi" adlı yaxşı bir ərəb filmi gəlib "Azərbaycan" kinoteatrına, gedib baxaq. Film başladı, bir də gördüm ki, Davud ekrana yox, mənə baxır. Kinodan çıxdıq. Davud məni ötürdü, avtobusun yanına çatanda o mənə dedi ki, Xalidə xanım, mən uşaq deyiləm, səninlə qol-qola girib gündə bir kinoteatra, restorana gedim, sənin haqqında ciddi düşünürəm və sənə evlənmək təklif edirəm. Biz evlənəcəyik, ancaq mənim bir eyibim var, onu qəbul edərsən?
Dedim nədir eyibiniz? Cavab verdi ki, dörd ay evli olmuşam. Güldüm, dedim ki, nə olsun, burda nə var, adam evlənər də, boşanar da. Ondan sonra cəmi iki dəfə görüşdük. Bir dəfə gördüm ki, qapımız döyülür, Davud özü elçiliyə gəlib, sonra da qohumları gəldi, valideynlərim narazılıq edib vermək istəmədilər. Mən Davuda qoşulub qaçdım. Çox xoşbəxt idik. İki aydan sonra Lənkərana getdik və orada bizə yığıncaq etdilər. Belə evləndik".
Xalidə xanımın sözlərinə görə, Davud Əhmədov yalnız diktor olmayıb, o həm gözəl aktyor, həm redaktor, müəllif olub. D.Əhmədovun Azərbaycanın Levitanı adlandırıldığını deyən Xalidə xanım bildirdi ki, sənətkarın qeyri-adi səs tembri, istedadı onun istənilən məzmunda, janrda olan materialı efirdə oxumasına şərait yaradırdı: "Davud öz sənətini ürəkdən sevir, ona bütün varlığı ilə bağlı idi. Ona verilən, həvalə edilən hər bir materialı ürəyinin süzgəcindən keçirib oxuyardı. Onu da bildirim ki, Davud diktor olmaqla yanaşı, həm də istedadlı aktyor olub. Azərbaycan Televiziyasında, eləcə də Lənkəran Dövlət Dram Teatrında bir neçə tamaşada rol oynayıb. Davud Lənkəranın sayılıb-seçilən ailələrindən birinin övladı idi. Ziyalı ailədən çıxmışdı. Atası Vəliəd Əhmədov aktyor idi. Lənkəran Teatrında işləyirdi. Hətta bir neçə tamaşada Davudla tərəfmüqabil olmuşdu. "Vaqif" tamaşasında Vəliəd Əhmədov Vaqifi, Davud isə Əli bəyi oynayırdı. Azərbaycan Televiziyasında çəkilən Süleyman Sani Axundovun "Laçın yuvası" tamaşasında Ədil bəy, "Romeo və Culyetta" əsərində Romeo obrazlarını yaradıb. Bilirsiniz adamı ağrıdan nədir? Bu tamaşaların heç birini tapa bilmirəm, hamısını pozublar. Davud ömrünün böyük bir hissəsini Azərbaycan radio və televiziyasına verib. 1962-ci ildən 1992-ci ilə qədər AzTV-də çalışıb. 1962-ci ildə o dövrki Mirzağa Əliyev adına Azərbaycan İncəsənət Universitetinin tələbəsi kimi radioya praktikaya gedib, orada Əminə Yusifqızı ilə birgə "Ulduz" jurnalını aparıb, sonra onu işə götürüblər. 1987-ci ildən isə Azərbaycan Televiziyasında çalışıb. Çünki onun səsi, görünüşü televiziyaya çox yaraşırdı. Bir şeyə heyfslənirəm ki, Davud enerjisini tam xərcləyə bilmədi. O yaratmaq, efirə çıxmaq həvəsində idi. Amma qismət olmadı. Bir də ona yanıram ki, bu qədər əmək çəkdi, yaratdı, xidmət etdi, ancaq fəxri adı olmadı, heç Prezident təqaüdü ala bilmədi, sənədləri təqdim edilmişdi, lakin ölüm hər şeydən güclü çıxdı, Davudu vaxtsız apardı. Ümumiyyətlə, Davud müəllim çox qürurlu adam idi, heç kəsə ağız açmağı sevməzdi. Başqasının işinə görə hər yerə gedərdi, ancaq öz işinə görə heç kimin qapısını döyməzdi. O, ömrünün sonuna qədər dövlətinə, dövlətçiliyinə, Prezidentinə sədaqətli oldu, bu torpağı sevdi. Ailəsinə, xalqına sədaqətli oldu".
Bəli, bu dünyadan xalqını, dövlətini, ailəsini, dostlarını, yaxınlarını sevən Davud Əhmədov da köçdü. Adı əbədi olaraq milli diktorluq məktəbinin salnaməsinə qızıl hərflərlə həkk olunub. Heç bir güc, qüvvə o adı silə bilməz, çünki Davud müəllim bunu əməyi, istedadı ilə qazanıb.
Allah rəhmət eləsin!
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ