Azərbaycanda Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçki günü əlavə avtobuslara ehtiyac olduğu təqdirdə xəttə yeniləri buraxılacaq. Secki-2015.az saytının xəbərinə görə, bunu "Baku Bus” MMC-nin direktor müavini Vüsal Kərimli açıqlamasında deyib.
Onun sözlərinə görə, "Baku Bus” MMC-yə sözügedən məsələ ilə bağlı hər hansı müraciət daxil olmayıb: "Avtobusların artırılması ilə bağlı quruma müraciətlər daxil olarsa, xətdəki avtobusların sayı artırılacaq”.