Bu il Azərbaycanda lisenziyası olmadan fəaliyyət göstərən 29 stomatoloji kabinet aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd ediblər ki, qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərdən 4-ü Bakı şəhərində yerləşir.