Cümə günü, 02 oktyabr 2026
     

Bakı Slavyan Universitetinin tələbəsi "Bakı-Xəbər"ə yazıb

Image


Duyğuların dəniz sevdası...

Gözümü açandan evimizdə kitab görmüşəm, kitabların içində böyümüşəm. Körpə vaxtı iməkləyə-iməkləyə ağına-bozuna baxmadan kitabların vərəqlərini, səhifələrini cırdıqca valideynlərimin qəzəbini, hədə-qorxusunu da duymuşam. Bəlkə də ilk dəfə kitablara toxunanda, onları korlayanda həyatın həm də ağrı mərkəzi olduğunu anlamışam. Kitablar mənə həyatın sirli qatlarını hələ körpəlikdən tanıdıb.
Atam oxuduğu kitabları-maraqlı hekayələri, nağılları, insana möhtəşəm duyğular bəxş edən poetik ruhla dolu şeirləri mənə də oxuyanda qəlbim sevgi ilə dolub. Zaman-zaman kitablardan aldığım enerji sayəsində qəlbimin qüvvəsini, qüdrətini, ritmini, ahəngini də hiss etmişəm. Amma açığı, şeirə, poeziyaya sevgi-məhəbbətim daha böyükdür. Məni hər zaman düşündürüb şairlərin həyata, təbiətə poetik baxışı, onların həyat hadisələrini şairanə, şeiriyyət nəfəsi ilə mənalandırması.
Mən Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsiyəm. Qrupumuzda Gülgün Dəniz adlı bir qız da oxuyur (Əhmədzadə Gülgün Füzuli qızı). Mingəçevir şəhərində anadan olub. Hələ orta məktəb illərindən şeirə, sənətə həvəsi ilə yaşıdları arasında seçilib, fərqlənib. Gülgün elə bu gün də tələbə yoldaşlarım arasında düşüncəsi, ağlının işığı, dünyaya fərqli baxışı, qələmə aldığı fərdi yaradıcılıq nümunələri olan şeirləri ilə bizə çox xoş təsir bağışlayır.
"Dənizə bənzəyən dünyam" onun ilk şeir kitabıdır. 11-ci sinifdə oxuyanda onun bu şeirlər toplusuna tanınmış şair İsmayıl İmanzadə uğurlu söz yazıb. İsmayıl İmanzadənin Gülgün haqqındakı qeydlərində aşağıdakı fikirlər diqqətimi çəkdi: "... Gülgün hələ dünyanın əsl üzünü görə bilməsə də, onun rənglərinin, illah da ağlı-qaralı olduğunun fərqinə vara bilir. Bəlkə elə buna görədir ki, o, yağışın, buludun, çiçəyin... poetik yozumunu tapmağa çalışdığı kimi, ağlı-qaralı dünyamızın görünməyən üzünə də baxmağa tələsir...".
Gülgün Dəniz şeirlərində yurd sevgisini, yaralı torpağın ağrısını, parçalanmış Azərbaycanın nisgilini ifadə etməyə çalışır. "Qarabağım" şeiri gənc yazarın gələcəkdə Vətən mövzusunda poetik siqləti ilə seçilən şeirlər yazacağına sanki bir təminatdır-sözə, sənətə istedad və məsuliyyətlə yanaşmanın ilkin bədii təminatı.
Qoy çaxan şimşəklər yoxlasın səni,
Bir zəfər müjdəmiz haqlasın səni,
Tanrı amanında saxlasın səni,
Anam Qarabağım, nə oldu sənə?!
Yaxud cənub həsrətini ifadə edəndə, Təbriz ağrısı ilə yaşayanda Gülgün səmimi hisslər, vətəndaş qəlbindən qopan duyğular sərgiləyə bilir.
Hələ yollarına çöküb duman-çən,
Hələ qan içində boğulursan sən,
İstəyin o taylı-bu taylı Vətən,
Qəlbimin parası, əzizim mənim,
İgidim, ərənim, Təbrizim mənim.
Ümumiyyətlə, Gülgünün yaradıcılığı vətənçilikdən, Azərbaycan sevgisindən, doğma diyarımızı, ana yurdumuzu yağılardan qorumaq istəyindən, arzusundan qaynaqlanır, rişələnir desəm, məncə, gənc yazarın yaradıcılığına düzgün qiymət vermiş olaram. Amma həm də Gülgün təbiəti duymaqda da, ona ictimai məna, məzmun verməkdə də istedad nümayiş etdirir. Böyük şairlər haqqında işlənən belə bir ifadə var ki, təbiətdən cəmiyyətə, cəmiyyətdən təbiətə baxmağı bacarmaq... Adətən bu sırada Məmməd Arazın, Məmməd Aslanın, Musa Yaqub, Məmməd İsmayılın adları çəkilir. Mən inanıram ki, gələcəkdə Gülgün Dəniz də təbiəti, həyatı, ümumiyyətlə, dünyanın mənzərəsini, insan yaşantılarını, həyatı bütün çılpaqlığı ilə poeziyaya gətirmək sirlərinə dərindən vaqif olacaq. Elə bu gün də müəllifin təbiətlə səsləşən şeirləri məncə könüllərə yol tapır, insanı ünsiyyətə, sevgiyə, yaşam dolu bir həyata, laləzarlıqla süslənmiş bir məhəbbət odasına yönəldir.
"Ləpələr" şeirində Gülgünün poetik pıçıltıları insanda məmnunluq hissi doğurur. Sanki şeir "ey insan, bu həyat gözəldir, yaşamın ucalığına sığın, bu həyata dəyər ver", həyəcanı yaşanır.
...Bir baxın, necə də mehribandılar,
Öpürlər torpağı, daşı ləpələr,
Qonublar quş kimi suların üstə,
Gəzirlər baharı, qışı ləpələr.
Duyursunuzmu, bu təbiət hadisəsi necə mənalandırılıb və mən bu yerdə müəllifi xüsusilə şair adlandırmaq istədim. Şair istedadla sanki cəmiyyətin təbiətdən nümunə götürməsini poetik səhnəyə gətirərək, onu insan idrakı, düşüncəsi önündə bədii görkə çevirir.
Azərbaycan ədəbiyyatında "Bənövşə" rədifli, təbiətin bu nazlı gözəlinə həsr olunmuş şeirlər çoxdur-Dədə Qurbanidən üzü bəri... Gül rəngli, güllər kimi zərif və həssas təbiətli Gülgünün də öz bənövşəsi var.
Nisgilə qərq olub gecən-gündüzün,
De, kimi arayıb-axtarır gözün?
Söylə niyə axı gülməyir üzün,
Səni kim çəkibdi dara, bənövşə?
Bu da bir şair kövrəkliyi, hətta təbiəti öz nizamında saxlayan ziddiyyətlərə də ürək ağrısı ilə yanaşan gənc istedadın dəniz kimi çalxalanan, durulan, bəzən təlatümlü, bəzən sakit dünyası böyük sənətin qapılarını döymək səadəti ilə çırpınır...
Mən bu gənc və istedadlı tələbə yoldaşımın qələmindən, həssas ürəyindən qopan hər bir misranı dəyərləndirir, ona yeni yaradıcılıq uğurları arzulayıram.
Sarənc Zallı,
Bakı Slavyan Universitetinin II kurs tələbəsi




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ