Trend-in məlumatına görə, nazir jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, belə halların qarşısı inzibati yolla alına bilməz: "Mədəniyyət, şou-biznes sahəsi həmişə cəmiyyətə açıq olub. Bu sahədə baş verən hadisələr istər-istəməz insanların diqqətini cəlb edir. Hansısa zavodda bir mühəndisin digəri ilə münaqişəsi olandabu faktı kim yazır? Heç kim yazmır. Mədəniyyət sahəsində çalışan insanlar göz qabağında olurlar. Sözsüz ki, onlar bilməlidirlər ki, hər bir sözləri, hərəkətləri cəmiyyətdə müəyyən əks-səda doğurur. Mən hansısa inzibati yolla kimə deyə bilərəm ki, Əhmədlə Məmməd vuruşmasın? Bu, mümkün deyil".