Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulmasına görə, cəzalar yüngülləşdirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, dəyişikliklərdə Məcəllənin 166.3-cü bəndinin ləğv edilməsi təklif edilir.