"Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra qiymətlərin aşağı düşməsinin keyfiyyətə təsir göstərəcəyi ilə bağlı yayılan fikirlər əsassızdır”. Bunu APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
O bildirib ki, qiymətləri tənzimlənən dərman vasitələrinin hamısı dövlət qeydiyyatına alınıb: "Dərman vasitəsi dövlət qeydiyyatına alınan, qeydiyyat prosedurundan keçən zaman müxtəlif ekspertizalardan keçirilir. Yəni onun keyfiyyət parametrləri, təhlükəsizlik parametrləri təsdiqləndikdən sonra dövlət qeydiyyatına alınır. Dərmanın qiymətinin yuxarı və aşağı olması onun keyfiyyətinin yuxarı və aşağı olması demək deyil. Bu səhv fikirdir”.