Cümə günü, 02 oktyabr 2026
     

"Ermənilər və həqiqətlər" kitabı haqqında bir neçə söz...

Image


Dünyada erməni milləti və ermənilərlə əlaqəli məsələlər haqqında çox sayda əsərlər yazılıb. Bu əsərlərin böyük bir qismi, xüsusilə də son illərdə yazılan əsərlərin əksəriyyəti, əsasən türk düşmənçiliyi fikri üzərində qurulub. Hətta bu mövzuda aparılan "elmi tədqiqatlar" nəticəsində yazılan "elmi əsərlər" və siyasi məqalələr həqiqətlərdən çox uzaqdır. Tarixi hadisələrin tədqiqatı zamanı rəsmi sənədlərə və yazışmalara müraciət etmək qaçılmazdır. Beləcə, tarixi hadisələr olduğu kimi ortaya çıxar.
Türk torpağının çörəyi, suyu ilə yaşayıb var olan, sonra isə türk xalqına və bütün Türk dünyasına düşmən kəsilən, onlara qarşı tarixdə görülməyən qətliamlar törədən ermənilər barəsində yazmaq o qədər də asan deyil. Rəsmi sənədlərə və yazışmalara dayanaraq çox ciddi və yorucu araşdırmalar nəticəsində ortaya çıxarılan bu kitabı oxuduqca, türk insanları ilə böyük-kiçik demədən düşməncəsinə rəftar edən bu şovinist münafiqlərin törətdiklərini meşədə yırtıcı heyvanların belə etmədiyini görəcəksiniz. Bu kitabın yazılmasında istifadə olunan rəsmi sənədlərin və yazışmaların dəyəri ermənilərin tarix boyu, eləcə də günümüzdə ortaya atdıqları uydurma problemlərinə qarşı qoymaq baxımından əvəzsizdir. Rəsmi sənədlərə əsaslanan bu əsərin yükləndiyi vəzifənin məsuliyyətini daşıyaraq seçdiyi "Ermənilər və həqiqətlər" mövzusu bu kitabda öz əksini tapıb.
Cəmiyyətlərin məqsədləri nə olursa olsun, baş verən hadisələrin, itirilən dəyərlərin intiqamını almaq üçün qan davası aparmaq zəifliyinə çağdaş dünyada yer yoxdur. Dünyada baş verən tarixi haqiqətlərin alt-üst edilməsilə mənafe əldə etməyə çalışan çevrələrin başlatdığı təbliğatlar uydurma xarakterli olarsa, insanlıq buna ancaq və ancaq acıma hissi ilə baxmalıdır.
Biz dünya ictimaiyyətini əlaqələndirən informasiya vasitələrini, gənc nəsilləri, bu mövzularla əlaqəli təşkilatları və ya şəxsiyyətləri tamamilə uydurma, həqiqətlərdən uzaq və müəyyən məqsədlər üçün hazırlanan əsərlərlə baş-başa buraxmamalıyıq. Həqiqətləri onlara anlatmağa məcburuq. Qoy onlar müzakirə və mübahisə etsinlər, həqiqətləri araşdırsınlar, sonra vicdanla qərar versinlər.
Bu gün bir çox ölkələrdə yaşayan erməni azlıqlarının da həqiqi rəsmi sənədlərə ehtiyacları var. Bəlkə də onlar həqiqətləri öyrənmək istəməyəcək. Lakin bir gün onlar həqiqətlərlə baş-başa qalacaq. Bu zaman kəsimini uzatmanın heç bir faydası yoxdur. Biz onları da xəbərdar etməliyik.
Rəsmi sənədlərə əsaslanaraq bu əsəri ortaya çıxarmaqda məqsədimiz tarix boyu baş verən hadisələri canlandırıb, "qana-qan" deyib intiqam istəmək deyil. Biz sadəcə, ciddi araşdırmalar nəticəsində əldə etdiyimiz tarixi sənədlərə əsaslanaraq həqiqətləri ortaya qoymaq istədik. Çünki bütün dünyaya yayılan ermənilər, xüsusilə çox inkişaf etmiş və həlledici siyasi gücə sahib olan ölkələrdə "lobbi" yaradaraq çox sayda nəşrlər ortaya qoyub, türk millətinə qarşı əsasən sevgi hissi duymayan və türkləri yaxından, yaxşı tanımayan millətlərdə nifrət oyatmağa çalışır və bu çirkin işlərinə davam edirlər. Beləcə, erməni əsilli yazıçılar, parlamentarlar, mediya işçiləri məsələnin əslini gözlərdən uzaq tutmağa, erməniləri haqlı göstərməyə çalışırlar. Onlar sözdə elmi əsərlərdən, teleproqramlardan istifadə edərək türklüyü, xüsusilə də Türkiyəni və Azərbaycanı hədəfə alan, bu ölkələrin torpaqları üzərindəki "haqlarını" ortaya qoyan uydurma mövzularla təbliğ edir, ayrı-ayrı cəmiyyətləri öz təsirləri altına almağa və dünyada bir erməni davasının varlığına inandırmağa səy göstərirlər. Bu mövzuda bir şey əldə edə bilmədikləri zaman da qəddarca terror hərəkatlarına başlayırlar. Bunlar insan sevgisi və həqiqi mənada Vətən anlayışından uzaq olan adamlardır. 1973-1985-ci illərdə 200-dən artıq terror aktı törədən bu insanlar çox sayda türk diplomatının canına qıyıb, minlərlə türk uşaqlarının, qadınlarının, qızlarının yox edilməsinə səbəbiyyət verib, yaxın tarixin ən qəddar qətliamlarını, cinayətlərini törədiblər.
Xüsusilə Türkiyəni və Azərbaycanı hədəf alan ermənilər bu dövlətlərin nizam-intizamını və rejimini təhlükəyə soxmaq, xaricdə olduğu kimi, daxildə də türklük xainləri ilə birlikdə ortaq bir davanın başladılmasını qarşılarına məqsəd qoyublar. Onlar Türkiyənin və Azərbaycanın zəifləməsini, bu ölkələrin xarici ölkələrlə düşmən halına gəlmələrini, uydurulan "soyqırım" və "Qarabağ" mövzularını ortaya ataraq tərəfsiz və düşmən ölkələrin Türkiyəyə və Azərbaycana qarşı çıxmalarını istəyirlər. Ermənilər erməni terror aktları açıqlandığı zaman bu aktları bir növ "Milli qurtuluş mübarizəsi" kimi qələmə alır, dünya xalqlarını yardıma çağırırlar. Əslində onlar bu qeyri-adi hərəkətlərilə Türkiyə, Gürcüstan, Azərbaycan, İran, İraq və Suriya torpaqlarında caxnaşmalar törədərək faydalanmaq, "Böyük Ermənistan" qurmaq istəyirlər. Biz süni olaraq yaradılan bu mövzu digər ölkələrin də araşdırmaçı-elm adamları tərəfindən ciddiyyətlə tədqiq edilməli, dünya ictimaiyyətini aydınlatmaq üçün illərcə qapalı bir görüntü içərisində gizlədilməyə çalışılan erməni məsələsinin iç üzünü bütün açıqlığı ilə Birləşmiş Millətlər Təşkilatına təqdim edilməlidir düşüncəsindəyik.
Rəsmi sənəd və yazışmalardan, hətta bəzi erməni müəlliflərin mənbələrindən əldə etdiyimiz məlumatlar əsasında ərsəyə gətirdiyimiz 6 cildlik bu kitab erməni məsələsini əsas xətlərilə oxuculara açıqlayır və tarixi həqiqətlərin ortaya çıxmasına vəsilə olur.
Bu da bir həqiqətdir ki, bəzi dövlətlərin erməni məsələsini bir vasitə olaraq öz maraqları naminə istifadə etdiyi hallar olub və olmağa davam edir. Uydurulan bu mövzu bir çox dövlətin mənfəətləri, məqsədləri və hədəflərilə əlaqəli hala gətirilməkdə və "sülhsevər" çalışma mövzusu edilməkdədir. Bu mövzu heç də yeni deyil. Erməni məsələsi tarix boyu süni olaraq yaradılıb, bir çox dövlətin Osmanlı ölkəsinin üzərindəki mənimsəmə fikirləri nəticəsində ortaya çıxarılıb, şəkilləndirilib, mübarizələrə və müharibələrə səbəb olub.
Bu gün ermənilər tərəfindən təcavüzə məruz qalıb yaşamını itirən, ömür boyu şikəst qalan Anadolu türkləri, azərbaycanlılar unudulub, ermənilər isə müdafiə edilir, günahsız sayılır. Onlar dünya ictimaiyyətinin diqqətini uydurulan "erməni problemi"nə çəkərək, keçmişdə türklərin özlərilə qeyri-insani davrandıqlarını ortaya atıb işğal etdikləri bölgələrdə çoxluq əldə etmək üçün insanlarımızı qətl etdilər. Onların bütün dünyanın gözü qabağında Xocalıda törətdiyi soyqırımın sadəcə Azərbaycan türklərinə qarşı deyil, bütün insanlığa qarşı işlənən bir cinayət olduğu ortadadır: uşaq, qadın, qoca, cavan demədən, meşədə vəhşi heyvanların belə törətmədiyi işgəncələrlə insanları öldürüb, cəsədləri yandırıb, bütün qəsəbəni yer üzündən siliblər. Bu erməni şovinistlərin törətdiklərinin isbatı üçün rəsmi sənədlərə ehtiyac yoxdur. Çünki bu soyqırım günümüzdə bütün dünya ictimaiyyətinin gözü qabağında törədilib. Şuşada, Xankəndində, Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda... tarixi abidələrimizi, qəbristanlıqlarımızı yerlə-yeksan etdiklərini, bir milyondan artıq insanımızın 23 ildir çadırlarda və vaqonlarda yaşadıqlarını unutdurmaqmı istəyirlər?.. Erməni millətçiliyini dünyaya əks etdirib "Böyük Ermənistan" ideyasını həyata keçirməkmi istəyirlər?..
Biz günahı başqalarında deyil, özümüzdə axtarmalıyıq! Elmin, xəbərləşmənin bu qədər inkişaf etdiyi günümüzdə belə, səsimizi dünyaya çatdıra bilmirik, həqiqətləri dünya ictimaiyyətinə anlada bilmirik!.. Ermənilər isə nəinki İrəvana, Göyçə mahalına, Şuşaya sahib çıxırlar, tarixi insanlarımızı belə özlərininki sayır və bu yalanları dünyaya yaya bilirlər...
Baxın, XX əsrin başlarında bugünkü Ermənistanın yaradıldığı İrəvan xanlığında yaşayanların yüzdə 12-si erməni olub. Birinci Dünya müharibəsi zamanı ermənilər ikiüzlülük, xəyanət, satqınlıq, qocalara, qadınlara, qızlara, uşaqlara, dini ibadətgahlara və təbiətə qarşı törətdikləri vəhşiliklər və türk ordusuna qarşı etdikləri silahlı xəyanətlər nəticəsində "köçə zorlandılar." Mültəci vəziyyətini haqq edən bu ermənilərin əksəriyyəti Qarsda, Sürməlidə, Ərdəhanda, Naxçıvanda, Tiflisdə, Batumda, Axiskada, Axalkələkidə, İrəvan xanlığında... yaşayan ermənilərin yanına yerləşdilər.
Yaranmış vəziyyəti, yəni Gürcüstanın bir çox bölgəsinin ermənilər tərəfindən istilasını görən, o zamanlar bolşevik inqilabının başında duranlardan biri olan İ.Stalin Gürcüstanı ermənilərdən təmizləmək qərarına gəlir. Beləcə, Sovet Rusiyası Gürcüstana, Naxçıvana, Qarsa, Sürməliyə, Ərdəhana... doluşan erməni azlıqlarını İrəvan xanlığına - azərbaycanlıların ata-baba yurdu olan torpaqlara sıxışdırıb, sahəsi bir az daha genişləndirilən bir Ermənistan Respublikasının yaradılmasına qərar verir. (Daşnaklar 29 may 1918-ci ildə İrəvan xanlığında 9.000 kv. km. ərazidə qondarma bir "Ermənistan Respublikası"nı elan etmişdilər). Lakin beynəlxalq qanunları heçə sayan bolşeviklərin 29 noyabr 1920-ci ildə rəsmən elan etdikləri Ermənistan Respublikasının sahəsi ermənilərə azlıq edib və Mikoyanın təşəbbüsü ilə torpaqlarımız hissə-hissə kəsilib ermənilərə verilməyə başlanıb. Ermənistanın ərazisi əvvəl 26.000 kv. km., sonra 29.000 kv. km., bu gün isə işğal altında olan Qarabağı və digər bölgələri nəzərə alsaq, bu rəqəm 46.200 kv. km. çatdırılıb. Halbuki, "Ermənistan Respublikası"nın qurulması belə qanunlara uyğun olmayıb. Çünki o zamanlar Türkiyədən, Gürcüstandan, İrandan, İraqdan və Suriyadan köçürülüb İrəvan xanlığına yerləşdirilən ermənilərın sayı yenə də azlıqda qalıb, yəni yüzdə 50-ni aşmayıb, orada yaşayanların yüzdə 42 faizini təşkil edib. Bu isə beynəlxalq qanunlara görə, müstəqil bir dövlətin qurulmasına yol vermir. Bəs onda Lozanna müqaviləsində heç bir yeri olmayan bu dövlət necə qurulub?..
Biz bu tədqiqatımızda, ümumiyyətlə, ermənilərin yaranma tarixinin başlarına qədər getdik, onların dünyaya baxışlarını incələməyə və məsələni geniş bir perspektiv içərisində dəyərləndirməyə çalışdıq. Bu dəyərləndirmədə, şübhəsiz ki, millətçilik hisslərimizi bir kənara qoyduq, Vətən və millətimizin varlığını yaxından təhdid edən, münafiqlik üsulu ilə bəzi super güclərdən istifadə edib İrəvanı, Zəngəzuru, Göyçə mahalını... ələ keçirən, bunlar azmış kimi indi də Qarabağ bölgəsini, yer üzünün ən gözəl nöqtələrindən biri olan Şuşanı işğal edən erməniləri, onların terrorçu komitələrini, dəstələrini, acımasızca törətdikləri qətliamları və "erməni məsələsi" mövzusunu uydurmalarla deyil, ancaq və ancaq bütün açıqlığı və həqiqətlərilə tarixi hadisələrə və rəsmi sənədlərə əsaslanaraq ortaya qoymağa səy göstərdik. Beləcə, "erməni məsələsi"nin yalnız Anadolu türklərini və azərbaycanlıları təşvişə salan bir azlıq məsələsinin olmadığını, Orta Şərqdə olan bəzi dövlətləri də maraqlandıran bir məsələ olduğunu gördük.
Keçmişdə olduğu kimi, günümüzdə də dünyanın bir çox ölkələrinə dağılan bir neçə milyon erməni kütləsinin hərəkətə keçib böyük lobbilər qurması, bu lobbilərin də "Böyük Ermənistan" iddiasını ortaya atmaları və bu iddianı "soyqırımla" dəstəkləmələri onların sərbəst iradələrinə bağlana bilməz. Bu iddiaların arxasında super güclərin də olduqları və bunu Türkiyə, Azərbaycan, İran, İraq və Suriya üzərindəki əməllərini həyata keçirmək üçün istifadə etdikləri qətidir. Dünən ermənilər Türkiyəyə, Azərbaycana qarşı o zamanın super gücləri tərəfindən necə istifadə olunublarsa, bu gün də eyni düşüncələrlə istifadə olunurlar. Beləcə, super güclərin təzyiqi ilə 17 ölkə tarixi sənədləri incələmədən "soyqırım" məsələsini qəbul edib!? Heç şübhəsiz, yaxın zamanda tarix bu qəbulların doğru olub-olmadığını, ümumiyyətlə, soyqırımın olub-olmadığını ortaya qoyacaq. Bizim incələmələrimizə görə, yalnız 1915-ci ildə deyil, I Dünya müharibəsinin başından sonunadək ölən ermənilərin sayı 1,5 milyon deyil, 500 mini belə aşmır. Belə olduqda bir sual ortaya çıxır: "Əgər müharibə şəraitində, rus ordusu sıralarında olan ermənilər daxil olmaqla 500 min erməninin ölməsi "soyqırım" sayılırsa, onda bəs necə olur ki, öz torpaqlarında, öz evlərində şəhid edilmiş iki milyondan artıq türkün öldürülməsi soyqırım sayılmır?"
Əsasən arxiv sənədlərinə əsaslanan bu tədqiqatımızın, tariximizin bir çox zamanında olduğu kimi, günümüzdə də yenidən xortladılmaq istənən, daha doğrusu xortladılan "erməni məsələsi"nə işıq tutacağı ümidindəyik.
Hesab edirik ki, bizim bu incələmələrimiz ermənilərin əminamanlığı üçün də bir ibrət sənədi olacaq. Bir insan olaraq onların da yaxşılığını istəmək insanlıq borcumuzdur.
Dünən onlar bu və ya digər müstəmləkəçi dövlətlərin oyunlarına alət olaraq istifadə olundular. Olan isə ermənilərə oldu. Onlar yaşadıqları yerləri və yüzminlərcə insanlarını itirdilər, adları ləkələndi... Heç olmasa, bu gün tarixdən dərs alaraq özlərini atəşə atıb məhv etməsinlər, eyni təhrik və oyunlara, saxta vədlərə alət olmasınlar, yaxşıca düşünüb tarixi olduğu kimi(!) araşdırsınlar, vaxtilə peşman olduqlarını, aldadıldıqlarını xatırlasınlar.
Bu da bir həqiqətdir ki, arxiv sənədlərinin tədqiqatı nəticəsində ortaya çıxan bu əsər erməni tarixinin bilinməyən səhifələrini geniş oxucu kütləsinə təqdim edir.
Fazil QARAOĞLU,
professor




ermeniler_heqiqetler



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ