Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Gülüş dolu əhvalatlar...
Tarix: 14.10.2015 / 02:12
Bölmə: Sosial
Oxudum, düşündüm, ancaq bilmirəm gülüm, yoxsa ağlayım?
"Mən gülüş dolu əsərləri ona görə yazmıram ki, yalnız oxuyub gülsünlər, yazıram ki, "marallarım"ın düşdüyü vəziyyəti görsünlər və düşünsünlər" - görkəmli satirik yazıçı, dramaturq Xeyrəddin Qocanın fikridir. Doğrudan da yazıçı hadisələri çoxlarından tez görür, müşahidə edir, hissiyyatından keçirir və qələmə alır. Xeyrəddin Qocanın acıya-acıya yazdıqlarını ibrət götürə-götürə oxuyub dərk etmək lazımdır.
Xeyrəddin Qocadan yazacağam, amma əsərlərindən yox, bu dəfə yazıçının gülüşündən, illərdir başına gələnlərdən, yaşadığı maraqlı hadisələrdən və lətifəyə, gülüşə çevrilən əhvalatlardan bəhs edəcəyəm.
Bu yaxınlarda "Yazıçı" nəşriyyatı "Xeyrəddin Qocanın gülüşü" adlı miniatür kitab buraxıb. Miniatür kitabı vərəqləyəndə öncə elə bildim ki, əhvalatlar Xeyrəddin müəllimin qələmə aldıqlarıdır, sonra gördüm xeyr, yazıçının başına gələnlər, yaşadığı hadisələr burada əks olunub.
Nəşriyyat yazıçının yerində deyilmiş atmacalarını, zarafatlarını, pritçalarını zilini zil, bəmini bəm edərək oxuculara təqdim edir.
Üzü keçmiş çağlardan bəri görkəmli insanların, mütəfəkkirlərin, qələm adamlarının, müdriklərin yaratdığı lətifələr olub. Bəhlul Danəndə, Xoca Nəsrəddin (Molla Nəsrəddin), Hacı dayı kimi tarixi şəxsiyyətlərlə bağlı dodaqqaçıran, eyni zamanda da düşündürən, ibrətamiz lətifələr çox geniş yayılıb. XX əsrdə görkəmli şairimiz Hüseyn Arifin lətifələri də bu baxımdan çox maraqlı və diqqətəlayiqdir. Sözsüz ki, bunlar real hadisələr fonunda baş verir və təbii olaraq lətifəyə, gülüşə çevrilir.
Xeyrəddin Qoca ilə bağlı əhvalatlar da bu cür meydana gəlib. Bu hadisələri yazıçının özü yaratmayıb, özü yaranıb. Təbii şəkildə yarandığı üçün də ürəyə yatımlıdır. Xeyrəddin müəllimi çoxdan tanıyıram, tez-tez redaksiyamıza gəlir. Hər gəlişində də özü ilə işıq gətirir, o işığın zərrələri lətifəyə, gülüşə çevrilir, şirin zarafatlara qanad verir. Bir məqamı da qeyd edim ki, qəhrəmanımız olduqca ciddi adamdır, bu ciddiyyət onun yaradıcılığında, yazı-pozusunda da özünü büruzə verir. Onunla bağlı meydana gələn gülüş sovqatının da mayasında əslində ciddi mahiyyət durur.
Onun adı ilə bağlı yaranan bədii söz-söhbətlərdən reallığımız, gün-güzəranımız boylanır, özbaşnalıq, sözünün ağası olmayan insanların gülünc vəziyyətə düşməsi, əl-ayağa dolaşan qüvvələrin sərt tənqidi boy göstərir.
Yazıçının gülüşü toplanan kitabdan-bu gülüş dolu aynadan üzümüzə acı həqiqətlər baxır desəm yanılmaram.
"Göndərin bazara" lətifəsi də onlardan biridir.
X.Qoca:
- Bilirsiz kişilər nədən ölür? Kişiləri öldürən bircə şeydir: siyahını verin əlinə, hər gün göndərin bazara. İnandırıram sizi, canları elə bu yollarda çıxacaq. Görmürsünüz, gündə birini infarkt vurur?
Əslində, ilk baxışdan gülməli görünür, hətta qəh-qəhə çəkib gülürük də. Ancaq dərinə gedib düşünəndə, mətnin mahiyyətinə varanda həqiqətlə üzləşirik.
Xeyrəddin müəllimin öz dilindən gülüş doğuran hekayətləri, hadisələri az eşitməmişik. Yəqin çoxlarınız bu söhbətlərin canlı şahidisiniz.
"Onsuz da görmürsünüz..." adlı lətifənin məzmunu maraqlıdır. Bu, yazıçının başına gələn real hadisədir:
Xeyrəddin Qoca Korlar Cəmiyyətində çıxan "Dan ulduzu" qəzetinin baş redaktoru vəzifəsində işləyirdi. Lakin redaksiya idarədən uzaqda yerləşirdi. Bir gün Cəmiyyətin sədri Xeyrəddin müəllimə zəng edərək deyir ki, "çoxdandır səni görmürəm, gəl, bir söhbət edək".
Xeyrəddin Qoca:
- Əşi, elə telefonda söhbət edirik də. Ora gəlməyimin nə mənası? Onsuz da siz məni görmürsünüz-deyir.
Fikirləşirəm ki, bəlkə hər birimizin başına gülməli hadisələr gəlir, özümüz də bilmədən yumor qəhrəmanı olur, ətrafımızdakıları da bura daxil edirik, amma bizim yumorumuz üzə çıxmır. Hesab edirəm ki, bunun üçün ya cəsarətimiz zəifdir, ya da ki, bu xarakter heç yoxdur. Xeyrəddin müəllimin lətifələri kifayət qədər cəsarətli atmacalarla doludur. Maraqlıdır, bu lətifələrdən heç kim inciyib küsmür, əksinə, özünü Xeyrəddin müəllimin gülüş aynasında görməkdən məmnun qalır. Doğrudur, incik qalanlar da ola bilər, onlar bu aynada özlərinin eybəcər şəkillərindən ya utanır, ya da qorxur, bu səbəbdən səslərini çıxarmırlar. "Xeyrəddin Qocanın gülüşü"ndə atmacalar, gülməcələr öz yerində, ibrətamiz əhvalatlar da az deyil. Bu gülüş çələngi ona görə çap edilib ki, oxucular yazıçıya daha yaxından bələd olsunlar, onun şəxsiyyətini, düşüncəsini, həyata baxışını, prinsiplərini, münasibətini bilsinlər. Bu çələngdə yer alan hər bir lətifə, atmaca, acıtma, hazırcavablıq, müdriklik ştrixləri yazıçının könül bağının gülləridir. Hər kəs o çələngdə özünə aid olan gülü, çiçəyi, başqa birisi tikanı axtarır. Kim nəyə layiqsə, onu da əldə edir. Oxucunu aldadanlar, ona sənət əsəri adına maklatura təqdim edənlər, gülməcə paltarında bayağı lövhələr göstərənlər yaxşı olar ki, "Xeyrəddin Qocanın gülüşü"nü vərəqləsinlər. Bu miniatür kitabda öyrənməli çox şey var. Ciddi gülüş, ciddi atmaca, hədəfə yönələn əhvalatlar oxucunu dərindən düşündürür, həm də xoş əhval-ruhiyyə yaradır.
"Xeyrəddin Qocanın gülüşü"nün əlyazması ilə tanış olan xalq şairi Nəriman Həsənzadə yazır: "Hörmətli qələm dostumun həcmcə kiçik yazılarını oxuduqca, gözlərim önündə həyatın istisini, soyuğunu görmüş bir insan canlanır. O, birinci növbədə müşahidələrindən yüksəkdə durmağı bacaran hazırcavabdır...".
Xalq şairinin fikirlərinə mən də dəstək oluram, oxucuların da bu fikirlərə biganə qalmayacaqlarını bildirirəm.
Miniatür kitabdakı gerçək hadisələr, əhvalatlar həyatın hər üzünü, yaşadığımız dünyanın rəngarəngliyini ifadə edə bilib. Burada əks olunan və günümüz üçün maraqlı, aktual olan məsələlərin gələcəkdə də diqqət çəkəcəyinə şübhə etmirik.
Çünki Xeyrəddin Qocanın gülüşü müdrik gülüşdür. Bu gülüşdən hər kəsə pay düşür.
Aytəkin KƏRİMLİ
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ