O bildirib ki, Vergilər Nazirliyi tərəfindən MTRŞ-ya məsələnin araşdırılması ilə bağlı məlumat verilib: "Lisenziya olmadan kabel şəbəkəsi yayımı həyata keçirmək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deməkdir. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı məsələləri isə Vergilər Nazirliyi araşdırır”.
N. Cavadov qeyd edib ki, Azərbaycanda qeyri-qanuni kabel şəbəkəsi yayımı ilə məşğul olanlar Alfanet MMC, Avirtel, Izone MMC, Azeronline, Enginet.az, Smart System technologys, Global service Provider, Eurosel, Uninet MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Aztelekom, CityNet, Smartonline.az, Metronet, Az-Evro Tel MMC, Ott.az və GigaNet-dir.