Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə
Tarix: 09.10.2015 / 02:49
Bölmə: Sosial
Xalça müxtəlif rəng çalarlı naxış elementləri və təsvirlərlə bəzədilən bədii toxuculuq əsəri-məmulatıdır. Hər bir xalqın kimliyini də dünyaya tanıdan bu sənət əsəri dəyə, çadır, alaçıq, həmçinin yaşayış evləri, saray və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir. Xalça yüksək estetik əhəmiyyət kəsb etməklə yanaşı, otağın daxilində istiliyi saxlayır, ətraf mühitin səs-küyünün qarşısını alır.
Xovlu və xovsuz xalçaların, keçə məmulatlarının ən qədim nümunələri türk məskəni Dağlıq Altaydakı Pazırık kurqanlarından tapılıb (b.e.ə. V-III əsrlər). Şimali Monqolustanda hökmdar qəbirlərindən aşkar edilən xovsuz xalçalar (b.e.ə. I əsr, "Ermitaj", Sankt-Peterburq), "Qibti parçaları" adlanan xalça məmulatları (III-VIII əsrlər, A.Puşkin adına Təsviri Sənət Muzeyi, Moskva), Səlcuqlar dövrünə aid xalçalar (XI əsr, Türk və İslam İncəsənəti Muzeyi, İstanbul), Təbrizdə toxunan "Şeyx Səfi" xalçası (1539-cu il, Viktoriya və Albert Muzeyi, Londan) dünya xalçaçılıq sənətinin qədim və nadir nümunələrindəndir.
Şərq xalçalarından İran, Türkiyə, Azərbaycan və Türkmənistan xalçaları daha məşhurdur. Bu xalçalar onların toxunma yerlərinin, tayfanın, xalça toxuyan ustanın, yaxud naxış və kompozisiyanın adı ilə təsnif olunur. Məsələn, İran xalçalarından "İsfahan", "Namazlıq"; Azərbaycan xalçalarından "Aran", "Qarabağ", "Fəxralı" və s.
Xalçaçılıq
Azərbaycanda
Arxeoloji material və yazılı mənbələrə əsasən, ölkəmizdə xalçaçılıqla hələ tunc döründən (b.e.ə. 2-ci minilliyin sonu - 1-ci minilliyin əvvəllərindən) məşğul olublar. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları tapılıb. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi, Elian, Ksenofont və başqaları məlumat veriblər. XVI əsrdə Azərbaycanda olan ingilis səyyahı A.Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızılı-gümüş rəngli saplarla toxunan xalça haqqında məlumat verib. XVII əsr Holland səyahətçisi Y.Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızılı rəngli saplarla toxunaraq mirvari və digər qiymətli qaş-daşlarla bəzədildiyini yazıb. Göründüyü kimi, xalçaçılıq sənəti ölkəmizdə orta əsrlərdə daha da inkişaf edərək əhalinin məişət və iqtisadiyyatında mühüm rol oynayıb. Bunun nəticəsi olaraq XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə fərqlənən bu xalçalar məşhur dünya rəssamlarının əsərləri və miniatürlərində də öz əksini tapıb. Belə ki, XV əsr Niderland rəssamları H.Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, B.Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", alman rəssamı H.Holbeynin "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilib.
Azərbaycan xalçaları kompozisiya zənginliyinə, naxış elementlərinin orijinallığına və rəng koloritinə görə digər Şərq xalçalarından əsaslı surətdə fərqlənir. Azərbaycan xalça sənəti həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür: 1. Quba; 2. Bakı, yaxud Abşeron; 3. Şirvan; 4. Gəncə; 5. Qazax; 6. Qarabağ; 7. Təbriz. Ümumi üslub cəhətdən bir-birilə əlaqəsi olan bu məktəblərin hər birinin özünəməxsus fərqliliyi var. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə", "Alpan", "Qolluçiçi", "Pirəbədil" və s-dir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Bu qrupa "Xiləbuta", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Fatmayı", "Qədi" və s. çeşnilər daxildir. Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay və onların ətraf kəndlərini əhatə edir. Bu xalçaların zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən tanınır. Şirvan qrupuna "Mərəzə", "Şirvan", "Kürdəmir", "Hacıqabul" və s. kompozisiyalar daxildir. Gəncə məktəbi Gəncə şəhəri və onun ətraf kəndləri, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. X-XI əsrlərdə yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xalça emalatxanaları fəaliyyət göstərib. Bu xalça məktəbinə "Gəncə", "Qədim Gəncə", "Çölkənd", "Fəxralı", "Çaykənd" və digər kompozisiyalar daxildir. Qazax məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və erməni işğalına qədər həmvətənlərimizin tarixi yaşayış məskəni olan Göyçə xalçaçılıq mərkəzləri aiddir. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit var. Qazax qrupuna "Şıxlı", "Borçalı", "Qaraqoyunlu", "Qarayazı", "Salahlı" və s. çeşnili xalçalar daxildir. Qarabağ xalça məktəbinə həm də öz bədii quruluşu, texnoloji Xüsusiyyətləri, rəng çalarlarına görə Zəngəzur və Naxçıvan xalça mərkəzləri daxildir. "Aran", "Buynuz", "Bərdə", "Qarabağ", "Xanlıq", "Çələbi", "Malıbəyli" və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.
Təəssüf ki, 1828-ci ildə Azərbaycanın 2 hissəyə bölünməsi ilə Təbriz xalçaçılıq məktəbinin nümunələri dünyada İran xalçaları adı ilə tanındı. Halbu ki, bu məktəb Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir. Təbriz xalçaçılıq məktəbi əsasən xalça kompozisiyalarına görə 2 qrupa ayrılır: Təbriz və Ərdəbil. Təbriz qrupuna "Təbriz", "Baxşayış", "Ləçəkturunc", "Əfşan", "Dörd fəsil" kompozisiyaları, Ərdəbil qrupuna isə "Ərdəbil", "Şeyx Səfi", "Şah Abbas", "Zəncan" və s. çeşnilər daxildir. Qeyd edək ki, "Ləçəkturunc" kompozisiyalı məşhur "Şeyx Səfi" xalısı (ölçüsü 56,12 kv.m) ornament xalçaların ən gözəl nümunəsi kimi Təbriz xalçaçılıq məktəbinin şah əsəridir.
Azərbaycan
xalçaları dünya
incəsənət
sərgilərində
İncəsənətin tətbiqi sahəsinin bir növü kimi, Azərbaycan xalçaları 1872-ci ildə Moskvada "Moskva-Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilib. Həmin sərgilərdə Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax və başqa bölgələrdən gətirilən xalçaların ən yaxşı nümunələri qızıl və gümüş medallara layiq görülüb. Bunu nəzərə alan beynəlxalq təşkilatlar 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə London və Berlində təşkil edilən beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsini Azərbaycandan gətirmişdilər.
Azərbaycanda xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Həmin dövrdə xalçaçılıq sənəti həm respublikamızın rayon və kəndlərində ayrı-ayrı xalça ustaları, həm də "Azərxalça" İstehsalat Birliyi tərəfindən inkişaf etdirilib. Sovetlər vaxtında Azərbaycan və Türkmənistanda eksperimental bədii emalatxanaların fəaliyyət göstərməsi əl ilə toxunan xovlu xalça istehsalının inkişafına mühüm təsir göstərib. Bunun nəticəsi olaraq keçən əsrin 70-80-ci illərində xalçaçılıq sahəsində böyük uğurlar qazanılıb. Belə ki, ilk dəfə - 1981-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında "Azərbaycan xalçaları" sərgisi nümayiş etdirilib. 1983-cü ildə isə cənab Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə "Azərbaycan SSR-də xalçaçılığın və xalça sənətinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında" Azərbaycan KP və hökuməti xüsusi qərar qəbul etdi. Həmin il məhz Bakıda "Şərq xalça sənəti" üzrə geniş beynəlxalq simpozium keçirildi.
Vurğulanması vacib olan əsas məqamlardan biri də 1972-ci ildə cənab Heydər Əliyevin iştirakı ilə respublikamızda dünyada ilk xalça muzeylərindən biri olan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılmasıdır. Muzey Azərbaycanı, onun maddi-mənəvi dəyərlərini dünyaya tanıtdırmaq üçün Heydər Əliyevin bilavasitə göstərişi ilə Fransa, İsveçrə, Danimarka, İtaliya, Belçika, Avstriya, Yaponiya kimi qabaqcıl ölkələrdə sərgilər təşkil etdi. Həmin dövrdə Xalça Muzeyinin Gəncə filialı, Quba və Şuşada isə onun şöbələri açıldı.
Müasir Azərbaycanda xalça sənətinin inkişafı və kadr hazırlığı sahəsində mühüm tədbirlər görülüb. Belə ki, xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Bu sahə sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər tədris ocaqlarında öyrədilir.
Azərbaycan xalçaçılığının keçmişi, bu günü və gələcəyindən yazarkən respublikanın xalq rəssamı mərhum Lətif Kərimovun xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ-tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist-rəssam, tədqiqatçı alim kimi dünyada tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq edib, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib, yeni dekorativ motivlər yaradıb.
Məlumdur ki, Dağlıq Qarabağın erməni işğalı Azərbaycan xalçaçılıq məktəbinin aparıcı qollarından biri olan Qarabağ xalçaçılıq məktəbinin tənəzzülünə səbəb olub. Torpağımızı işğal edən düşmən, xalçaçılıq sənəti də daxil olmaqla, maddi-mənəvi dəyərlərimizi özününküləşdirmək üçün bütün iyrənc vasitələrdən istifadə edir. Həm bu amili, həm də sözügedən sənətin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə alan Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" AR-nin Qanunu təsdiq edildi. Azərbaycan xalçalarının dünyaya daha yaxından tanıdılması məqsədilə cənab Prezidentin iştirakı ilə 2014-cü ildə Dənizkənarı Milli Parkın ərazisində unikal memarlıq cəhətlərinə malik olan Azərbaycan Xalçası Muzeyi açıldı.
Şübhəsiz ki, Azərbaycanda bir elm və sənət kimi dövlət qayğısında olan xalçaçılıq sahəsinin inkişaf etdirilməsində "Azər-İlmə" Xalça Mərkəzinin rolu, fəaliyyəti çox böyükdür. Azərbaycan xalçalarının dünya miqyasında təbliğinə xüsusi önəm verən bu qurum həm də xalça məktəblərimizin bütün qollarını tədqiq edir. "Azər-İlmə"nin fəaliyyəti nəticəsində artıq dünyanın əksər hissəsi bilir ki, böyük və qədim ənənəyə malik xalçalarımızın müəllifi və sahibi Azərbaycan xalqıdır.
Sual oluna bilər: nə üçün bütün dünya yox, onun əksər hissəsi". Qısa cavab budur: Azərbaycan xalçaları 2010-cu ildə UNESCO-nun "Qeyri-maddi mədəni irs" siyahısına salınsa da, təəssüf ki, xalçalarımız dünyanın bəzi muzeylərində hələ də Qafqaz, İran, hətta bəzən erməni xalçaları adı ilə də nümayiş etdirilir. Elə isə bütün dünyanın Azərbaycan xalçalarını tanıyıb qəbul etməsi uğrunda aparılan nəcib və məsuliyyətli işdə "Azər-İlmə" Xalça Mərkəzinin rəhbərliyi və kollektivinə yeni uğurlar arzulayırıq.
Vaqif CƏLİLOĞLU: Tex.e. üzrə fəlsəfə doktoru
Yazı "Azər-İlmə" Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ