Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə...

Image


İlmənin sanı, ərişin sonu...

İlmənin sanı yoxdu,
Ərişin sonu yoxdu,
Məst olarsan ətrindən -
Çiçəkdi, canı yoxdu...
Milli folklorumuzda özünəməxsus yer tutmuş, əsrlərdən süzülüb gələn bu səpkidə bayatılar Azərbaycanda xalçaçılıq sənətinin, qədim olmaqla yanaşı, həm də sevilən bir sənət növü olduğu barədə təsəvvür yaradır. Sanki zamanında öz "sehrli" barmaqları ilə "möcüzə" toxuyan xalçaçı xanımlar yaratdıqları əsrarəngiz gözəlliklərdən zövq alaraq "toxuyub" bu sözləri də...
Azərbaycan
xalçaçılıq sənətinin qürur verən tarixi
Azərbaycanın klassik mədəniyyət nümunələrindən danışarkən onun qədim və unikal qolu olan xalçaçılıq sənətindən söz açmamaq reallıqdan yan keçmək demək olardı. Çünki hər bir xalqın mədəniyyət tarixində onun mənəvi dünyasına işıq tutan, sahib olduğu intellektin, dünyagörüşünün, estetik düşüncənin və həyati fəlsfənin köklərini təcəssüm etdirən bir incəsənət sahəsi var ki, Azərbaycan xalqı üçün bu sahə onun dünyanı dolaşan xalçaçılıq sənətidir. Azərbaycanda xalçaçılıq sənətinin yaşının yüzilliklərlə ölçülməsi barədə deyilənlərə bu sənətin ölkəmizdəki inkişafı barədə Herodot, Klavdi Elian, Ksenofont kimi qədim dünya tarixçilərinin məlumat verməsi tutarlı sübutdur. Azərbaycan xalçaçılıq sənətinin ən geniış inkişaf dönəminə qədəm qoyduğu mərhələ isə Sasanilər dövrü (III-VII əsrlər) sayılır. Həmin dövrdə Azərbaycanda xalçaçılıq sənəti inkişaf edərək, ipək saplarla yanaşı, qızıl və gümüş saplardan da xalçalar toxunub. Bu barədə VII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlı da özünün yazılarında məlumat verir. O, Azərbaycanda ipək parçalar və rəngarəng xalçaların toxunduğu haqda ilk yazılı mənbələrin müəllifidir. Ümumiyyətlə isə, Azərbaycanda qızıl-gümüş saplarla toxunan və daş-qaşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə çox inkişaf edib. Əsas istehsal mərkəzləri Təbriz, Bərdə və Şamaxı şəhərləri sayılan bu xovsuz xalçaların istehsalı çox baha başa gəldiyindən, o yalnız feodallar üçün hazırlanır, sarayların ayrılmaz bəzək atributu hesab olunurdu. Diplomatik əlaqələr zamanı feodalların bir-birinə etdiyi hədiyyələr sırasında öndə gələn bu sənət nümunələri "zərbaf" adlanırdı. XIII əsrdə bütün Şərqi gəzib-dolaşmış məşhur venesiyalı səyyah Marko Polo Azərbaycan sənətkarlığını yüksək qiymətləndirərək yazırdı":Azərbaycanda bütün dünyada şöhrət qazanmış parçalar, xalçalar və qılınc tiyələri hazırlayan xeyli gözəl sənətkar var".
Azərbaycan
tarixinin bənzərsiz çeşnilərimizdəki
izləri...
Azərbaycan xalçaları yarandığı dövrdən onun əsas bəzək ornamentini həndəsi çeşnilər təşkil edib. Hələ tunc dövründən izlənən təsvirlərin mücərrəd-həndəsi formalarının, onların rəmzi mənasının eyni stilistik təsvirdə bu gün də qorunduğu faktdır. Lakin maraqlıdır ki, xalqın mədəni, mənəvi təfəkküründə baş verən istənilən dəyişikliklər zamanla bu ornamentlər arasında özünə yer tapırdı. Buna misal olaraq islamın gəlişi ilə Azərbaycan dekorativ-tətbiqi sənətində yeni ornamental motivin - Quran (Kufi) yazılarının meydana gəlməsini göstərə bilərik. IX-X əsrlərdə bütün müsəlman şərqində, o cümlədən Azərbaycanda əlyazma və memarlıqda Qurandan surələr yer almağa başlayır ki, bu ümumi tendensiya xalçalardan da yan keçmir. Xalçaçılıqda bu özünü haşıyələrin tərtibatında göstərir və çox keçmədən Azərbaycan milli ornamentlərinin tərkib hissəsinə çevrilir. Bu məqsədlə, bir qayda olaraq, ərəb kalliqrafiyasının ən qədim tərzindən - Kufi üslubundan istifadə olunur. Bunun bir səbəbi də o idi ki, Kufi yazısında düz xətlər və künclər üstünlük təşkil edir. Bu isə Azərbaycanın tarixi xalçaçılıq stili olan həndəsi çeşniyə yaxın idi, eyni zamanda ornamentalistika baxımından da olduqca cəlbedici sayılırdı.
Azərbaycan xalçaçılıq sənətinin daha bir özəlliyi onun ornamentləri arasında səkkizguşəli ulduzun yer almasıdır. Strukturunun əsasında Türk tenqrian xaçının durduğu bu ornament ürək çakrası - sevgi mərkəzini simvolizə edir. "Şirvan" xalçasında o, medalyonların mərkəzində yerləşən səkkiz ləçəkli kiçik çiçək formasındadır. Bununla onun təsəvvüf "ürək" zikrində olduqca böyük əhəmiyyət kəsb edən müqəddəs mənasına diqqət çəkilir. Bəllidir ki, ruhi enerjinin, firavanlığın mənəvi mərkəzdən gəlməsi səkkiz ləçəkli gül (lotos) şəklində ifadə edilir. Səkkizguşəli ulduz, eyni zamanda, "səmavi" və ya "günəş qapıları"nın rəmzi rolunda çıxış edir ki, bu həm də səkkiz cənnət qapısına işarədir.
Ümumiyyətlə, Azərbaycan xalçaçılıq tarixi haqqında məlumat verən mənbələrlə tanış olduqca Azərbaycanın bu sahədə böyük bir məktəbi olduğu qənaətinə gəlirsən. Məsələn, X əsrə aid, müəllifi bəlli olmayan "Hüdud əl-Aləm" tarixi mənbəyində qeyd olunur ki, Azərbaycanın Mərənd, Gəncə və Şəmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar istehsal edilirdi, Naxçıvan, Xoy, Muğan, Səlmas və Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdı. Eyni sözlərə IX-X əsrlərdə yaşamış ərəb tarixçisi Təbərinin yazılı mənbələrində də rast gəlinir. X əsr ərəb səyyahı Əl-Məsudi yazır ki, Mərənddə, Təbrizdə, Ərdəbildə "Məxfur" adlı xalçalar istehsal edilir. X əsrdə yaşamış ərəb müəllif Əl-Müqəddəsi isə misilsiz Qarabağ xalçaları, xüsusilə "tayı-bərabəri olmayan" Bərdə xalçalarından yazır.
Maraqlıdır ki, o zaman Azərbaycan sənətkarlarının xalça və parça istehsalında istifadə etdiyi boyaq maddələri də bir çox ölkələrdə tanınmayıb və həmin ölkələr onu Azərbaycandan idxal edib. Buna misal olaraq Əl-İstətri adlı müəllifin Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi (boyaqotu-marena) barədə, Əl-Müqəddəsi, Gövhəl kimi digər müəlliflərin isə al qırmızı rəng alınan və hətta Avropaya ixrac edilən "qırmız" adlı xüsusi qurdlar haqqında yazdıqlarını göstərə bilərik.
Azərbaycan xalçalarının gözəlliyi yüksək bədii-estetik zövqə malik Avropa rəssamlarının da diqqətindən yayınmayıb. Artıq XV əsrdən başlayaraq Avropanın ünlü rəssamlarının tablolarında Azərbaycan xalçalarının təsvirləri yer almağa başlayıb. Bu əsərlər sırasında Hans Holbeynin "Elçilər", Yan Van Eykin "Keşiş Vander Pale madonnası" yer alır. Qeyd edək ki, sonuncu rəsm əsərini Niderland rəssamı Azərbaycanın "Quba" xalçaları fonunda çəkib.
XVI-XVII əsrlər Azərbaycan xalçaçılıq sənətinin ən coşqun inkişaf mərhələsinin yaşandığı dövr sayılır. Həmin dövrdə Şah İsmayıl Xətainin şərəfinə toxunmuş "Şeyx Səfi" xalçası bu gün də Azərbaycan xalçaçılıq sənətinin dəyərli incisi statusunu qoruyub saxlamaqdadır. Lakin təəssüf ki, o hələ də Azərbaycanın Xalça Muzeyini bəzəmir. İngilislərin İrandan apardığı bu sənət incisi Londonun "Viktoriya-Albert" muzeyində saxlanır.
Əslində "Şeyx Səfi" xalçası Azərbaycan incəsənətinin xarici ölkə muzeylərində saxlanan yeganə nümunəsi deyil. XVIII-XIX əsrlərdə Qarabağda, Gəncədə, Qazaxda, Qubada, Şamaxıda və Bakıda toxunmuş bir neçə xovlu və xovsuz nadir xalça hazırda, ölkəmizdə olduğu kimi, xaricdə də muzey və şəxsi kolleksiyalarda saxlanmaqdadır. Gəncə tarix-diyarşünaslıq muzeyində isə XİX əsrdə Qarabağda toxunmuş atlı və itli xalça muzeyin ən maraqlı eksponatlarındandır.
Milli xalçaçılıq
sənətimizin bu günü...
Sevindirici haldır ki, əsrlər boyu dünya miqyasında zəngin keçmişimizi, inkişaf mədəniyyətimizi və milliliyimizi layiqincə təmsil edən Azərbaycan xalçaçılıq sənəti sahəsində bu gün də qürur duyacağımız nailiyyətlərimiz var. Bu nailiyyətlərin ən böyüyü isə bu sahəyə göstərilən dövlət qayğısıdır. Bəllidir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, bir çox sahələr kimi, milli xalçaçılıq sənəti də özünün intibah dövrünə qədəm qoydu. Bu sektor üzrə qanunvericilik bazasının yaradılması, "Azər-İlmə" elm-istehsalat birliyinin təsis olunması ilə dirçəlməyə başlayan Azərbaycan xalçaçılıq sənəti 16 noyabr 2010-cu ildə Mehriban xanım Əliyevanın dəstəyilə YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildi ki, bununla da dünya miqyasında özünü təsdiqləmək üçün geniş imkan əldə etmiş oldu. Bu həqiqətən böyük nailiyyət idi, çünki buna qədər Azərbaycan xalçaları dünya miqyasında yalnız Qafqaz xalçaları adı altında təqdim olunur, Azərbaycanın sənət inciləri ümumiləşdirilmə nəticəsində sanki milli kimliyini itirirdi. Sevindirici haldır ki, bu gün "Azər-İlmə"nin genişlənən beynəlxalq əlaqələri bu kontekstdə bütün stereotipləri qıraraq Azərbaycanın bu unikal sənət nümunələrinin yolundakı maneələri aradan qaldırmağa və onu dünya incəsənət bilicilərinin qiymətləndirməsinə verilməsinə nail oldu. Nəticədə "Viktoriya-Albert", "Metropolitan" kimi Avropa muzeylərinin ekspozisiyasını bəzəyən Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Bakı, Quba, Qazax-Borçalı, Təbriz, Şirvan qruplarına aid Azərbaycan xalçaları və xalça məmulatları doğru adı ilə çağırılmağa başlandı. Bu sahədə "Azər-İlmə"nin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Belə ki, şirkət əməkdaşlarını həmin muzeylərə ezam edərək, bu xalça nümunələrimiz, onların ekspozisiyalarda hansı adlarla saxlanması, saxlanma şəraiti, bədii və texniki göstəriciləri haqqında məlumatlar əldə edib ki, həmin məlematlar "Azərbaycan xalçaları" jurnalında geniş işıqlandırılıb.
Hazırda "Azər-İlmə" geniş əlaqələr qurduğu Rusiya dövlət Şərq muzeyində nümayiş etdirilən xeyli sayda Azərbaycan xalçasını araşdırır. Belə ki, bu muzeydə bir çox xalçalarımız yanlış adlarla, bəziləri isə hətta digər xalqların maddi-mədəniyyət nümunəsi kimi təqdim olunur. Şirkətin rəhbəri, professor Vidadi Mahmudovun başçılıq etdiyi tədqiqat qrupuna həm Azərbaycanın, həm də Rusiyanın elmi-tədqiqat mərkəzlərindən tarixçilər, etnoqraflar, xalçaçılar, sənətşünaslar cəlb olunaraq hazırda müştərək tədqiqat işləri aparılır.
Görünür bütün bunların nəticəsidir ki, "Azər-İlmə"nin fəaliyyəti qonşu ölkələrin də mətbu orqanlarının diqqətini cəlb edir. Buna misal olaraq Gürcüstan Respublikasının iki mətbu orqanında - "Gürcüstan və dünya" və "Ümumi qəzet"də "Azər-İlmə" barədə xoş sözlərin yer aldığı yazıları göstərə bilərik. Sözügedən məqalələrdə "Azər-İlmə"nin nəinki Azərbaycanda, ümumən Cənubi Qafqaz regionunda qədim xalçaçılıq ənənələrinin bərpa olunmasında, genişlənməsində və təbliğində oynadığı rola diqqət çəkilir. Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Mahmudovun "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı fundamental elmi-tədqiqat layihəsi çərçivəsində Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı dərs vəsaiti isə həm də Azərbaycanla Gürcüstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində, bu bölgə sənətkarlarının tarixi və mədəni irsinin araşdırılmasında önəmli hadisə kimi qiymətləndirilib.
Lakin bütün bunlarla yanaşı demək olmaz ki, Azərbaycan xalçaçılıq sənəti bu gün heç bir problem yaşamır. Hər sahədə olduğu kimi, milli xalçaçılıq sektorumuzda da bəzən arzuolunmaz hallara rast gəlinir ki, bunlardan ən əsası bəzi hallarda bu sənət nümunələrinin təbiiliyinə xələl gətirilməsidir. Məsələ burasındadır ki, bu gün xalça istehsalımızda bəzən ərişin süni liflərlə əvəzlənməsi və yaxud iplərin boyanması zamanı süni-kimyəvi boyaq maddələrindən istifadə olunması hallarının olduğu barədə də ara-sıra məlumatlar verilir. Bilərəkdən, ya bilməyərəkdən milli koloritimizə vurulan bu "yamaq" isə zamanla dünya şöhrətli xalçaçılıq sənətimizin bu günə kimi qazandığı reytinqin üzərinə ciddi şəkildə kölgə salmaq iqtidarındadır. O üzdən əlaqədar qurumların üzərinə bu istiqamətdə ciddi məsuliyyət düşür. Lakin inanıram ki, sözügedən sektorda bu ulu sənətimizin yaşamasında və gələcək nəsillərimizə heç bir "yamaq"sız çatdırılmasında maraqlı olan milli vətənpərvərlərimiz yetərincədir və onlar bu məsuliyyətin öhdəsindən layiqincə gələcək.
Samirə SƏFƏROVA
Yazı "Azər-İlmə" Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ