Cümə günü, 06 noyabr 2026
     

Vüsal Tahirov haqqında deyilənlərdən…

Image


(Səkkizinci yazı)

Üzərində ciddi-cəhdlə işlədiyimiz kitabda Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri, Xocavənd və Şuşa rayonları uğrunda xüsusi şücaət və qəhrəmanlıqlar göstərmiş Tahirov Vüsal Mehdi oğlu haqqında xatirələrə də ehtiyac duyduq. Bunun üçün onun haqqında deyilənlərdən bəzi seçmələri böyük qürur və minnətdarlıq hissi ilə təqdim edirik.

Vüsal Tahirovun anası Tahirova Rəsmiyyə Kərim qızı ilə həmsöhbətik. Gözləri qürur hissi, məğrurluqla dolu olan bu əzəmətli qadın sakit nəzərlərlə oğlu haqqında bunları dedi:

- Vüsal çox qoçaq uşaq idi. İdmana, xüsusilə də futbola böyük marağı var idi. Həmişə kubokla evə dönərdi. Demək olar ki, Naxçıvanda keçirilən yarışların hamısına gedirdi. Qaçış üzrə birinci yerə layiq görülmüşdü.

Vətənini çox sevirdi. Həmişə məzuniyyətə gələndə gördüyü işlərdən danışardı. Müharibəyə gedəndə atasına deyib ki, “Mən Vətən oğluyam”, mütləq müharibədə iştirak edəcəyəm. Müharibə zamanı bacısı ilə danışıb, ona deyib ki, məndən ötrü qəti narahta olmayın. Hər şey yaxşı olacaq.

Vüsal çox səliqəli və zəhmətkeş uşaq idi. Hətta şalvarını ütüləməyə belə mənə razılıq vermirdi. Müharibəyə gedən vaxt yoldaşları otağından video çəkiblər. O videoda belə onun otağı çox səliqəli görünür.

Müharibəyə getməyini bizə deməmişdi. Mənim bilməyimi istəməyib yəqin.

Vüsal həm də zarafatcıl idi. Sonuncu danışığımızda da zarafatından qalmırdı. Mən həmişə ona “Mama qurban” deyərdim. Son danışığımızda telefonu açan kimi dedi ki, “Mama qurban, necəsən?”. Mən fikirləşmədim ki, balamın səsini sonuncu dəfə eşidirəm. Heç ağlıma da gəlmədi.

Oğlum Şuşada gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəldi...

Vüsal haqqında danışmaq çox ağırdır. Bir ana kimi içim qan ağlayır. Amma oğlumla o qədər qürur duyur, o qədər fəxr edirəm ki...

Vüsalın gözəl məziyyətləri var idi. Çox dostcanlı, mehriban oğlan olub. Dostlarının sayı-hesabı yox idi. O, sakit təbiətli, qoçaq olması ilə diqqət çəkir, onu tanıyanlar tərəfindən sevilirdi.

Vüsal ailəsinə də çox bağlı idi. Lazım olsa idi atasına, mənə, bacılarına ürəyini də verərdi. Çox sevirdi bizi. Amma vətəni bizdən çox sevdi. Ömrünü vətənə bağışladı. Vətəni, torpağı var olsun deyə canından keçdi. Torpaq oldu. Vətən oldu…

Vüsal indi cənnətdən bizi seyr edir. Düşmən tapdağından azad olunmuş vətəninə öz dünyasından baxır…

Mən oğlumla fəxr edirəm. Vüsal kimi oğul böyütdüyüm üçün qürurluyam.

Allah bütün şəhidlərimizin məqamını uca etsin! Bütün şəhid analarına Allahdan güclü səbr arzu edirəm!

Vətən sağ olsun!

Gözləri otağın bir küncündə soyuq, ya da qaynar ilğımlara ilişib qalan Rəsmiyyə xanım azacıq köks ötürdü, yenidən Vüsalla bağlı xatirələrini bizimlə bölüşdü:

- Vüsal anadan qəhrəman doğulmuşdu...

Hələ uşaq ikən hamının sevimlisinə çevrilmişdi. Məktəbdə müəllimlər də, şagirdlər də onu çox istəyirdilər... Yaxşı idmançı idi. Yarışların birində məktəbə kubok qazandırmışdı. Təhsilini başa vurdu, sənədlərini İdman Akademiyasına verdi, ancaq qəbul olunmadı. Sonra dedi ki, artıq vaxtım olmayacaq yenidən sənəd verim... Hərb sənətini daha üstün saydı. Bundan ötrü bizim razılığımızı aldı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərdi...

Çox tərbiyəli uşaq idi. Böyüklərə xas davranışları var idi. Tez-tez Naxçıvanda qohumlarımızı ziyarət edir, onların da sevgisini qazanırdı. Heç kimə əziyyət vermək istəmirdi. Komandirindən hər bayramda təbrik və minnətdarlıq dolu sözlər eşidirdik. Atası qürur hissi keçirirdi. Mənim də ürəyim dağa dönürdü.

Hərbi xidmətdə olarkən də idman yarışlarında birinci nəticə göstərirdi.

Komandanlıq, hərbçi dostları, əsgərləri bir ağızdan deyirdilər ki, biz hələ Vüsal qədər içində Vətən sevgisi olan insan görməmişik. Elə bil ona bu xüsusda xüsusi dərs keçiblər... Əslində isə bu lütf ona Allah tərəfindən verilmişdi. Əgər sevgi hissinin hüdudu yoxdursa, deməli o, həqiqətən Allah lütfüdür!

Hətta bir hərbçi dostu dedi ki, təki Vüsal geri qayıda, tərəddüdsüz paqonlarımı çıxarar, canımı belə əsirgəmərəm...

Vüsal hərb sənətini canından çox istəyirdi... O, bilirdi ki, yaxında müharibə olacaq. Biz narahat olmayaq deyə bizə bildirmirdi. Ancaq mən arada deyirdim ki, Vüsal, müharibəyə gedəcəyini bizə bildir, qorxmuram, əksinə, dualarım səninlədir. Həm də anası da olsam, haqqım çatmazdı ki, onun müharibəyə getmək istəyinə qarşı çıxım. Aramızda xüsusi hörmət hissi vardı. Arada elə bilirdim, heç ana-bala deyilik, iki dostuq, yaxud, elə bilirdim ki, mən müəlliməm, o da mənim şagirdimdir...

Vüsal müharibəyə getmək üçün yeddi dəfə yazılı müraciət edibmiş. Onu bir az gec apardılar; təkid edib ki, əgər aparmasanız, özüm qanunsuz halda döyüşlərə qatılacağam... Beləcə, müharibəyə getdi, ancaq bizə demədi. Elə bildik ki, hələ də Naxçıvandadır.

Bir gün otağa daxil olanda sanki kimsə məni kürəyimdən vurdu, zərbə o qədər ağır oldu ki, ürəyim qopdu... Dərhal hiss etdim ki, Vüsala nəsə olub. Sonra məlum oldu ki, həmin an yanlarına mərmi düşüb, Vüsalım başından ağır yaralanıb...

Vüsal tabeçiliyində olan əsgərlərə də qardaş qayğısı göstərib. Ailədə aldığı tərbiyəni döyüş bölgəsində də nümayiş etdirib...

Hətta bir dəfə sinif müəllimi dedi ki, siz Vüsala bu qədər tərbiyəni necə verə bilmisiniz? Çünki Vüsalda fövqəladə tərbiyə motivləri var...

Nə bilim, bəlkə də bu tərbiyə gendən gəlir...

Qeyd: Ola bilər, bəlkə də Rəsmiyyə xanım bəzən özünü qınayır ki, Vüsal hərbçi olmaq istəyini bizə deyəndə, gərək əngəl olardım... Bəlkə də hərbçi olmasaydı, indi yanımızda olardı... Sonra da qəfil bu inciklik və məyusluq pərdəsini gözlərindən də, içindən də çıxarıb atır ki, şəhilik onun qismətidir...

Kim bilir, bəlkə də biz yanılırıq, ola bilsin, Rəsmiyyə xanım heç vaxt belə bir fikirdə olmayıb... Oğlunun içindəki qaynar Vətən sevgisini aşkar görən bir ana bəlli ki, narahat fikirdə olmaz...

Nə etmək olar, qəfil gələn fikirdir, sürətlə içimizdən keçdi, qarşısını ala bilmədik...

Buna görə bizi bağışla, şəhid anası!

Vüsalın atası Tahirov Mehdi Hüseyn oğlu gözlərinin içində parıldayan yaş gilələrini boğuq hıçqırtılarla görünməz etmək istədi, qismən bacardı, cəsur baxışlarla oğlunun divardan boylanan şəkillərini süzdü, anidən dedi:

- Vüsal Naxçıvan MR-nin Şərur rayonunun Danyeri kəndində anadan olub. Beş yaşı olanda Xırdalana gəlmişik. Beşinci sinfə qədər Xırdalandakı 5 nömrəli tam orta məktəbdə oxudu, sonra təhsilini 9 nömrəli tam orta məktəbdə davam etdirdi. Hərbi xidmət vaxtı çatdı, Naxçıvandakı N saylı hərbi hissədə xidmət keçdi. Xidmətini başa vuran kimi bizə dedi ki, müddətdən artıq xidmətdə qalmaq istəyirəm. Əlbəttə, o, evin tək oğul övladı idi, qəlbinə dəymək istəmədik, həm də onun istəyinə qarşı çıxmadıq, çünki Vüsalın içindəki qaynar Vətən sevgisini hamımız görürdük. Beləcə, xidmətinə başladı, sonra hərbi təhsil alaraq gizir oldu. Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyəti ona məxsusi zövq verirdi.

Bir gün də müharibə başlandı. Çoxları kimi Vüsal da müharibəyə xəlvət getdi. Üzərinə düşən məsuliyyətin öhdəsindən çox bacarıqla gəldi. Şükr, haqqında daim xoş, sevindirici xəbərlər eşitdik və bu, bizə qürur verdi.

Vüsal 2020-ci ilin 8 noyabrında – Qələbə günü başından ağır yaralanıb... Onun nə müharibəyə getməsindən, nə də yaralanmasından zərrə xəbərimiz olmadı. Sonradan eşitdik ki, artıq döyüşlərdə şücaət göstərir. Sonradan bizə dedilər ki, Vüsal başından ağır yaralanıb.

Getdik qaldığı xəstəxanaya, dedilər reanimasiyadadır, minamyot qəlpəsi baş nahiyəsinə ağır xəsarət yetirib. Onu gördük, dilsiz-ağızsız vəziyyətdə idi. Təbii ki, ürəyim qırıldı, bir ata üçün övladını bu vəziyyətdə görmək çox ağırdır.

Səkkiz gün yanına gedib-gəldik. Həkimləri tez-tez mənimlə əlaqə saxlayır, məlumat verirdilər. Noyabrın 16-da zəng vurub dedilər ki, Vüsal şəhid olub. Bu xəbər bütün vücudumu dondurdu. Bir anlıq nitqim də qurudu...

Vüsal komada idi deyə, bilmədim, qələbəmizdən xəbər tutdu, ya yox. Bəlkə də hiss etdi, çünki o, vətəni qaynar məhəbbətlə sevirdi. Bəlkə də mələklər ona Ordumuzun qələbə xəbərini verdilər...

Qaldığı xəstəxananın tibb bacıları mənə dedilər ki, Vüsal buraya gəldiyi gündən ancaq “ata” deyirdi. Sonra nitqi tutuldu. Təəssüf ki, həmin anlarda mən onun dilindən bu kəlməni eşidə bilmədim. Bax, buna yanıram...

Vüsalı İkinci Fəxri xiyabanda dəfn etdik.

Vüsalı Allah sanki Vətən üçün yaratmışdı. Nə körpə vaxtlarında bir dəfə də olsun sözümdən çıxmadı, nə də böyüyəndə. Evə gələndə İkinci Fəxri xiyabana gedir, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu, digər şəhidləri ziyarət edirdi. Onun içindəki Vətən odu elə qaynar idi ki... Mən əminəm ki, Vüsal xəstəxanada “ata” yox, məhz “Vətən” deyib...

Vüsalla ata-bala olsaq da, çox vaxt mənimlə arasında pərdə saxlayırdı. Ha çalışırdım ki, onunla əsl ata-bala kimi münasibət qurum, o, aldığı tərbiyədən idimi, ya Allahın verdiyi lütfdən idimi, bilmirəm, aramızda məsafə saxlayırdı...

Düşünürəm ki, Vüsal məni də, anasını da, bacılarını da, qohum-əqrəbasını da çox istəyirdi, hədsiz sevgi ilə bizə bağlı idi, lakin vətəni bizdən də çox sevirdi. Bunu onun davranışlarından aydın sezirdik...

Kədərlənsəm də, qəmlənsəm də, qürur hissi də keçirtməyə bilmirəm, çünki Vüsalım Vətən uğrunda canını fəda edib. Onun kimi qəhrəman oğulların sayəsində artıq torpaqlarımız geri alınıb, insanlarımız başıdik, alnıaçıq gəzə bilirlər.

Şəhidlər başımızın tacıdır. Oğlum Vüsal da şəhid olub. Buna görə həm kədər hissi keçirir, həm də qürur duyuram. Çünki şəhidlik hər kəsə nəsib olmur. Oğlumun şəhid adı mənim üçün şərəfdir...

Vüsal bəlkə də başqa bir fövqəladə hal səbəbindən ölsəydi, bu, məni yandırar, məyus edərdi. Onun Vətən uğrunda şəhid olması içimdəki oğulsuzluq yarasını qismən sağaldır...

Allahdan Vüsalın timsalında bütün şəhidlərə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarının hamısına can sağlığı diləyirəm.

Vətən sağ olsun!

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ