şənbə günü, 12 sentyabr 2026
     

Yay semestrində daha çox tələbə “kəsmək” universitetlərin yeni qazanc mənbəyinə çevrilir...

Image


Qoşqar Məhərrəmov: “...Universitetlər pul qazanmaq məqsədilə kütləvi şəkildə tələbələrin...”

İlqar Orucov: “Bu, universitetlər üçün reytinq və prestij itkisi deməkdir”

Son illər sosial şəbəkələrdə və mətbuatda belə iddialar yayılır ki, ali təhsil müəssisələrində semestr imtahanları zamanı tələbələri qəsdən kəsirlər. İddialara görə, hətta elə ali məktəblər var ki, təkcə yay semestr imtahanları zamanı 30, 40, 50-60 faiz tələbə kəsilib. İddialara görə, onları ona görə kəsirlər ki, tələbə əlavə ödəniş edib təkrar imtahana girsin. Tələbə qış, yaxud yay semestrində fənn kreditinin 25 faizi ödənilməklə təkrar imtahanlara girir. Bəzi universitetlərin bunu qazanc yerinə çevirdiyi iddia olunur. Deyirlər ki, tələbələri qəsdən kəsirlər ki, kredit borcu yaransın.

Bu deyilənlər nə qədər gerçək ola bilər? Həqiqətənmi bəzi ali məktəblər belə bir addım ata bilər?

Bəzi ekspertlər deyirlər ki, bütün universitetlərdə semestr imtahanları dövründə imtahan nəticələri ilə bağlı müraciətlərin və şikayətlərin araşdırılması məqsədi ilə “İmtahan qərargahı” və Apellyasiya komissiyaları fəaliyyət göstərir. Tələbələr sessiya dövründə biliklərinin obyektiv qiymətləndirilməməsi fakti ilə qarşılaşan zaman mütləq şəkildə sözügedən qərargah və ya komissiyaya müraciət etməlidirlər. Əgər burada da tələbənin əleyhinə, onun qiymətini kəsən müəllimin lehinə qərar çıxarılsa, o zaman birbaşa yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qaynar xəttinə müraciət olunmalıdır. Tələbə imtahanın yenidən obyektiv və şəffaf təşkilinə, biliyinin düzgün qiymətləndirilməsinə nail olmalıdır. Bunu ekspertlər deyir.

Təhsil eksperti Qoşqar Məhərrəmov baki-xeber.com-a Azərbaycan ali təhsil müəssisələrində artıq bu kimi hallar xeyli azalıb: “Sözün açığı, həqiqətən də belə halların olacağına inanmaq istəmirəm. Belə bir şey əlbəttə, səbəblər planında ola biləcək bir şeydir. Amma məsələ odur ki, hər hansı bir ali təhsil müəssisəsində bir müəllim bunu edərsə, bunun qarşısı alına, bunun qarşısında müəyyən bir kontrol mexanizmi ola bilməlidir. Məsələn, əgər bir tələbə həqiqətən də düşünür ki, o, 80 faiz almalıdır, amma 100 üzərindən 30 faiz bal toplayıb. 100 üzərindən 30-50 faiz bal toplayıb kəsilən hər bir tələbə işinin yenidən yoxlanması üçün müraciət edə bilər. Bu proses apellyasiya adlanır. Tərəfsiz bir müəllim tərəfindən həmin iş yenidən yoxlanılar, o zaman da tələbənin haqqı verilmiş ola bilər. Yəni bir tələbənin və ya kütləvi şəkildə bir çox tələbənin haqqının yeyilməsi, qiymətlərinin zəif yazılması məncə, şayiə ola bilər. Əgər bu kütləvi hal alsa geniş yayılar. Çünki tələbələr etiraz edər, rektorluğa müraciət edərlər və beləcə onların nəticələri yenidən yoxlana bilər. Sırf ödəniş xatirinə müəllimlər özlərini belə bir risqə atmaz. Çünki əgər şəffaf bir qiymətləndirmə sistemi varsa, test tapşırıqlarıdır və ya açıq suallardır, bu kimi, bir mənada hesabatlılığı olan, hesablanıla bilən, ölçülə bilən meyarlarla, rubriklərlə qiymətləndirmə olursa, o zaman rahatlıqla tələbə nəticəyə etiraz edə bilər”.

Ekspert hesab edir ki, həmin nəticələrə yenidən baxılması üçün müraciət edə bilər. Q.Məhərrəmovun fikrincə, belə olduqda bu hallar ümumiyyətlə, mümkün olmaz. “Əgər individual səviyyədə bir neçə tələbənin qiymətləndirilməsində belə bir hal olubsa o zaman da onların etməli olduqları şey birbaşa əlaqədar səviyyədə əvvəl dekanlığa, sonra da rektorluğa rektorluğa müraciət etməkdir ki, onun işinə yenidən baxılsın. Yəni mən düşünmürəm ki, universitetlər pul qazanmaq məqsədilə kütləvi şəkildə tələbələrin qiymətini kəssin”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov baki-xeber.com-a bildirdi ki, Azərbaycanın ali təhsil müəssisələrində tələbələrin kütləvi şəkildə kəsilməsi və bunun qazanc məqsədilə edilməsi iddiaları hər imtahan sessiyasında sosial şəbəkələrdə geniş müzakirə olunur. “Ümumilikdə ölkəmizdə mövcud qanunvericiliyə və Bolonya sisteminin tələblərinə əsasən bu məsələnin ümumilikdə real səbəblərinə, hüquqi tərəflərinə və eyni zamanda pərdəarxası məqamlarına da toxunacağam. Hesab edirəm ki, Universitetlərin tələbələri qəsdən kəsdiyi iddialarının bu qədər populyar olmasının həqiqətən də səbəbləri var. Birincisi, akademik borcu qalan tələbə Nazirlər Kabinetinin qərarına əsasən fənn kreditinə uyğun olaraq illik təhsil haqqının müəyyən faizini ödəməlidir. Məsələn, o alt qrupda əlavə olaraq 25 faiz və daha çox həmin vəsaiti qarşalamalıdır. Hesab edirəm ki, bu ailələr üçün əlavə xərc deməkdir. Bir çox hallarda zəif hazırlaşan və ya dərsə davamiyyəti aşağı olan tələbələr uğursuzluqlarını özlərindən atmaq üçün “universitet pul qazanmaq istəyir” arqumentini bəhanə gətirir. Düşünürəm ki, burada bütövlükdə ali məktəblərin institusional olaraq planlı şəkildə tələbələri kəsmə siyasəti yürütməsi real deyil. Birincisi, bu, universitetlər üçün reytinq və prestij itkisi deməkdir. Heç bir universitet kütləvi kəsirlərlə xatırlanmaq istəmir. Eyni zamanda yüksək kəsilmə faizi həmin universitetin təhsil keyfiyyətinin aşağı olduğunu göstərir və bu, növbəti illərdə abituriyentlərin həmin universiteti seçməməsinə və akkreditasiya zamanı ali məktəbin ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər. Universitet maraqlı ola bilməz ki, tələbəni pula görə kəssin və tələbə əlavə ödəniş etsin və universitet bundan qazansın. Amma siz təsəvvür edin ki, bu universitet üçün nə qədər mənfi haldır və onun reytinqin aşağı düşməsinə və eyni zamanda akkreditasiya problemləri ilə üzləşməsinə gətirib çıxara bilər. Müasir universitetlərin əksəriyyətində imtahanlar test üsulu ilə komputer arxasında keçirilir və proqram tələbənin cavabını dərhal yoxlayır, eyni zamanda nəticəni bazaya yazır. Bu prosesə insan faktorunun, rektorluq və ya müəllimin müdaxilə edə bilməsi mümkünsüzdür və bu da “qəsdən tələbəni kəsmə” ittihamını təbii ki, faktiki olaraq qeyri-mümkün edir həm də. Texniki olaraq təbii ki, burada müdaxilə qeyri-mümkündür. Yazılı və ya şifahi imtahanlarda müəllimlərin subyektivliyi bəzən qərəzli ola bilər. Mən bunu istisna etmirəm və zaman-zaman biz müəllimlərdən bu cür ədalətsizlikləri görmüşük. Biz də tələbə olanda ədalətsiz müəllimlər görmüşük. Həmin müəllimlərin bir çoxu bu gün də işləyirlər. Onlar hansı ki zamandır rüşvətə bulaşmış insanlar olub. Mən həqiqətən də bəzən həmin müəllimlərə görəndə özüm xəcalət çəkirəm. Çünki bu insanlar sanki qısa bir müddət libaslarını dəyişiblər. Təbii ki, universitetin siyasəti elədir ki, universitet müəllimin tələbəyə qərəzli yanaşmasında maraqlı olsun. Müəllim qərəzli yanaşırsa, tələbənin də apellyasiya komissiyasına müraciət etmə hüququ təbii ki, hər zaman var. Mən müxtəlif universitetlərdə imtahan sessiyalarının monitorinqində iştirak etmişəm və zaman-zaman həmin proseslərə qatılıram. Tələbələrlə söhbətlər edirəm, soruşuram. Mən açığı bir tələbənin bizə müraciət edərək ona qarşı universitet tərəfindən qərəz nümayiş etdirilməsi halı ilə rastlaşmamışam. Mənim universitetləri müdafiə etmək öhdəliyim yoxdur və bundan çox-çox uzağam. Amma mən həqiqətən görməmişəm. Soruşmuşam tələbədən nədir probleminiz? Reallıq ondan ibarətdir ki, bizim tələbələr sanki oxumağı zarafata salıblar. Mənim oğlum hazırda Almaniyada dünyanın ən reytinqli universitetlərindən birində təhsil alır. Görürəm ki, universitetdə oxumaq bu qədər asan ola bilməz. Mən hər zaman universiteti tənqid edirəm ki, necə ola bilər şərti olaraq deyirəm, universitet 1000 nəfər qəbul etsin və dörd ildən sonra 1000 nəfər məzun olsun. Bu absurddur. Tutaq ki, Böyük Britaniya universitetlərində hər 100 nəfərdən təxminən 20 faizə qədər şəxs məzun ola, zamanında universiteti bitirə bilər. Universitetləri universiteti bitirmək kifayət qədər çətin bir prosesdir. Tələbə oxumalıdır. Tələbələr gecə-gündüz kitabxanalarda olmalıdır. Tələbələri gənclərimizdir, bizim gələcəyimizdir. Amma universitetdən zarafat etmək olarmı? Tələbələri mən harada görürəm? Elmlər Akademiyasının əsas binasının ətrafında xeyli sayda universitetlər yerləşir...

Kütləvi kəsirlərinin real səbəbləri nədir? Sosial şəbəkələrdə deyilən 30-50 faizlik kəsilmə rəqəmləri bəzi çətin fənlərdə həqiqətən baş verə bilər. Burada bəzən müəllimlərin keçdiyi mühazirələrlə imtahana salınan suallar üst-üstə düşmür. Suallar çox qəliz və ya proqramdan kənar olduqda kütləvi kəsilmələr qaçılmaz olur. Amma universitetlərimizi bitirmək universitetə daxil olmadan qat-qat asandır. Bu realdır. Mən universitetləri hər zaman bu mənada tənqid edirəm ki, sən verdiyin diplomu hörmət etməlisən. Savadsız uşağa necə qiymət yazmaq olar? Sabah o sənin universitetinin adıdır. O, sabah əmək bazarında gedib iş tapa bilməyəndə sənin nüfuzun aşağı düşür. Bolonya sisteminə görə tələbə imtahana qədər davamiyyət, seminar, sərbəst iş və s. maksimum 50, imtahandan isə minimum 17 bal, ümumilikdə 51 bal toplamalıdır. İmtahandan 16 bal alan tələbə imtahana qədər 50 bal toplasa belə, avtomatik olaraq kəsilir. Bu sərt qayda kəsilənlərin sayını kəskin artırır. Xüsusilə birinci kurs tələbələri test tipli qəbul imtahanından sonra universitetdəki müstəqil hazırlıq, yazı və təhlil sisteminə uyğunlaşa bilmirlər. Məsələ də ondadır ki, bizim universitetlər keyfiyyətsiz təhsil verməklə, sanki diplom paylamaqla məşğuldurlar. Keyfiyyətsiz məzmun, köhnəlmiş ədəbiyyat və nəzəri əzbərləmiş biliklər... Tələbələri mən ittiham etmirəm. Amma reallıq bundan ibarətdir. Biz universitetdə tələbəni hansısa köhnəmiş bir materialı əzbərləyib imtahan verməyə hazırlaşdırırıq. Biz onları mütəxəssis kimi hazırlaşdıra bilmirik. Universitetlərimizin bu mənada ciddi problemləri var. Mən universitetlərin bu kimi sərt addımlarına tərəfdarıyam.

Universitetlərin tələbələri qazanc mənbəyi kimi görüb qəsdən kəsməsi iddiası hesab edirəm ki, daha çox yanlış fikirlərdir və subyektiv yanaşmadır. Heç bir rəsmi rəhbərlik belə bir riskli addım atmaz. Azərbaycanda bütün universitet rektorlarından şəxsi tanışlığım var və son illərdə universitet rektorlarının təyinatında xeyli müsbət addımlar atılıb. mən demirəm idealdır hər şey. Problemləri çoxdur. Əlbəttə bizim universitetlərimizin xeyli problemləri var, amma tələbə kəsilirsə, günahı özündə axtarmalıdır.

Tələbənin özünü müdafiə etməsi üçün universitetlərdə öz hüquqlarını müdafiə etmək üçün kifayət qədər platformalar yaradılıb. Tələbə əgər biliyinə arxayındırsa o gedib müraciət edə və özünü sübut edə bilər. Yoxsa “məni pul müqabilində kəsdilər” demək yanlışdır”.

İ.Orucovun fikrincə, düzdür, sistemdə struktur problemləri var, imtahan suallarının keyfiyyətsiz hazırlanması, bəzi müəllimlərin qeyri-peşəkar qiymətləndirməsi mövzu ola bilər. “Qaydaların həddindən artıq bürokratik olması tələbələrin kütləvi şəkildə kəsilməsinə şərait yaradır. Tutaq ki, bunlar ola bilər, amma yığılan kəsir pulları isə universitet büdcəsinə daxil olsa da, bu kəsilmənin məqsədi deyil, sadəcə hüquqi nəticədir. Yenə də qeyd edirəm, bu onu göstərir ki, heç bir universitet tələbəni yalandan kəsməkdə maraqlı ola bilməz. Mən bir məna olaraq bu fikirdəyəm və fikirləşirəm ki, bu iddiaların və ittihamların heç bir əsası yoxdur...”-deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - görüşmək istəyirsə, Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ