şənbə günü, 12 sentyabr 2026
     

Təhsil nazirinin planı mübahisəli sayılır - regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...

Image


İlham Əhmədov: “Regional universitet gücləndirilsə, amma bu regionda iş yerləri yoxdursa, tələbə yataqxanaları çatışmırsa, ictimai nəqliyyat zəifdirsə, tələbə həyatı formalaşmayıbsa...”

Elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib ki, regionlarda universitetlərin sayı və imkanları da genişlənir. “Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti yeni fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir”.

Nazirin bildirdiyinə görə, həyata keçirilən islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq. “Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir".

Nazir vurğulayıb ki, Azərbaycanda tələbələrin yaşı nisbətən azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa göndərmək istəmirlər. Bu da davranış dəyişikliyi tələb edən bir məsələdir.

"Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər. Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də böyük olaraq qalır. Nəhayət, əsas məsələlər keyfiyyətin artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq".

Nazir deyib ki, regionlarda universitetləri inkişaf etdirməklə region universitetlərində daha çox tələbənin təhsil almasına nail olmaq əsas məqsədlərimizdən biridir.

Bu nə dərəcədə doğrudur ki, regionlarda daha çox tələbənin təhsil almasına nail olmağın yolu regionlarda universitetləri inkişaf etdirməkdir? Regionlarda universitetləri inkişaf etdirməklə hara getmək olar ki? Regionda universitetlərin zəifliyinə görə ora tələbə az gedir, yoxsa güclü olduğu üçün çox gedir? Universitetin güclü olub-olmasının orada oxuyub-oxumayan tələbəyə nə aidiyyəti var?

Ekspertlər hesab edir ki, tələbələrin gedib region universitetlərdə oxuması regional universitetlərin güclü olması ilə yox, daha çox regionların özünün inkişafı ilə əlaqədardır. Ekspertlərə görə, regionlarda ali məktəbləri yox, əvvəlcə başqa sahələri inkişaf etdirmək lazımdır ki, regionlardakı universitetlərə gedib oxuyan tələbələr çox olsun. Burada söhbət regionların ümumi infrastruktur vəziyyətinin normallaşdırılmasından, regionlarda iş yerləri açılmasından, iqtisadiyyatının və turizmin inkişaf etməsinindən gedir. Yəni kəndlərdən tutmuş rayon mərkəzlərinə qədər böyük abadlıq olmalıdır, rayonlar özü inkişaf etdirilməlidir ki, ora gedib oxumaq istəyən tələbələrin sayı artsın. Əgər bunlar yoxdursa universitetləri gücləndirməklə nəyə nail olmaq olar? Əgər orada şərait yoxdursa tələbə orada qalmayacaq, yenə paytaxta üz tutacaq.

Ekspertlər deyirlər ki, regionlarda daha çox tələbənin oxumasına nail olmağın yolu təkcə universitetləri gücləndirmək yox, daha çox regionun özünü gücləndirmək, inkişaf etdirməkdir.

Təhsil eksperti İlham Əhmədov baki-xeber.com-a bildirdi ki, son zamanlar Elm və Təhsil Nazirliyi tərəfindən region universitetlərinin inkişaf etdirilməsi və tələbə axınının regionlara yönəldilməsi məsələsi tez-tez səsləndirilir, bu ali təhsil siyasətinin əsas prioritetlərindən biri kimi təqdim edilir: “ETN-nin mövqeyinə görə, region universitetlərinin gücləndirilməsi nəticəsində daha çox gənc paytaxt universitetlərinə yox, regional ali təhsil müəssisələrinə üz tutacaq, bununla da regional inkişaf sürətlənəcəkdir. İlk baxışdan bu yanaşma məntiqli görünür.

Görəsən, regional universitetlər zəif olduğu üçün ora tələbə getmir, yoxsa regionlar inkişaf etmədiyi üçün universitetlər zəif qalır?

Universitet səbəbdir, yoxsa nəticə?

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, güclü universitetlər çox vaxt inkişaf etmiş şəhərlərdə və regionlarda formalaşır. Məsələn, ABŞ-da Boston və Kembric bölgələri Harvard və MIT ilə birlikdə inkişaf etmişdir, Böyük Britaniyada Oksford və Kembric yalnız universitet şəhərləri deyil, həm də elmi və texnoloji ekosistemdir, Almaniyada Münhen, Ştutqart v.s. universitetləri güclü sənaye və innovasiya mühiti ilə inteqrasiya olunmuşdur. Bu nümunələr göstərir ki, universitet təkbaşına regional inkişaf yaratmır. Universitet, biznes, sənaye, xidmət sektoru və şəhər infrastrukturu birlikdə, sinergetik inkişaf edir.

Azərbaycanda çox vaxt səbəb və nəticə qarışdırılır.

Belə təsəvvür yaradılır ki, region universitetinə əlavə maliyyə ayrılarsa və ya yeni bina tikilərsə, tələbələr avtomatik olaraq həmin universitetə üz tutacaqlar. Amma, reallıq daha mürəkkəbdir. Çünki, tələbə universitet seçmir, həyat mühiti seçir”.

Tələbənin universiteti yox, həyat mühitini seçdiyini qeyd edən İ.Əhmədov vurğuladı ki, ali məktəb seçimi yalnız təhsil seçimi deyil, bu, həm də həyat tərzi seçimidir. “Abituriyent və onun ailəsi təhsilin keyfiyyəti, gələcək məşğulluq imkanları, yaşayış şəraiti, sosial mühit, nəqliyyat imkanları, mədəni həyat, təcrübə və iş imkanları kimi amillərə diqqət yetirir. Əgər regional universitet gücləndirilsə, amma bu regionda iş yerləri yoxdursa, tələbə yataqxanaları çatışmırsa, ictimai nəqliyyat zəifdirsə, tələbə həyatı formalaşmayıbsa, istehsalat təcrübəsi keçmək üçün müəssisələr yoxdursa, onda tələbənin həmin regiona getmək motivasiyası az olacaqdır. Başqa sözlə, tələbə yalnız diplom almaq üçün deyil, həm də gələcək həyatını qurmaq üçün universitet seçir”.

Elspert vurğuladı ki, regional inkişaf olmadan regional universitet inkişaf edə bilməz: “Azərbaycanın bir çox rayonlarında əsas problem təkcə universitetlərin zəifliyi deyil. Problem həm də regional iqtisadiyyatın zəifliyidir. Müasir universitet yalnız auditoriyadan ibarət deyil. Universitet ekosistemdir. Bu ekosistemin tərkibinə texnoparklar, startap mərkəzləri, sənaye müəssisələri, laboratoriyalar, innovasiya şirkətləri, tədqiqat institutları daxildir. Əgər regionda iqtisadi fəaliyyət zəifdirsə, universitetin məzunları bu qalmaq istəməyəcəklər. Nəticədə ən yaxşı tələbələr Bakıya və ya xaricə üz tutacaqlar. Bu isə regional universitetlərin insan kapitalını zəiflədir”.

Son 30 ilin cavablandırılmayan suallarının olduğunu deyən İ.Əhmədov hesab edir ki, region universitetlərinin inkişafı ilə bağlı bir sıra sualların cavablanmasına ehtiyac var. “Əgər ETN-nin ali təhsil sistemini inkişaf etdirmək imkanı var idisə:

-niyə region universitetləri son 30 ildə ciddi inkişaf etmədi?

-niyə paytaxt universitetlərinin son 30 ildə ciddi inkişaf etmədi?

-niyə universitetlərdə müasir tədris resursları, rəqəmsal mühit formalaşdırılmadı?

-niyə tədqiqat universiteti modeli hələ də yaradılmadı?

Bu suallar yalnız maliyyə azlığı ilə izah edilə bilməz. Çünki müxtəlif dövrlərdə dövlət büdcəsinin imkanları daha geniş olmuşdur. Deməli, problem yalnız resurs çatışmazlığı deyil, həm də strateji düşüncə, strateji idarəetmə və təşkilati yanaşma ilə bağlıdır.

Tələbə sayının azaldılması keyfiyyəti artıracaqmı?

Nazir E.Əmrullayev deyir ki, paytaxt universitetlərində tələbə sayının azaldılması təhsil keyfiyyətini yüksəldəcəkdir. Bu tezis də korrekt deyil. Əgər kurikulum köhnədirsə, dərsliklər az və zəifdirsə, tədris metodikası müasir deyilsə, müəllim hazırlığı problemlidirsə, laboratoriyalar çatışmırsa, onda tələbə sayının azalması keyfiyyəti artırmayacaq.

Universitetin keyfiyyətini tələbə sayı deyil, akademik sistem müəyyən edir.

Dünyanın ən güclü universitetlərinin bir çoxunda on minlərlə tələbə təhsil alır. Məsələ tələbələrin sayında deyil, onların təhsil aldığı sistemin keyfiyyətidir”.

Dərslik və tədris resursları probleminin mövcud olduğuna da toxunan İ.Əhmədovun sözlərinə görə, Azərbaycan ali təhsilinin uzun illər həll olunmamış çoxsaylı problemlərindən biri də tədris-metodik təminatın zəifliyidir: “Bir çox hallarda dərsliklər müəlliflərin şəxsi təşəbbüsü və vəsaiti hesabına hazırlanır, ali təhsilə dair sistemli dövlət proqramları yoxdur, elektron resurslar azdır, açıq təhsil platformaları inkişaf etmir.

Müasir universitet yalnız bina və auditoriya deyil. Universitet ilk növbədə məzmun, bilik bazası, rəqəmsal resurslar, elmi informasiya sistemidir. Bu sahələrdə ciddi investisiyalar olmadan, müasir təhsildə keyfiyyət dəyişikliyi etmək çətindir.

Distant təhsil məsələsi də aktualdır.

Müasir dünyada təhsilin kütləviliyi və əlçatanlığı əsasən rəqəmsal və distant texnologiyalar vasitəsilə mümkündür. COVID-19 pandemiyası göstərdi ki, dünyanın aparıcı universitetləri təhsilin mühüm hissəsini rəqəmsal mühitə keçirə bilirlər. Süni intellekt texnologiyalarının inkişafı bu imkanları daha da genişləndirir, səçmərəni dəfələrlə artırır.

Bu gün Sİ əsaslı platformalar fərdi tədris, avtomatik qiymətləndirmə, virtual mentorluq, adaptive öyrənmə imkanları yaradır. Bu texnologiyalar region gənclərinin keyfiyyətli təhsilə çıxışını təmin etməyin ən səmərəli yollarından biridir. Bu səbəblərdən dünyanın lider universitetləri 25 ildir rəqəmsal və distant təhsil sistemlərini inkişaf etdirir.

Universitet mərkəzli deyil, region mərkəzli yanaşma olmalıdır.

Region universitetlərinin inkişafı vacibdir. Lakin bu məqsəd ayrıca və təcrid olunmuş şəkildə həyata keçə bilməz. Problem mərhələli model əsasında həll edilə bilər:

1. Regionun iqtisadi inkişafı. Yeni müəssisələr, sənaye parkları, turizm layihələri, xidmət sektoru.

2. Şəhər və sosial infrastrukturun inkişafı: Yataqxanalar, nəqliyyat, mədəniyyət mərkəzləri, tələbə şəhərcikləri.

3. Universitetlərin transformasiyası: Tədqiqat laboratoriyaları, Sİ mərkəzləri, innovasiya ekosistemləri, beynəlxalq proqramlar.

Bu modeldə universitet regional inkişafın səbəbi deyil, bu inkişafın mühüm iştirakçısı olur.

Region universitetlərinin inkişaf etdirilməsi vacib və zəruri məqsəddir. Lakin regionlarda daha çox tələbənin təhsil almasının yolu yalnız universitetlərin gücləndirilməsindən keçmir. Əgər regionun özü iqtisadi cəhətdən cazibədar deyilsə, iş imkanları məhduddursa. sosial və mədəni infrastruktur zəifdirsə, universitet nə qədər gücləndirilsə də, tələbələrin böyük hissəsini regionda saxlamaq çətin olacaq. Buna görə də ali təhsil siyasəti universitet mərkəzli deyil, regional inkişaf mərkəzli olmalıdır”.

İ.Əhmədov bildirdi ki, gələcəyin uğurlu regional universiteti yalnız yaxşı müəllimləri və auditoriyaları olan ali məktəb deyil: “Uğurlu regional universitet inkişaf etmiş şəhərin, dinamik iqtisadiyyatın, innovasiya ekosisteminin və yüksək həyat keyfiyyətinin ayrılmaz hissəsi olmalıdır. Məhz belə bir model regionlarda ali təhsilin həqiqi və davamlı inkişafını təmin edə bilər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - görüşmək istəyirsə, Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ