Cümə günü, 06 noyabr 2026
     

Ekspertlər Əmrullayevdən fərqli düşünür - " tam ləğv etmək olar"...

Image


Vüsalə Ağabəyli:"Bu o demək deyil ki, repetitorluğu azaltmaq mümkün deyil"

Rizvan Fikrətoğlu: “Təmayül sinifləri yaratmaqla müəyyən qədər bunun qarşısını almaq olar”

"Hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil". Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır.

"Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram. Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. İnsan uğur əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət, tələbkarlıq və narahatlıq tələb edir", - Emin Əmrullayev bildirib.

Elm və təhsil naziri deyib ki, repitorluğu ləğv etmək praktik şəkildə mümkünsüzdür. Bu nə dərəcədə doğrudur? Repitorluğu ləğv ermək mümkündür, yoxsa yox?

Mümkündürsə necə mümkündür, mümkün deyilsə niyə mümkün deyil?

Qeyd edək ki, bəzi ekspertlər hesab edir ki, repitorluğu praktik cəhətdən də ləğv etmək mümkündür.

Ekspertlər deyir ki, Azərbaycanda yeni təmayül tədris modelinə keçilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelini tətbiq edilirsə repetitorluğa nə ehtiyac var. Rəsmi məlumata görə, şagirdlər əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnəcəklər. Şagirdlər orada tam ödənişsiz şəkildə ali məktəbə hazırlaşacaqlar. Ekspertlər hesab edirlər ki, əslində bu tədris modeli gücləndirilərsə əlavə repitora ehtiyac qalmayacaq. Yeni tədris modeli otruşduqca repitorlar sıradan çıxacaq.

Filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli baki-xeber.com-a bildirdi ki, elm və təhsil nazirinin "repetitorluğu ləğv etmək praktik şəkildə mümkünsüzdür" fikri müəyyən mənada reallığı əks etdirir. "Çünki repetitorluq sadəcə ayrıca bir sistem deyil, məktəb təhsili, qəbul imtahanları və valideyn gözləntilərinin yaratdığı nəticədir.

Repetitorluğu inzibati qərarla bir gündə ləğv etmək mümkün deyil. Tələb yüksək olduğu müddətdə bu xidmət də mövcud olacaq. Valideynlər və şagirdlər ali məktəblərə qəbul üçün əlavə hazırlığa və ya yaxud tədris prosesində mənimsəmədə geriləmə olduğu üçün ehtiyac duyduqlarını düşündükcə repetitorluq yaşayacaq.

Amma bu o demək deyil ki, repetitorluğu azaltmaq mümkün deyil. Əgər məktəbdə verilən təhsil keyfiyyətli olsa, dərslər qəbul proqramına uyğun qurulsa, müəllimlərin motivasiyası artırılsa və qiymətləndirmə sistemi məktəbdə əldə olunan bilikləri obyektiv əks etdirsə, repetitorluğa ehtiyac əhəmiyyətli dərəcədə azala bilər.

Deməli, məsələ odur ki, "repetitorluğu ləğv etmək mümkündürmü?" sualından daha çox "şagird niyə repetitora ehtiyac duyur?" sualına cavab axtarmalıyıq. Yenə də qeyd edirəm, bəzən mənimsəmədə çətinlik yaranır, bəzən isə daha əksinə şagird ona ötürələn informasiya ilə qane olmur, ona görə də mütləq şəkildə əlavə dəstəyə, repetitorluğa ehtiyac duyulur. Yəni, tamamilə olmaması mümkün deyil və ya qadağa qoymaq düzgün deyil".

V. Ağabəylinin fikrincə, lakin orta məktəb təhsilindəki boşluqlardan qaynaqlanaraq məcburiyyət qarşısında qalıb repetitorlara üz tutmaq, təbii ki, bizim ciddi problemlərimizdəndir:"Səbəblər aradan qaldırılmadan nəticəni aradan qaldırmaq mümkün deyil.

Repetitorluq yalnız bir problem deyil, təhsil sistemində mövcud olan ümumi problemlərin göstəricisidir".

Təhsil eksperti Rizvan Fikrətoğlunun nazirin açıqlamasına münasibəti belə oldu ki, bu sahədə dərindən islahatlar aparılmadan repetitorluqdan tam xilas olmaq mümkün deyil. "Tam şəkildə repetitorluğu ləğv etmək praktiki olaraq çox çətindir, hətta mümkünsüzə yaxın ola bilər. Amma repetitorluğa olan ehtiyacı əhəmiyyətli dərəcədə azaltmaq mümkünsüz deyil. Bu nazirin çıxışında da var. Yəni təmayül sinifləri yaratmaqla müəyyən qədər bunun qarşısını almaq olar. Ümumiyyətlə, repetitorluğu, repetitorluğa olan ehtiyacı aradan qaldırmaq nəzəri və praktiki baxımdan mümkündür. Amma mən düşünürəm ki, bu uzunmüddətli islahat tələb edir. Həm də repetitorluğun əsas səbəbləri var. Məktəb proqramında qəbul imtahanında olan suallar arasında çətinliyin çox olması, yəni sualların daha çətin düşməsi, siniflərdə fərdi yanaşmanın zəif olması, universitet qəbulu üçün yüksək rəqabətin olması, valideynlərdən əlavə təminat istəyi, məktəblər arasında keyfiyyət fərqləri-bunlar qaldıqca düşünürəm ki, repetitorluq da hələ qalacaq. Ümumiyyətlə, dünyada da vəziyyət belədir. Bu tək Azərbaycanda deyil, yəni xaricdə də repetitorluq var. Hətta məsələn, Çində repetitorluğa qarşı sərt məhdudiyyətlər tətbiq edilsə də, müxtəlif formalarda əlavə hazırlıq bazarı tam yox olmayıb. Həmçinin Türkiyədə də belədir. Başqa ölkələrdə də qəbul imtahanları olan yerdə repetitorluq geniş yayılıb. Bu da onu göstərir ki, repetitorluq təkcə təhsil sisteminin problemi deyil, o həm də rəqabət və valideyn davranışları ilə bağlı sosial iqtisadi hadisədir. Repetitorluğa nə vaxt ciddi şəkildə azalır? Bu zaman məktəb təhsili yüksək keyfiyyətli olarsa, qəbul imtahanları məktəblə sıx bağlılıq yaradarsa, sonra şagirdlərin məktəbdə əlavə dəstək alma imkanı olarsa, ondan sonra bu halda, yəni repetitorluq müəyyən qədər azala bilər. Bununla belə, hətta ən inkişaf etmiş təhsil sistemlərində belə müəyyən səviyyədə özəl dərs bazarı qalır. Çünki bəzi şagirdlər daha yüksək nəticə, daha prestijli universitet və yaxud da fərdi yanaşma istəyirlər. Ümumiyyətlə, cənab nazirin fikri repetitorluğu tamamilə yox etmək mümkün deyil mənasında başa düşülürsə, bu kifayət qədər əsaslı mövqedir. Çünki tələb, rəqabət və fərdi hazırlığa ehtiyac olan yerdə belə xidmətlər yenidən yaranır. Amma repetitorluğa ehtiyacı azaltmaq mümkün deyil kimi bunu başa düşmək olmaz. Çünki təhsil sistemində ciddi islahatlar aparılarsa, bu repetitorluğun miqyasını və onun asılılığı əhəmiyyətli dərəcədə azalda bilər"-deyə R.fikrətoğlu qeyd etdi

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ