Cümə günü, 06 noyabr 2026
     

Qayıdan məcburi köçkünlər ata-baba qəbirstanlıqlarının bərpasına başlayıblar...

Image


Rizvan Qarabağlı: "Dağıdılmış qəbiristanlıqların həm mənəvi statusunun bərpası, həm də şəhərsalma strukturuna yenidən inteqrasiyası üçün kompleks yanaşma tələb olunur"

Tural İrfan: "Məzarlıqlar bərpa olunanda orada sadə daşlar qoyulsun"

Ermənistanın işğalı dövründə Qarabağda və Şərqi Zəngəzurda məzarlıqlar kütləvi şəkildə dağıdılıb. Elə kəndlər var ki, məzarlıqları tamamilə yer üzündən silinib. Ermənilər məzarlıqlarımıza elə divan tutublar ki, heç faşistlər belə insanlığa zidd hərəkət etməyiblər. Dağıdılan, məhv edilən məzarlıqların bəzilərinin yerini şumlamaqdan belə çəkinməyib mənfur düşmən. "Böyük Qayıdış" çərçivəsində Qarabağa və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlərin ilk baş çəkdikləri yer məzarlıqlar olur ki, bəziləri heç əzizlərinin məzarını belə tapa bilmirlər. Məzarlarlıqları bulduzerlə qazıblar, mərhumların sümükləri yayılıb ətrafa. Bu erməni vəhşiyinin əyani təcassümüdür. Məsələn, bu günlərdə Cəbrayıl rayonuna gedən keçmiş məcburi köçkünlər məzarlıqların dağıdılması faktı ilə üzləşiblər və bu doğrudan da erməni vəhşiliyinin qanlı nümunəsidir. Bütün qəbristanlıqları eşib dağıdıblar, onlar məzarlıqlarda qızıl axtarıblar, başdaşlarını və sinə daşlarını sındırıb dağıdıblar. Bütün məzarlıqlara xüsusi cihazlar salıb ölülərin qızıl dişlərini axtarıblar. Bütün qəbristanlıqları viran qoyublar, hər yanainsan sümükləri səpələnib.

Bu gün keçmiş məcburi köçkünlər öz kəndlərində, qəsəbələrində məzarlıqları bərpa edirlər. Hətta elə insanlar var ki, öz əzizlərinin məzarını tapa bilmirlər. Yəni erməni vandalları məzarlıqları o günə salıblar ki, ölü yiyələri ölüsünün məzarını tapmaqda çətinlik çətirlər. Həqiqətən də bu ürək dağlayan bir hadisədir. Goreşən kimi ölülərimizin də məzarlarına əl uzadıb təhqir ediblər. Biz hələ məzarlıqlarımızda kütləvi şəkildə basdırılan minaları demirik. Məzarlıqların minalanması da həm beynəlxalq konvensiyalara ziddir, həm də insanlıq əleyhinə cinayətdir.

Qarabağda və Şərqi Zəngəzurda ermənilərin viran qoyduğu qəbiristanlıqların bərpa prosesinə başlanılıb.

Ümumiyyətlə, Qarabağda və Şərqi Zəngəzurda məzarlıqlar necə bərpa olunmalıdır? Orada elə məzarlıqlar var ki, tarixi qədimdir. Onların bərpası necə həyata keçirilməlidir?Türbələr var ki, onlar da erməni vəhşiyinin qurbanı olublar. Onların bərpası necə həyata keçirilməlidir?

AMEA Memarlıq və İncəsənət institutununaparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının

müxbir üzvü Rizvan Qarabağlının aidyyəti mövzu üzrə baki-xeber.com-da yayımlanan məqaləsində bərpa prosesinin necə həyata keçirilməli olduğu göstərilib: "...Bu dərəcədə miqyaslı destruksiyaya məruz qalmış məzarlıqların klassik üsullarla (hər bir məzarın əvvəlki yerində eynilə bərpası) regenerasiyası faktiki olaraq qeyri-mümkündür, çünki antropoloji qalıqların və məzarların ilkin koordinatlarının identifikasiyası itirilmişdir. Bu vəziyyət post-münaqişə dövründə bərpa memarlığı qarşısında tamamilə yeni, həm humanitar, həm də urbanistik bir vəzifə qoyur. Dağıdılmış qəbiristanlıqların həm mənəvi statusunun bərpası, həm də şəhərsalma strukturuna yenidən inteqrasiyası üçün kompleks yanaşma tələb olunur. Bu sahədə təklif edilən ən səmərəli və elmi əsaslandırılmış yanaşma, hər bir dağıdılmış məzarlığın mərkəzi və ya ən hündür nöqtəsində ümumi bir anıt-türbənin ucaldılmasıdır".

Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfanın fikrincə isə, qəbiristanlıqların bərpa edilməsi məsələsinə yanaşma ümumiyyətlə islam dinində bir qədər fərqlidir. "Düzdür, müasir dünyada qəbiristanlıqlara həm də ki, bir mədəni abidə, tarixi abidələr toplusu kimi baxılır. Çünki tarixin bir parçasıdır. O baxımdan münasibət bir qədər fərqlidir. Amma hər halda o məzarlıqlar bərpa olunmalıdır, çünki bizim tariximizin tərkib hissəsidir. Ancaq burada gərək bir əsas nöqtəyə əməl olunsun. Çünki bugün Azərbaycanın digər bölgələrində həmin problem var. Hətta biz onu daima gündəmə gətiririk, müzakirə olunur. Bu dəbdəbəli qəbir daşları məsələsidir. İndi Qarabağda demək olar ki, hər şey sıfırdan başlayır. Deyəsən, hələ orada dəfn həyata keçirilmir. Əhali öz yurdlarına köçdükcə yəqin ki, bu da olacaq və yeni məzar daşları qoyulacaq. Bununla bağlı gərək Nazirlər Kabineti müvafiq qərar versin və yaxud da bu Milli Məclisdə də müzakirə oluna bilər. Yəni artıq orada sıfırdan başladığına görə nə cürə dəb salınacaqsa, o cürə də davam edəcəkdir. Ona görə indidən orada standart sadə məzar daşlarını gündəmə gətirmək lazımdır ki, artıq o proseslər həyata keçiriləndə, yaxud da o məzarlıqlar bərpa olunanda orada sadə daşlar qoyulsun. Sadəcə möhkəm keyfiyyətli daşlar qoyulsun ki, onun ömrü uzun olsun. Yoxsa bəzi insanlar bahalı daşlar qoyurlar, onlar da külək, daşqın səbəbindən dağılır, yıxılır. Həm də ki, insanlar bəhsə girir, başqaları əziyyət çəkir, bunu edə bilmir. Yəni bunun fəsadlarını biz Bakıda və digər bölgələrimizdə görürük. Dəbdəbəli olmamalıdır. Bunlar həm yer israfına səbəb olur, həm də insanlar arasında sinifləşmə, təbəqələşmə yaradır. Bu doğru bir məsələ deyil. Bu feodalizm quruluşunun qalıqlarıdır. Məzarların bərpası zamanı dəbdəbədən qaçmaq, standart məzar daşlarından istifadə etmək lazımdır. O daşları təklif eləmək lazımdır. Adamlar orada həmin daşlardan qoysunlar. Yoxsa indi birazdan qara mərmər biznesi orada da işə düşəcək. Bu kimlərinsə inhisarındadır, monopoliyasındadır, nədir bilmirəm. Onu gətirirlər, hər yerdə dəbə salırlar. Orada da camaat bir balaca imkanlanan kimi başlayacaqlar həmin daşlardan qoymağa. Bu düzgün deyil. Ona görə mən hesab edirəm ki, birinci növbədə orada bu qəbir daşlarının standart formada, sadə formada, sadə üsulda olmasına önəm verilsin. İndi dövlət tərəfindən o məzarlıqlar bərpa edilir və yaxud da indi deyə bilmərəm, əhali tərəfindən bərpa edilir, bərpa olunmalıdır. Əgər məzar tapılmasa da, həmin məzarın təxmin edildiyi yerdə bir daş qoyula bilər. Yəni islamın qaydası budur. Çünki indi böyük şəxsiyyətlər, səhabələr, peyğəmbərlər, digərləri də vəfat edibdir. Heç kim onları məzarlarına indiki məzarlarını santimetrinə qədər dəqiqliklə heç kim ölçüb müəyyən etməyiblər. Çoxu üstündən yüz illər keçdikdən sonra müəyyən edilib ki, filan yerdə belə bir məzar var".

T.İrfanın fikrincə, hər kəs öz atasının, babasının məzarının konkret olaraq dəqiq yerini müəyyən edə bilmirsə də, o məzar yoxdursa təxmin olunan yerdə onun bir abidəsi, daşı qoyulmalıdır ki, ziyarət olunsun. "Həmçinin də qəbiristanlıqlar, o məzar daşları bizim tariximizin, mədəniyyətimizin bir tərkib hissəsidir. Hesab edirəm ki, orada ancaq bu deyilənlərə riayət olunsa, kifayət edər"-deyə T.İrfan bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ