Cümə günü, 06 noyabr 2026
     

Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

Image


Sahib Məmmədov: “Süni inetellektdən istifadə etməklə daha çox operativliyi təmin etmək olar”

Ölkəmiz “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinə ev sahibliyi edib. Süni intellektin, yeni informasiya texnologiyalarının inkişafının əsas hədəf seçildiyi məlumdur. Bu yeni texnologiyalar insan hüquq və azadlıqlarının müdafiəsi baxımından yeni imkanlar açır.

Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycan ombudsmanının qarşısına yeni yeni məqsəd və tələblər qoyulub.

Prezident Əliyevin müraciətində bildirilir: “Müasir dövrdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bəşəriyyətin sosial, iqtisadi, hüquqi və etik gündəliyini əsaslı şəkildə dəyişməkdədir. Bu proses yeni imkanlarla yanaşı, bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində də yeni prioritetləri aktuallaşdırır.

Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Belə ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.

Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir...”

Prezidentin müraciətində vurğulanır ki, bu inkişaf tendensiyaları insan hüquqlarının müdafiəsi sahəsində institusional mexanizmlərin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini də artırır. “Bu baxımdan milli insan hüquqları institutları, o cümlədən ombudsman təsisatı yeni texnoloji çağırışlar dövründə insan hüquq və azadlıqlarının müdafiəsində və hüquq mədəniyyətinin təbliğində mühüm rol oynayır.

Əminəm ki, Ombudsmanların Beynəlxalq Bakı Sammiti bu sahədə beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsinə, insanyönümlü və hüquqa əsaslanan innovativ idarəetmə mexanizmlərinin təşviqinə mühüm töhfə verəcəkdir”-deyə Azərbaycan Prezidentinin müraciətində vurğulanır.

“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə onlar qarşısında müəyyən vəzifələr qoyulub, fəaliyyətlərinin indi daha əhəmiyyətli olduğu vurğulayıb.

Milli süni intellekt infrastrukturlarının yaradıldığı, Azərbaycanda dövlət idarəçiliyində, ictimaiyyətdə süni intellekt infrastrukturunun sürətlə yayıldığı bir dövrdə Azərbaycanda ombudsmanın fəaliyyətində hansı yeniliklər, hansı istiqamətlər daha aktuallıq kəsb edəcək və etməlidir? Ombudsmanın fəaliyyətində hansı istiqamətlər daha aktual olmalıdır, olacaq və hansı yeni istiqamətlər özünü göstərməlidir?

İnsan hüquqlarının müdafiəsi sahəsində süni intellektdən istifadənin zəruriliyi və süni intellektin yayıldığı dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi yönündə hansı yeni problemlər yaranıb və bunların daha səmərəli həlli yolları nədir?

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov baki-xeber.com-a bildirdi ki, süni intellektin, rəqəmsallaşmanın inkişafı insan hüquq və azadlıqlarına təhdid yaratmaq tərəfləri də var: “Ümumiyyətlə, bütün dünyanın, bütün şəhər, qəsəbə, kəndlərin yollarının kameralara bürünməsi əlbəttə, insan hüquqlarına təhdid yaradır, şəxsi həyata müdaxilə imkanları açır. İndi, xüsusən süni intellektin inkişafı insan hüquqlarının total surətdə pozulması üçün bir əlavə imkandır. Bunun qarşısını almağa hələ ki, heç bir transmilli, ölkələrarası razılaşma yoxdur. Ölkə daxilində görülən tədbirlər effekt vermir. Məsələn, bizdə bununla bağlı qanuna dəyişiklik oldu. Cinayət məsuliyyəti, inzibati məsuliyyət nəzərdə tutuldu. Yəni süni intellektdən istifadə etməklə insanın aidiyyatı olmayan, uyğun olmayan video, foto görüntülərini yaratmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Amma biz əvvəlcədən də proqnozlaşdırdığımız kimi, hazırda bunu edirlər və heç kim də heç nə edə bilmir. Çünki kontentin harada yaradılması bilinmir, insanlar da kütləvi surətdə paylaşırlar. Bunun da qarşısını almaq mümkün deyil. Yəni qlobal səviyyədə bununla bağlı hələ bir tədbir görülməyib”.

S.Məmmədovun sözlərinə görə, Avropa İttifaqı, ayrı-ayrı dövlətlər daxildə qərarlar qəbul edib, amma buna qarşı mübarizə üçün universal bir norma yoxdur. “Unversal bir norma yoxdur ki, buna qarşı mübarizə aparılsın. Bu yaxın gələcəkdə də insan hüquqları üçün böyük bir təhdid yaratmaqda davam edəcək. Bu məsələnin Azərbaycanda müzakirə olunması yaxşıdır. Ombudsmanın bu sahədə hansısa süni intellektdən istifadəsi məsələsinə gəlincə, süni intellektdən müsbət mənada əlbəttə, istifadə etmək olar. O cümlədən vətəndaş şikayətlərinin qəbulu, baxılması məsələsində bizdə bir sıra dövlət orqanları artıq süni intellektdən istifadə edirlər. Süni inetellektdən istifadə etməklə daha çox operativliyi təmin etmək olur. Amma bəzən də süni intellekt standart cavablarla insanları yola salır və əvvəlkindən daha pis vəziyyət yaranır. Ona görə də bundan ağıllı şəkildə istifadə etmək lazımdır. O ki, qaldı ombudsmana, mənim bildiyim qədər hələ onlarda şikayətlərin qəbulu, baxılması ənənəvi qaydadadır. Süni inetellektdən istifadə etməklə daha çox operativliyi təmin etmək olar. Amma Azərbaycanda qanunvericilik səviyyəsində müəyyən tədbirlər görüldü. Bu il həm cinayət, həm inzibati məsuliyyət müəyyən olundu ki, insanın şəxsi həyatına müdaxilə, insanların təhqir olunması, alçaldılması, xüsusən onların seksual xarakterli süni obrazlarının yaradılması və bunlar hamısı cinayət təqibi və yaxud yüngül hallarda isə inzibati məsuliyyət yaradır. Bu qanun qəbul olunub, amma praktikaya gələndə biz baxırıq ki, məsələn, xarici ölkə hesablarından bu işləri görürlər. Heç kim də hələ ki, heç nə edə bilmir”-deyə S.Məmmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ