Cümə günü, 06 noyabr 2026
     

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

Image


Elyar İslamoğlu: “Məqsəd müəllimləri eyni geyimə salmaq deyil, onların peşəsinin nüfuzuna uyğun ümumi geyim standartlarını müəyyən etməkdir”

Məzahir Məmmədli: “Müəllimlərin geyimi ilə bağlı vahid standartlar müəyyənləşdirilir”

Son günlər sosial şəbəkələrdə yanlış olaraq müəllimlərin vahid geyim formasına keçiriləcəyi ilə bağlı məlumatlar yayılır. Əslində isə burada söhbət müəllimlərin vahid geyim formasından deyil, vahid standartlara uyğun geyim formasından gedir ki, bu da ən müxtəlif baxımdan doğru yanaşmadır.

Yeri gəlmişkən, Milli Məclisin Elm və təhsil komitəsinin keçən iclaslarından birinin gündəliyinə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Komitə sədri Anar İsgəndərov deyib ki, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Bildirilib ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur.

Komitə iclasında qeyd olunub ki, dəyişikliklər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinə, təhsil mühitinin səmərəli təşkilinə və təhsillə bağlı məsələlərə vahid yanaşmanın təmininə xidmət edir.

Məsələ burasındadır ki, komitə sədrinin bu açıqlaması yanlış anlaşılıb və belə rəy yaranıb ki, guya guya müəllimlər üçün vahid geyim forması nəzərdə tutulur. Əslində isə söhbət vahid formadan yox, vahid standartlara uyğun geyim formasının yaradılmasından gedir. Təbii ki, bu da vacib və arzuediləndir.

Ekspertlər hesab edir ki, burada söhbət eyni model kostyum və ya paltar kimi başa düşülməməlidir. Halbuki, qanun layihəsində söhbət vahid formadan deyil, vahid standartlardan, peşəyə uyğun dres-kod tələbindən gedir.

“Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərlə bağlı təklifdə maddə 4-də təhsilverənlər (yəni müəllimlər) üçün “vahid geyim forması” yox, “geyim ilə bağlı tələblər”dən danışılı. Qanunun 12.13-cü maddəsinə əlavə olunan yeni müddəada dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblərin müəyyən olunması təsbit edilir. Bu tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunması nəzərdə tutulur.

Bu, məcburi “vahid paltar” deyil, səliqəli və peşəkar geyim standartıdır. Yəni müəllimin geyimi səliqəli, peşəkar və tədris mühitinə uyğun olmalıdır.

Məqsədlər məktəbdə peşəkar iş mühitini və təşkilati mədəniyyəti gücləndirmək, müəllim nüfuzunu artırmaq, sosial bərabərliyi dəstəkləmək (bahalı brend geyimlə fərqlənmənin qarşısını almaq), şagirdlərin diqqətini dərsə yönəltməkdir (diqqəti yayındıran geyimlərin qarşısını almaq).

Göründüyü kimi, heç də müəllimlərə vahid bir forma geyindirmək kimi məsələ, tələb yox, sadəcə tədris prosesində geyimin səlqəllilik, ciddilik prinsipləri baxımından vahid standartlara uyğunlaşdırmaq məsələsidir ki, bu da önəmlidir. Yəni müəllim elə geyinməlidir ki, şagirdin diqqəti yayılmasın, insanlar arasında sosial fərqliliklər çox qabarıq göstərməsin, bərabərlik olsun, nisbətən oxşarlıq olsun. Bu, dəbdədəli geyimlə diqqət cəlb etmək istər müəllim, istərsə də şagirdlər arasında eqoizm hissiyatlarının qabarmasına imkan verməmək, əsas diqqəti təhsil prosesinə yönəltmək və sairə məqsədlərə xidmət edir.

Müəllimin geyimi baxımından vahid standartı yaradılır. Məsələn, vahid geyim başqa, vahid standartlar isə başqa şeydir.

Filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti Elyar İslamoğlu baki-xeber.com-a bildirdi ki, “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər müəllimlər üçün vahid geyim tətbiqi demək deyil. “Söhbət təhsil mühitinə uyğun, səliqəli və peşəkar geyim standartlarının müəyyənləşdirilməsindən gedir.

Bu yanaşma məktəblərdə təşkilati mədəniyyətin güclənməsinə, müəllim nüfuzunun artmasına və daha peşəkar iş mühitinin formalaşmasına xidmət edir. Eyni zamanda bahalı və nümayişkaranə geyimlərlə fərqlənmənin qarşısını alaraq sosial bərabərliyi dəstəkləyir, şagirdlərin diqqətinin dərs prosesindən yayınmamasına kömək edir.

Məqsəd müəllimləri eyni geyimə salmaq deyil, onların peşəsinin nüfuzuna uyğun ümumi geyim standartlarını müəyyən etməkdir. Bu dəyişiklik müəllimin fərdiliyini məhdudlaşdırmır, əksinə, məktəbi daha sağlam, bərabərhüquqlu və ciddi bir elm ocağına çevirmək üçün hüquqi zəmin yaradır”-deyə E.İslamoğlu qeyd etdi.

Təhsil eksperti Məzahir Məmmədli baki-xeber.com-a bildirdi ki, bu gün daha çox müzakirə olunan məsələ müəllimlərin hamısının vahid geyimə keçməsi məsələsi deyil. “Dünya təcrübəsinə də baxsaq görərik ki, müəllimlərin geyimi ilə bağlı vahid standartlar müəyyənləşdirilir. Bizdə də buna parlament səviyyəsində təşəbbüs göstərilir ki, bu qanun halına gətirilsin. Əslinə qalsa, bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən təlimat var. Bu təlimat müəllimlərin etik davranış qaydalarına daxil olunub. Yəni ki, müəllimlərin vulqar geyimlə məktəbə gəlməmələri vacibdir. Burada məktəblər pedaqoji şuralarının da qərarı var ki, razılaşdırılmamış formalarla məktəbə gəlmək nazirliyin təlimatlarına ziddir. İndi də bunu Milli Məclisin Elm-Təhsil Komitəsi sadəcə olaraq bunu bir qədər də təkmilləşdirmək və qanun halına salmaq istəyir. Bəzən belə anlaşılır ki, bu vahid müəllim forması olacaq. Əslinə qalsa Azərbaycanda bir 10-dan artıq məktəb var ki, orada müəllimlər vahid formada məktəblərə gəlirlər, yəni qaydalara əməl də edirlər. O təkcə məktəbin pedaqoji şurası tərəfindən qəbul olunan qərarda öz əksini tapır və onlar da hər biri ona əməl edirlər. Bir qədər əvvəl bəzi məktəblərdə vahid geyimin bir forması müəyyən olunmuşdu. Kollektivlər şərti olaraq belə qəbul etmişdi müəllimələr qara ətəkdə, ağ köynəkdə, kişilər də bir qayda olaraq kostyumda, yaxud da ki, ağ köynəkdə, qara şalvarda məktəbə gəlsinlər. Yəni bu cür qəbul olunmuş bir vahid forma demək olar ki, əvvəldən mövcud idi. Hətta bəziləri irəli gedib iddia edirlər ki, əgər bu qaydalara əməl olunmasa müəllimləri böyük məbləğdə cərimələr gözləyir. Əlbəttə ki, belə bir şeylər yoxdur. Sadəcə olaraq, müəllimə yaraşmayan bir geyim tərzi olarsa bunu pedaqoji şura müzakirəyə çıxara bilər. Hansısa müəllim o standarta, o qoyulan şərtlərə əməl edilmirsə, yalnız pedaqoji şuranın qərarı ilə hansısa bir tənbeh tədbiri görülə bilər. Ona görə də bizdə bu yanlış təqdim olunub deyə, bunun çox geniş bir müzakirəsi oldu. Mən çox istəyərdim ki, bu məsələlərlə bağlı ancaq kimin məlumatı, fikri varsa, heç olmasa o şəxslər danışsınlar”-deyə M.Məmmədli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ