Cümə günü, 06 noyabr 2026
     

Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi

Image


Rusiyada “Rədd olsun abır-həya”, Azərbaycanda “Rədd olsun çadra”- kampaniyaları

Problemə yeni yanaşma

Sovet dövrü tarixşünaslığında SSRİ-də, o cümlədən Azərbaycan SSR-də baş vermiş “Mədəni inqilab” kommunisr rejiminin ideoloji baxşılarına uyğun tədqiq olunub və bu məsələ müsbət qiymətləndirilib. Lakin bu dövrdə bolşeviklərin törətdikləri və xalqdan gizli saxlanılan cinayətlər dövlət müstəqilliyinin bərpasından sonra araşdırılmağa başlanılmışdır. Sovet dövrünün cinayətlərinin əksəriyyəti haqqında tədqiqatlar aparılmış, kitab və məqalələr yazılmışdır. Lakin çox təəssüflər olsun ki, sovet dövrünün bir çox cinayətlərindən xalqın böyük əksəriyyəti hələ də xəbərsizdir. Belə cinayətlərdən biri də bolşeviklərin qadınlarla bağlı siyasəti ilə bağlıdır.

Mədəni inqilab dövründə “ Rədd olsun papaq, yaşasın şlyapa!” şüarı ilə milli papaqların ləğvinə hazırda insanların əksəriyyəti mənfi yanaşsalar da, “rədd olsun çarşab!” şüarına əhalinin əksəriyyəti demək olar ki, müsbət yanaşır. Müasir dövrdə ictimai yerlərdə tamamilə qapalı gəzən, yalnız gözləri görünən qadınları görərkən əhalinin əksəriyyəti keçən əsrin 20-ci illərində çarşab atılmasına haqq qazandırırlar. Azərbaycan xalqının milli mentalitetinə tam açıq-saçıq geyim və yalnız gözləri görünən tam qapalı geyim yaddır. Əksəriyyət haqlı olaraq buna mənfi yanaşır. Yadda saxlamaq lazımdır ki, heç zaman, o cümlədən keçən əsrin 20-ci illərində də Azərbaycan qadının milli baş örtüyü indi hərdən rastlaşdığımız, yalnız gözləri görünən tam qapalı geyim olmamışdır. Bu cür geyimlərdə dövlət müstəqilliyinin bərpasından sonra formalaşan demokratik mühitin verdiyi imkandan yarallanan, əvvəlki illərdə rastlaşmadığımız bəzi təriqət nümayəndələrinin qadınları istifadə edirlər.

XI rus ordusunun işğalında sonra bolşeviklərin qadınlara qarşı törətdikləri cinayətlər, yeritdikləri “Qadınları milliləşdirilməsi ” siyasətinin tərkib hissəsi olan “Rədd olsun çarşab” məsələsi ilə yaxından tanış olduqda bir sıra qaranlıq məsələlərin üzərinə işıq salmaq mümkün olur.

Bolşeviklər 1917-ci ilin oktyabr çevrişi ilə hakimiyyəti ələ keçirdikdən sonra əvvəlki mədəniyyətlərin tamamilə ləğv edilərək yeni proletar mədəniyyətinin yaradıldığını elan etdilər. Tarixşünaslıqda buna “proletarkultçular” adı verilmişdir. Onllar əvvəllər mövcud olmuş mədəniyyətləri burjua mədəniyyəti adlandıraraq onun ləğvinə başladılar. “Rədd olsun çarşab!” şüarı da bu siyasətin tərkib hissəsi idi. Bundan başqa bolşeviklər allahsız olduqlarında “Allahsızlar” təşkilatı yaradaraq dindarlara, dini kitablara, dini baş örtüklərinə, dini binalara qarşı hücuma keçdilər.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bolşevikləri irəli sürdükləri “Rədd olsun çarşab!”, “ Rədd olsun papaq, yaşasın şlyapa!”, “Rədd olsun tar, yaşasın gitara!” kimi sərsəm şüarlar alltında həyata keçirilən kompaniya könüllü deyil, zorakılıqla həyata keçirilmişdir. Azərbaycan xalqının böyüklüyü ondadır ki, kommunist rejiminin sərt represiya və ruslaşma siyasətinə baxmayaraq diliniin, milli adət-ənənsini, baş ördüklərini, musiqi alətlərini qoruyub saxlaya bilib. Tarixən Azərbaycan qadını baş örtüyü kimi kəlağayıdan və buna bənzər baş örtüklərindən, dinin nisbətən güclü olduğu ərazilərdə isə ağ və qara çarşablardan istifadə etmişlər. Etiraf edim ki, keçən əsrin 80-ci illərində Naxçıvanda elmi ezamiyyətdə olarkən ilk dəfə olaraq ağ çarşab geyinmiş qadınlar görməyim bir azərbaycanlı kimi mənə müsbət təsir etmişdi.

İndi baxaq görək Azərbaycanda “Rədd olsun çarşab!” şüarı ilə başlanan kompaniyaya qədər Rusiyada “qadın azadlığı” pərdəsi altında hansı cinayətlər törədilmişdir.

Rusiyada “Rədd olsun abır-həya” kampaniyası

Rusiyada bolşeviklər partiyası 1917-ci il oktyabrın 25-də (yeni stillə 7 noyabr-M.Z.) çevriliş yolu ilə hakimiyyəti ələ keçirdikdən sonra qadınlarla bağlı yeni siyasət həyata keçirməyə başladılar. Bolşeviklər bu yeni siyasəti qadınların azadlığı üçün etdiklərini iddia etsələr də, nəticə çox acınacaqlı olmuşdur. Bolşeviklərin bu siyasəti qadınlara azadlıq şüarı altında bədbəxtlik, faciələr yaşatmışdır.

Bolşevik rəhbərlərdən olan Aleksandra Mixaylovna Kollantay “bir stəkan su” nəzəriyyəsini irəli sürmüşdü. Bu nəzəriyyəyə görə, insanların sekslə məşğul olmaq istəyi bir stəkan su içmək qədər asan təmin olunmalıdır. O, inqilabçı əsgər və matroslara müraciətində (1917) "Cinsi istəklərinizi boğmayın, instinktlərinizi azad edin və sevgi həzlərinə meydan açın!” şüarını irəli sürmüşdü.

Bolşeviklərin qadınlarla bağlı siyasəti xüsusi mülkiyyətə düşmən münasibətdən yaranmışdır. Onlar xüsusi mülkiyyəti ləğv edib ümumxalq mülkiyyəti yaratdıqları kimi, ailəni və kəbini də burjuaziyanın qalığı hesab edərək ləğv etmək və “qadınları milliləşdirmək” siyasəti ilə “tam sərbəstlik” verməklə ağır cinayətlərə rəvac vermişlər. Bütün bu cinayətlər qadın azadlığı pərdəsi altında həyata keçirilmişdi.

Sovet Rusiyasında 20-ci illərin əvvələrində “Azad sevgi liqası” və “Məhv olsun utanmaq”, “ Rədd olsun abır-həya!” adlı cəmiyyətlər yaranmağa başladı.

1924-cü ildə “Məhv olsun utanmaq”, başqa sözlə “Rədd olsun abır-həya!” təşkilatının üzvləri yalnız təşkilatın adı yazılmış lentləri “geyinərək çılpaq şəkildə tez-tez Moskvanın küçələrində gəzintiyə çıxırdılar. Sovet rəhbərliyi buna nəinki pis baxırdı, əksinə hətta Kremlin divarları yanında “çılpaq” insanların bu cür yürüşündən birinə V.İ.Leninin yaxın silahdaşı Karl Radek rəhbərlik etmişdi.

1917-ci ilin dekabrında Tallin (“qırmızı” Revel) şəhərində tranvayda çiynindən “Rədd olsun abır-həya!” asılmış bir gözəl qadının getməsi, 1918-ci ildə Petroqradda “Rədd olsun abır-həya!” plakatları ilə nümayiş keçirilməsi haqqında məlumatlar mövcuddur.

Olqa Qreyqin “Cinslərin inqilabı və ya Klara Setkinin gizli missiyası” ““Rədd olsun abır-həya!” seksual beynəlmiləlçilik və sovetlər ölkəsi” və s. kitabları problemin araşdırılmasında mühüm əhəmiyyətə mülikdir.

Olqa Qreyqin ““Rədd olsun abır-həya” seksual beynəlmiləl və sovetlər ölkəsi” adlı kitabında qeyd olunur ki, “istənilən cəmiyyəti dəyişmək üçün qadının mahiyyətini, onun mənəvi və əxlaqi təyinatını dəyişmək lazımdır”. Kitabda zərif cinsin nümayəndələrinin bütün sahələrdə planlı şəkildə deqradasiya edilməsi prosesindən bəhs olunur. Kitabda həmçinin tanınmış bolşevik rəhbərlərinin tərcümeyi-halında məlum olmayan faktları, alovlu inqilabçıların intim həyatı, partiya və komsomolun əhalinin pozğunlaşmasında əsil rolu, XDİK-dən-Xalq Daxili İşlər Komissarlığından (rus dilində-NKVD) olan faişələr, qapalı Sovet Genetika və Antropologiya İnstitutu rəhbərinin məlumatı və s. məsələlər barədə maraqlı faktlar var.

20-ci illərin ortalarında “Rədd olsun abır-həya” təşkilat özünün kuliminasiya nöqtəsinə çatdı. 1924-cü ildə “Rədd olsun abır-həya” şüarı ilə keçirilən nümayişə 10 min adamın çılpaq, lüt vəziyyətdə çıxmasına hakimiyyət uzun müddət dözdü.

Səhiyyə komissarı Nikolay Semaşkonun mərkəzi qəzetlərin birinnə verdiyi rəsmi müsahibəsindən sonra vəziyyət bir qədər dəyişdi. Səhiyyə komissarı müsahibədə bildiridi ki, insanların inqilabı dünyagörüş pərdəsi altında sovet respublikalarının şəhərlərinini küçələrində lüt gəzməsi yolverilməzdir. O, məsləhət görürdü ki, həmin insanlar bu aksiyaları heç olmasa dəniz sahillərində etsinlər. Səhiyyə komissarının məsləhəti hərfi mənada qəbul edilərək növbəti “Rədd olsun abır-həya” aksiyası Sevastopolda keçirildi.

Rusiyada FEMEN təşkilatı yaranana qədər “Rədd olsun abır-həya” adlı radikal təşkilatı yaranaraq Moskva və digər iri şəhərlərdə müxtəlif tədbirlər həyata keçirirdi. Onların düşüncəsinə görə kişilərlə qadınların əsil bərabərliyinə nail olmaq üçün insanlar geyimdən, paltardan imtina etməli idilər. Buna görə onlar lüt vəziyyətdə xüsusi gecə tədbirləri, Moskva və Xarkovda küçə yürüşləri keçirirdilər. Bu cür biyabırçı hərəkətlər 20-ci illərin ortalarına qədər davam etdi. Uzun müzakirələrdən sonra ÜKP-nin XIV qurultayında (1925-ci il) “Rədd olsun abır-həya” təşkilatı qadağan olundu.

1994- cü ildə Ukrayna kinomotoqrafları “Rədd olsun abır-həya” adlı film çəkiblər.

Azərbaycanda “Rədd olsun çadra”- kampaniyası

Azərbaycanda bolşeviklər bu yeni siyasəti XI qırmızı ordunun işğalının ilk illərində Rusiyada olduğu kimi həyata keçirməyə çalışmışlar. İşğaldan dərhal sonra bir həftə yerli müsəman əhaliyə qarşı həyata keçirilmiş “talan həftəsi”ndə (Qrab nedelya) rus ordusunun törətdiyi insanlığa sığmayan vəhşiliklər, cinayətlər haqqında hələ də xalqın əksəriyyətinin məlumatı yetərincə deyil. İşğalçı rus ordusunun bu cinayətlərinə qarşı həmin dövrdə Gəncədə, Qarabağda, Zaqatalada, Lənkəranda və s. yerlərdə güclü üsyanlar baş vermişdi.

Azərbaycanda yerləşən “Qızıl ordu” hissələrindən bəzilərinin komandirləri Azərbaycan hökumətinin yerli orqanları ilə əsla hesablaşmır, özlərini özbaşına və sərbəst, əslində yerli xalqa nifrət edən əsil müstəmləkəçilər kimi aparırdılar. Hədsiz müsadirələr, mənzillərin sıxlaşdırılması, mürtəce əhval-ruhiyyəli hərbçilərin təhqiramiz hərəkətləri, şəriətin, milli adət və ənənələrin təhqir olunması əhalini ümidsiz vəziyyətə salmışdı.

Azərbaycanın Moskvadakı təmsilçisi Behbud ağa Şahtaxtinskinin 1920-ci il sentyabrın 20-də Leninə ünvanlandığı məktubda deyilirdi: "Qızıl Ordu … özünü mürtəce aparır, yerlərdən heyrətamiz məruzələr alınmaqdadır. İş qadın və qızların açıqcasına zorlanmasına qədər gedib çıxır... Azərbaycan kəndliləri ancaq bir şeyi xahiş edir və yalvarırlar: nə varsa, hər şeyi dərhal, bir dəfəyə götürün və bizi gündəlik evə soxulmalardan xilas edin. “

Bolşevik partiyasının daxilində bu siyasətə qarşı Nəriman Nərimanov demək olar ki, təklikdə mübarizə aparırdı.

N. Nərmanov “Biz Qafqaza hansı şüarla gedirik” əsərində qeyd edirdi ki, “əsas Azərbaycanı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli, yerli şəraitlə hesablaşmalıyıq”.

“Şirvaniyə məktub”unda N.Nərimanov yazır: “başkəsən-kommunist partyaya yazılmış kəndliyə sual verir: “Əgər görsən ki, sənin arvadın tanış olmayan kişi ilə gəzir, onda sən nə edərsən?”. Kəndli cavab verir: “Hər ikisini öldürürəm”. Başkəsən-kommunist qərar verir: “Rədd ol partiyadan, o bilmir ki, indi azadlıqdır və qadın istədiyi yad kişi ilə gəzə bilər”. Başkəsən-kommunist... inqilabın qızğın çağında nə edibsə, heç nə ilə hesablaşmadan eynilə təkrar etmək istəyir.”

Əhaliyə qarşı müsadirə adı ilə soyğunçu siyasət yeridən, qadınlara qarşı əxlaqsızlıq edən kommunist rejimini N. Nərimanov kəskin tənqid etmişdir. Müsadirə adı altında xalqın namusuna toxunmağa çalışan, xalqı simasızlaşdırmağa can atan reyimi N.Nərimanov aşağıdakı fikirlərlə ifşa etmişdir: “Bu müsadirə haqqında fars və türk qəzetləri yazmağa başladı və onlar qeyd edirdilər ki, bolşeviklər müsəlman qadınlardan zorla tumanlarını (yubkalarını) alıb, əldən-ələ ötürürdülər (bu isə qadının namusuna toxunmaq demək idi) və s.”

“Müsadirə” adı altında evlərə gedərək həddini aşmış qarətçilərə AK(b)P-nin 1920-ci ilin oktyabrında keçirilən II qurultayında N. Nərimanov öz kəskin etirazını bildirərək demişdi: “Müsadirə edərkən və müsəlman evinə girərkən onun hansı şəraitdə yaşadığını bilmək lazımdır. Müsəlman qadınının qulağından sırğanı çıxarmaq və bədənində brilyant axtarmaq lazım deyil. Brilyant bizə lazımdır, ancaq onu başqa yerdə axtarmaq lazımdır”

Buradan belə aydın olur ki, bolşeviklər inqilabın qızğın vaxtı, yəni 1917-1920-ci illərdə Rusiyada həyata keçirdikləri qadın ümumiliyi məsələlərini eyni ilə işğalın ilk illərində Azərbaycana da tətbiq etməyə çalışmış, buna qarşı çıxanları isə əksinqilabçı adı ilə güllələmişlər.

Bu günə qədər əksər müəlliflər sovet rejiminə qarşı üsyanlardan bəhs edərkən bu üsyanların əsas səbəbi kimi əsasən əmlak məsələsini ön plana çəkərək, bu cür ciddi amili, əxlaqa zidd hərəkətləri nəzərə almamışlar. Faktlar sübut edir ki, keçmiş sovet məkanında, xüsusilə də müsəlman respublikalarında, o cümlədən Azərbaycanda rejimə qarşı mübrizə, silahlı üsyanlar tək əmlakın müsadirə edilməsinə qarşı deyil, həm də xalqın əsrlər boyu formalaşmış milli əxlaqı dəyərlərinin, namus və qeyrətinin müdafiəsi uğrunda baş verib. Fikrimizcə bu mövzunun obyektiv şəkildə tədqiqi davam etdirilərsə, bolşeviklərin əmlak və qadın ümumiliyi siyasəti ilə bağlı törətdikləri cinayətlərə aid çoxlu sayda yeni, daha acınacaqlı faktları aşkara çıxarmaq mümkün olar.

Fərman Kərimzadənin sovet dövründə yazdığı “Qarlı aşrım” kitabında Kərbalayi İsmayılın kolxoz qurluşuna qarşı dediyi “ deyirlər malını, mülkümü ver, bir azdan da deyəcəklər namusunu, qeyrətini ver” sözlər obyektivliyi ilə diqqəti cəlb edir. Kitab nəşr olunduğu dövrdə bu fikir təsdiq etmək mümkün olmasa da, hazırda mümkündür.

“Rədd olsun çarşab!” kompaniyasının zorakılıqla aparılması haqqında “ Qadınlar başını açandan sonra kişilər papağını itirdi? - Geyimə görə qətlə yetirilən ilk azərbaycanlı qadın” adlı məqalədə (Kulis.az 15 avqust 2024) maraqlı bir fakt var: “Azərbaycanın ilk qadın neft mühəndisi Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə anasının çadranı necə atdığını danışır. Bu hadisə 1922-ci il mayın 15-i baş verir:

“Həmin gün Bakıda partiya üzvü olmayan qadınların I qurultayı işinə başlayır və 17 yaşlı Füruzə də onun iştirakçılarından biri olur. İri qara gözləri olan yaraşıqlı qızı görən Azərbaycan Kommunist partiyasının o vaxtkı birinci katibi Sergey Kirov onu səhnəyə çağırır və başından çadrasını açmağı təklif edir. Kirov çadranı tikə-tikə edir və zala doğru atır. Özünü itirdiyindən qıpqırmızı olan anam utancaq halda səhnənin ortasında dayanır və təcrübəli Ayna Sultanova ona yaxınlaşıb deyir: “Bu cür yaraşıqlı sifəti çadranın altında gizlətmək olmaz”. Zaldakı eyforiya ötüb keçir, qadınlar dağılışırlar, anam isə yerə oturub ağlayır: “Mən çadrasız Balaxanıya necə gedəcəyəm?” Belə olanda, rəyasət kürsüsünün üzərindəki qırmızı qumaşı çıxarıb Füruzəyə verirlər. Doğrudan da, o vaxtlar Balaxanı küçələri ilə çadrasız yerimək mümkün deyildi...”

Bu hadisədə adı çəkilən S.M.Kirovun cinayətləri haqqında çox yazıldığından təkrar etməyə ehtiyac yoxdur. Lakin qızlıq soyadı Musabəyova olan Ayna Sultanovanın xalq əleyhinə fəaliyyəti haqqında qısa məlumat verməyə ehtiyac var. Çünki digər bolşeviklərdən fərqli olaraq hələ də Bakıda onun abidəsi qalmaqdadır. Dəfələrlə müraciətlər olmasına baxmayaraq həmin heykəlin yanında onun fəaliyyətini əks etdirən lövhə qoyulmayıb. Bu da əhalinin əksəriyyətinin məlumatsızlığına gətirib çıxarıb.

Ayna Sultanova Azərbaycan Xalq Cümhuriyyətinə düşmən olduğuna görə əri Həmid Sultanov və qardaş Qəzənfər Musabəyovla birlikdə Həştərxana qaçaraq, sonradan işğalçı XI rus ordusunun tərkibundə Bakıya qayıtmış və baş verən cinayətlərin iştirakçısı olmuş bolşeviklərdəndir. A.Sultanova Həştəxanda olarkən qırımız ordunun paltarlarına yamaq vuran qadınlara rəhbərlik etmiş, sonradan ədliyyə komissarı kimi represiyaların fəal iştirakçısı olmuşdu. Həyat yoldaşı H.Sultanov Gəncə üsyanını yatırdığına, minlərlə azərbaycanlının qətlinə rəhbərlik etdiyinə görə ordenlə təltif olunmuşdu. Deməli 17 yaşlı Firuzənin çarşabını alıb səhnədə tikə tikə edənlər, buna haqq qazandıranlar bu cür cinayətkarlar olmuşlar.

Fikrimizcə “Kommunist” qəzetində 1929-cu ildə dərc edilmiş “Rədd olsun çadra”, “Məhv olsun çadra”, “Çadraçılara firqədə yer yoxdur”, “Tyatorda çadra olmaz”, “Qadın azadlığı düşmənləri”, “Şadrasını atmış qadınlar mədəni yaşayış quruluşunda”, “Əsarət çuvalı-qara çadranın son günləri”, “Çadraçılara qarşı mübarizə güclənməlidir”, “Çadra meydandan çəkilir”, “500 çadrasız qadın!”, “Məhv olsun çadra və məscid!”, “Çadra xəstəlik yuvasıdır”, “Çadranın zərərləri”, “Papağın zərərləri” və s. kimi məqalələr bolşeviklərin keçən əsrin 20-ci illərində həyata keçirdikləri siyasəti ifşa etməyə imkan verir.

1920-ci ildə bolşeviklər abortu leqallaşdırdıqdan sonra mənfi nəticələrini görərək 1927-ci ildə abortları məhdudlaşdırdılar, 1936-cı ildə isə tamamilə qadağan etdilər. 1944-cü ildə hüquqi müstəviyə “qeyri-qanuni doğulanlar” anlayışı qaytarıldı. Kəbindən kənar doğulan uşaq hətta razılıq olsa belə atasının soy adını götürə biləməzdi. Doğum haqqında şadətnamədə ata adının olduğu yerə sadəcə xətt çəkilirdi.

Sovet hakimiyyətinin ilk illərində Rusiyada əmlak və qadın ümumiliyi tələbi ilə burjuaziyaya qarşı mübarizə başlayan bolşeviklər, 1926-cı ildən sonra qadın ümumiliyi tələbinin səhv olduğunu gec də olsun dərk edərək bundan imtina etdilər. Bu məsələ insanların müqviməti ilə üzləşdiyindən sonradan qadın ümumiliyi qadın azadlığı, qadınlarla kişilərin bərbərliyi ideyası ilə əvəz olundu.

Məhərrəm Zülfüqarlı
Tarix elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ