Cümə günü, 06 noyabr 2026
     

“Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Image


İyunun 11-də AMEA-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanda alman memarlığı” (“Deutsche Architektur in Aserbaidschan”) mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Alman-Azərbaycan Cəmiyyəti və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrin alimləri ilə yanaşı, tanınmış memarlar, tarixçilər və mədəniyyət xadimləri də iştirak ediblər.

Əvvəlcə konfrans çərçivəsində AzMİU-nun Memarlıq fakültəsində fotosərgiyə baxış keçirilib. Sərgidə universitetin rektoru professor Gülçöhrə Məmmədova, Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağəli İbrahimov və AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxış edərək sərginin elmi və mədəni əhəmiyyətindən danışıblar.

AMEA-nın Əsas binasında keçirilən beynəlxalq konfransı giriş nitqi ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açıb. Direktor qeyd edib ki, bu ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma və memarlıq mərkəzi kimi mövqeyini bir daha möhkəmləndirir.

Professor Ərtegin Salamzadə bildirib ki, Bakı XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində, xüsusilə İçərişəhər ətrafında formalaşan memarlıq mühitində alman memarlarının mühüm izi olan şəhərlərdən biridir. Həmin dövrdə alman memarlarının iştirakı ilə inşa edilən yaşayış, ictimai və digər təyinatlı binalar şəhərin memarlıq simasının formalaşmasında əhəmiyyətli rol oynayıb.

Direktor çıxışında Azərbaycanda alman məskənlərinin tarixi, alman memarlarının fəaliyyəti, ölkəmizdə bu günədək qorunub saxlanılan alman memarlıq nümunələri və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi məsələlərinə də toxunub. O, yalnız Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində almanların kompakt şəkildə yaşadıqlarını, həmin ərazilərdə də alman memarlığına aid izlərin mövcud olduğunu diqqətə çatdırıb.

Professor Ərtegin Salamzadə konfrans çərçivəsində Bakı şəhərinin müxtəlif illərdə baş memarı kimi fəaliyyət göstərmiş memarların yaradıcılığı, eləcə də alman memarlıq irsinin Azərbaycan şəhərsalma tarixində tutduğu yer barədə məruzələrin dinləniləcəyini söyləyib.

O, konfrans iştirakçılarına uğurlar arzulayaraq, tədbirin elmi müzakirələr və beynəlxalq əməkdaşlıq baxımından mühüm platforma olacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev Azərbaycanda alman memarlıq irsinin əhəmiyyətindən bəhs edib, alman memarlığı nümunələrinə ölkəmizin müxtəlif bölgələrində – xüsusilə Göygöl, Şəmkir və Gədəbəy ərazilərində rast gəlindiyini bildirib. Qeyd edib ki, bu nümunələr XIX–XX əsrlərdə formalaşmış mədəni-memarlıq mühitinin ayrılmaz tərkib hissəsidir.

Professor Çingiz Abdullayev alman memarlığının ən dəyərli nümunələrindən birinin Bakı şəhərində yerləşən alman-lüteran kilsəsi olduğunu vurğulayıb. Bildirib ki, 1899-cu ildə istifadəyə verilmiş bu abidə həmin dövrdə Bakının ən nadir memarlıq incilərindən biri kimi tanınıb və şəhərin memarlıq simasında xüsusi yer tutub.

Cəmiyyət sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işlərinə başlanıldığını, Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilən bərpa prosesi zamanı binanın özünəməxsus orijinal üslubu və tarixi memarlıq xüsusiyyətlərinin tam şəkildə qorunub saxlanıldığını diqqətə çatdırıb.

O, ənənəvi alman qotik memarlığının parlaq nümunələrindən olan bu binanın akustik xüsusiyyətlərinə xüsusi diqqət yetirildiyini də qeyd edib. Bildirib ki, hazırda tarixi alman-lüteran kilsəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalı kimi fəaliyyət göstərir və mədəni həyatımızda mühüm rol oynayır.

Professor Çingiz Abdullayev konfrans çərçivəsində aparılan müzakirələrin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və alman memarlıq irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə bir qrup şəxs Almaniya-Azərbaycan memarlığının və dostluq ənənələrinin inkişafındakı xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyəti tərəfindən diplomla təltif olunublar.

Konfransda, həmçinin Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkan, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri memarlıq üzrə elmlər doktoru Rahibə Əliyeva, həmin institutun elmi işçisi Ellada Abbasova, Gürcüstan-Almaniya Assosiasiyasının sədri Aleksandr Feldmayer, Almaniyalı tədqiqatçı İnge Şturm, Türkiyənin Özyeğin Universitetinin tədqiqatçısı Ayşegül Özer və AzMİU-nun doktorantı Aygün İmanova məruzələrlə çıxış ediblər. Çıxış edənlər alman memarlıq məktəbinin Cənubi Qafqazda, xüsusilə Azərbaycanda formalaşmasına təsir edən tarixi-sosial amillər, alman memarlarının şəhərsalma prosesində rolu, ayrı-ayrı regionlarda qorunub saxlanılan memarlıq nümunələrinin tədqiqi və mühafizəsi məsələlərindən bəhs ediblər. Məruzələrdə memarlıq irsinin yalnız tarixi abidə kimi deyil, eyni zamanda mədəni yaddaş, identiklik və müasir şəhərin inkişafı üçün strateji resurs kimi dəyərləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, iyunun 12-də konfrans iştirakçılarının Göygöl rayonuna səfəri nəzərdə tutulub. Səfər zamanı qonaqların rayon rəhbərliyi ilə görüşü, alman memarlıq abidələri ilə tanışlığı və bölgənin tarixi-mədəni irsini əks etdirən məkanları ziyarət etməsi planlaşdırılır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ