Cümə günü, 06 noyabr 2026
     

MDB-nin Antiterror Mərkəzi –“Azərbaycanda miqrasiya böhranı”?...

Image


Azər Allahverənov: “Düşünmürəm ki, iranlıların kütləvi şəkildə qonşu ölkələrə-Ermənistana, Azərbaycana, Türkmənistana, Türkiyəyə və ya Əfqanıstan köçü baş vermiş olsun”

Ermənistan, Türkmənistan və Azərbaycan Yaxın Şərqdəki vəziyyətə görə miqrasiya böhranı ilə üzləşə bilər. Bunu MDB Antiterror Mərkəzinin (ATC) rəhbəri general-polkovnik Yevgeni Sısoyev Üzv Dövlətlərinin Səlahiyyətli Orqanlarının Qərargah Rəhbərlərinin 19-cu görüşündə bildirib.

Yaxın Şərq hadisələrinə görə miqrasiya böhranının Azərbaycana nə dəxli var?

Millət vəkili Azər Allahverənov baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə, əgər bir ölkənin qonşuluğunda və ya qonşu bölgələrində hansısa bir hərbi münaqişələr və ya toqquşmalar baş verirsə, bu, istər-istəməz, qonşu ölkəyə miqrasiya axının baş verməsinə gətirib çıxara bilən bir haldır. “Biz bunu Suriyada, İraqda və digər dövlətlərin ərazilərində baş verən hərbi münaqişələr nəticəsində gördük ki, qonşu ölkələrə, xüsusilə də Türkiyəyə milyonlarla insanın üz tutdu”.

O, qeyd etdi ki, Müstəqil Dövlətlər Birliyinin Antiterror Mərkəzinin hansısa bir araşdırmaları var. Burada da Ermənistan, Türkmənistan və Azərbaycanın adı hallanır. Böyük ehtimalla bunu ABŞ-İsrail blokunun İrana qarşı hərbi müdaxiləsi nəticəsində yarana biləcək qaçqın axını ilə əlaqələndirirlər. Yaxın Şərq məsələsi Sısoyevin bəyanatında xüsusilə göstərilir. Ehtimalla deyə bilərəm ki, söhbət İrandan gedir. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. Bunu mən nə dərəcədə real görürəm məsələsinə gəldikdə, istər keçən il İranda baş verən 12 günlük müharibə, istərsə də son dövrlərdə olan 40 günlük müharibə dönəmində biz gördük ki, hərbi əməliyyatlar hərbi hava qüvvələrinin bu və ya digər formada qarşılıqlı zərbələr endirilməsi ilə müşahidə olundu. Yəni quru torpaq əməliyyatı, quru əməliyyatlar aparılmadı. Baxmayaraq, dəfələrlə bildirilirdi ki, quru əməliyyatlarının aparılması mümkün ola bilər. Ümumiyyətlə, adətən qaçqın və sığınacaq axtaran şəxslərin axınları məhz quru əməliyyatlar aparıldığı zaman baş verir. İndi nəzərə alsaq ki, quru əməliyyatlar aparılmır. Bu baxımdan da düşünmürəm ki, iranlıların kütləvi şəkildə qonşu ölkələrə-Ermənistana, Azərbaycana, Türkmənistana, Türkiyəyə və ya Əfqanıstan köçü baş vermiş olsun. Birincisi, köç o səbəbdən baş verir ki, quru əməliyyatlar aparılır və insanlar kütləvi şəkildə yaşayış yerlərini, qəsəbələri, kəndləri, şəhərləri tərk etmək məcburiyyətində qalırlar. Onlar ölkənin hüdudları daxilində sığınırlar. Əgər ölkənin hüdudları buna imkan verirsə, onda biz kənara güclü axını görmürük. Amma ölkənin hüdudları daxilində bu əməliyyatlar geniş miqyas aldığı təqdirdə onda xarici ölkələrə köç baş verə bilər...”

A.Allahverənov hesab edir ki, amma İranda da quru əməliyyatlar olmayınca hər hansı bir qaçqın axını barədə də danışmaq düzgün olmazdı. “Bunu əminliklə demək, yəni yanlışlıqdır. Çünki quru əməliyyatlar ölkənin bütün ərazisini bürümüş olursa, bu və ya digər formada özünü göstərsə, burada artıq qaçqınların xarici ölkələrə axını baş verə bilər. Belə olmadığı təqdirdə düşünmürəm ki, bu elə də geniş miqyas almış olsun. O ki qaldıYaxın Şərqdəki proseslərin Azərbaycana miqrant axını əlaqəsinə, burada məsələyə belə baxmaq lazımdır. Biri var miqrant axını, bir də var qaçqın və ya sığınacaq axtaran şəxslərin axını. Bunlar fərqli fərqli yanaşmalardır. Azərbaycanın miqrasiya mübadiləsi yüksək olan ölkələrlə hər zaman miqrasiya mübadiləsi var, yəni miqrasiya axınları mövcuddur. Miqrantlar bu və ya digər formada dövlət sərhədini keçərək ölkə ərazisinə daxil olurlar və əksinə. Amma qaçqın və sığınacaq axtaran şəxslər başqa bir statusda olan şəxslərdir. Onlar 1951-ci il Konvensiyasına uyğun olaraq ölkə ərazisində sığınacaq axtara biləcək şəxslərdir ki, onların da ölkə ərazisinə girişi, onlarla bağlı prosedur qaydaları bir qədər fərqlidir. Bu baxımdan da fikrimcə, bizim aidiyyəti strukturlar əlaqələndirilmiş şəkildə bu vəziyyətlərə də hazırdırlar. Hətta 2005-2006-cı illərdə belə ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi barədə fikirlər müzakirəyə çıxarılan zaman həm də o dönəmdə belə bizim aidiyyəti strukturlar müvəqqəti düşərgələrin salınması və digər məsələlərlə bağlı planlara malik idilər. İndinin özündə böhran vəziyyətlərlə bağlı olan müəyyən bir çevik alqoritm mövcuddur. Düşünürəm ki, burada miqrasiya proseslərinin idarə olunmasında bilavasitə iştirak edən dövlət qurumları əlaqələndirilmiş şəkildə, yəni mümkün ssenariləri ilə bağlı hazır işlərini həyata keçirməyə hazırdırlar. Burada hüquqi, insani, siyasi, sosial, səhiyyə səpkili olan məsələlərin də uğurlu şəkildə tez bir zamanda həll olunması üçün yaxşı təcrübələri var. Bu təcrübələr əsasında formalaşmış bir davranış alqoritmi var. Əminliklə deyə bilirəm ki, Azərbaycanın aidyyəti dövlət qurumları məhz bu istiqamətdə öz fəaliyyətlərini həyata keçirməyə hazırdırlar. Ən azından biz bəzi fors-major vəziyyətlərdə, pandemiya və digər proseslərdə gördük ki, bizim aidiyyəti strukturlar bu məsələdə daha çevik reaksiya vermək imkanlarına malikdir. Onu da bu prinsiplər əsasında həyata keçirirlər”-deyə A.Allahverənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ