şənbə günü, 12 sentyabr 2026
     

Universitetlərdə təhsil haqları ilbəil qalxır, keyfiyyət və işlə təminat isə aşağı düşür...

Image


İlham Əhmədov: “Əgər universitetin məzunlarının 70%-i iş tapa bilmirsə, bu universitetin maliyyələşməsinə və ya statusuna ciddi təsir etmirsə...”

İlqar Orucov: “Əsas disbalans eyni zamanda təhsil sistemi ilə əmək bazarı arasında heç bir koordinasiyanın olmamasından qaynaqlanır”

Azərbaycanda ali təhsilin keyfiyyəti mübahisələr doğurur. Belə bir şəraitdə isə universitetlər təhsildə keyfiyyəti yaxşılaşdırmaq əvəzinə təhsil haqını qaldırmağı əsas hədəf kimi seçiblər. İlbəil təhsil haqlarını qaldırırlar.

Azərbaycanda universitetlərdə illik təhsil haqqı universitetə və ixtisasa görə dəyişir.

Dövlət universitetləri

Bakı Dövlət Universiteti – əksər ixtisaslarda təxminən 1 900–3 200 AZN, hüquq ixtisasında 4 500 AZN-ə qədər.

Azərbaycan Dövlət Pedaqoji Universiteti – bakalavr və magistratura proqramlarında 2 400 AZN, bəzi MBA proqramlarında 2 700 AZN.

Azərbaycan Dillər Universiteti – bəzi ixtisaslarda təxminən 2 500 AZN.

Bakı Slavyan Universiteti – bəzi ixtisaslarda təxminən 2 000 AZN.

Özəl universitetlər:

ADA Universiteti – bəzi proqramlarda təxminən 6 000 AZN və daha yuxarı.

Digər özəl universitetlərdə (məsələn, Xəzər, Azərbaycan Universiteti və s.) illik təhsil haqqı adətən 3 000–8 500 AZN arasında dəyişir.

Ümumi mənzərəyə gəlincə, dövlət universitetlərində əksər ixtisaslar üzrə təhsil haqqı təxminən 1 800–2 700 AZN arasındadır.

Özəl və beynəlxalq profilli universitetlərdə isə bu rəqəm əsasən 3 000–8 500 AZN aralığındadır.

Bu ilin yanvar ayında yayılan statistikadan da aydın görsəndi ki, Azərbaycanda bir sıra universitetləri bitirənlər iş tapmaqda çətinlik çəkirlər.
Naxçıvan Müəllimlər İnstitutu – 63,9%

Bakı Qızlar Universiteti (özəl) – 61%

Bakı Slavyan Universiteti – 59,8%

Mingəçevir Dövlət Universiteti – 59,8%

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 59,7%

Bakı Musiqi Akademiyası – 58% Azərbaycan Milli Konservatoriyası – 57,1%

Bakı Dövlət Universiteti (BDU) – 56,6%

ADPU Şamaxı filialı – 54,8%

Azərbaycan Dövlət Aqrar Universiteti – 54,4%

Naxçıvan Dövlət Universiteti – 52,1%

İdman Akademiyası – 50,7%

Sumqayıt Dövlət Universiteti – 49,5%

Azərbaycan Texnologiya Universiteti – 48,7%

Azərbaycan Kooperasiya Universiteti – 47,3%

Azərbaycan Universiteti – 47,1%

Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas) – 47%

ADPU Quba filialı – 46,9%

Azərbaycan Texniki Universiteti – 46,8%

Bakı Avrasiya Universiteti – 46%

Lənkəran Dövlət Universiteti – 44,7%

Qərbi Kaspi Universiteti – 44,3%

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – 44,1%

Xəzər Universiteti – 44%

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 43,4%

Bakı Biznes Universiteti – 40,2%

ADA Universiteti – 37,3%

Azərbaycan Turizm və Menecment Universiteti – 37,1%

Dövlət İdarəçilik Akademiyası – 36,2%

Milli Aviasiya Akademiyası – 36,1%

Bakı Mühəndislik Universiteti – 35,5%

Azərbaycan Memarlıq və İnşaat Universiteti – 34,8%

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) – 33,4%

Bakı Ali Neft Məktəbi (BANM) – 24,9%.

Bunlar universitetlərimizi bitirənlərin işsizlik faizidir.

Universitetlərlə bağlı belə fikirlər var ki, yenə təhsil haqqı bahalaşacaq. Yəni universitetlər təhsil haqqını bahalaşdıraraq gedirlər. Təhilin keyfiyyətinin aşağı olması, əmək bazarı problemləri, məzunların bir hissəsinin işsiz olması və sair məsələlər var.

Təhsil eksperti İlham Əhmədov baki-xeber.com-a bildirdi ki, hər dərs ilinin əvvəlində universitet və kolleclərdə təhsil haqqının artması “müjdəsi” verilir. “Təbii ki, işsizlik şəraitində, yaxşı halda isə işləyib aşağı maaş alan valideynlər üçün bu sevindirici xəbər olmur. Nəzərə alsaq ki, artıq 3-4 il ərzində repetitorlara ailə xeyli pul xərcləyib (hələ əlavə xərclər də olub), onda ailələrin durumu bəlli olur. Ailədə bir neçə uşaq təhsil alırsa, durum daha da ağırlaşır.

Bu vəziyyəti sadəcə "təhsil haqları artır" kimi izah etmək düzgün olmaz. Burada əslində həm ailələrin sosial vəziyyəti, həm də ali təhsilin iqtisadi modeli, dövlət siyasəti, əmək bazarı və universitetlərin idarəetməsi ilə bağlı sistem xarakterli ziddiyyət mövcuddur. Məsələyə bir neçə aspektdən baxmaq olar.

Birinci ziddiyyət: təhsil xərcdir, yoxsa investisiya?

Normal şəraitdə tələbə təhsil haqqını ona görə ödəyir ki, gələcəkdə daha yüksək maaş alsın, daha yaxşı iş tapsın, sosial statusunu yüksəltsin. Yəni, təhsil xərci sonradan gəlirlə kompensasiya olunan investisiyadır. Lakin əgər təhsil haqqı artır, amma təhsilin keyfiyyəti zəif qalırsa, məzun iş tapa bilmirsə, onda təhsil investisiyadan çox riskli maliyyə xərcinə çevrilir. Bu halda valideyn və tələbə haqlı olaraq soruşur: mən hər il daha çox pul ödəyirəmsə, bunun müqabilində nə əldə edirəm? Bu sualın cavabı aydın deyilsə, ali təhsilə ictimai etimad zəifləyir.

İkinci ziddiyyət: universitetlər bazar şəraitindədir, amma bazar alətləri yoxdur.

PHŞ modelinə keçid nəzəri olaraq universitetlərə daha çox müstəqillik verməli idi. Amma praktikada belə görünür ki, dövlət maliyyəsi azalır, universitet isə özünü maliyyələşdirməlidir, amma universitetin əlavə gəlir mənbələri yoxdur.

Dünyanın qabaqcıl universitetləri gəlirlərini yalnız təhsil haqlarından qazanmırlar. Məsələn, patentlər, texnologiya transferi, sənaye sifarişləri, tədqiqat qrantları, konsaltinq xidmətləri, startap investisiyaları əsas gəlir mənbələridir. Azərbaycan universitetlərinin böyük hissəsi isə faktiki olaraq yalnız iki mənbədən gəlir əldə edir: dövlət sifarişi və tələbələrin ödədiyi təhsil haqqı. Nəticədə büdcə çatışmazlığı yarananda ən asan yol təhsil haqlarını artırmaq olur.

Üçüncü ziddiyyət: universitetlərin gəliri tələbədən asılıdır, amma məsuliyyət əmək bazarına görə ölçülmür.

Hazırda universitetlərin əsas gəliri tələbələrdir. Lakin universitetlərin qiymətləndirilməsində məzunların məşğulluq səviyyəsi, orta əməkhaqqı, işəgötürənlərin razılığı, məzunların karyera inkişafı kimi göstəricilər əsas rol oynamır.

Əgər universitetin məzunlarının 70%-i iş tapa bilmirsə, bu universitetin maliyyələşməsinə və ya statusuna ciddi təsir etmirsə, onda sistemdə motivasiya problemi yaranır. Dünyanın bir sıra ölkələrində artıq universitetlərin maliyyələşdirilməsinin müəyyən hissəsi məzunların məşğulluq göstəricilərindən asılıdır.

Dördüncü ziddiyyət: təhsil bazarı ilə əmək bazarı arasında əlaqə zəifdir.

Bu gün Azərbaycanda bir çox ixtisaslar üzrə məzun sayı ilə əmək bazarının tələbi arasında uyğunsuzluq mövcuddur. Nəticədə, bəzi sahələrdə işçi çatışmır, bəzi sahələrdə isə diplomlu işsizlər artır. Bu isə onu göstərir ki, ali təhsil sistemində əmək bazarının proqnozlaşdırılması və planlaşdırılması kifayət qədər inkişaf etməyib.

Beşinci ziddiyyət: təhsil haqqı artır, amma keyfiyyət göstəriciləri eyni sürətlə artmır

Əgər universitet beynəlxalq reytinqlərdə yüksəlirsə (manipulyasiyalarla yox, real olaraq), yeni laboratoriyalar yaradırsa (ictimai əsaslarla yox, konkret nəticə verən), tədqiqatlar artırsa, məzunların məşğulluğu yüksəlirsə, o zaman təhsil haqqının müəyyən qədər artması başadüşüləndir. Lakin tədris proqramları köhnədirsə, keyfiyyətsizdirsə, tədqiqatlara əsaslanmırsa, laboratoriyalar zəifdirsə, elmi fəaliyyət aşağıdırsa, məzun iş tapa bilmirsə, onda təhsil haqqının artımı ictimai narazılıq yaradır. Çünki vətəndaş ödəniş etdiyi xidmətin keyfiyyətində adekvat dəyişiklik görmür. Tələbələrin bir qismi “Tələbə Krediti” götürür, o, əmək bazarında iş tapmalı, krediti qaytarmalıdır.

Problemin kökündə nə dayanır?

Əsas problem maliyyə çatışmazlığından daha çox universitetlərin inkişaf modelinin qeyri-müəyyənliyidir. Universitetlərdən eyni zamanda tələb olunur ki, özünü maliyyələşdirsin, sosial missiyanı yerinə yetirsin, elmi tədqiqat aparsın, innovasiya yaratsın, təhsil haqlarını çox artırmasın. Lakin bunları həyata keçirmək üçün ayrıca innovasiya fondları, universitet qrantları, tədqiqat maliyyələşməsi, sənaye sifarişləri kifayət qədər inkişaf etməyib.

Göründüyü kmi sistem xarakterli ciddi problemlər var. Amma ETN sanki, bu problemləri görmür, həll yollarını dərk etmir, həll etməyə cəhdlər etmir, hər şeyi də öz axarına buraxıb. Menecerlər bu qədər xarici səfərlərdə olurlar, bəzən ayın 50% vaxtını işdə olmurlar. Heç olmasa, getdikləri ölkələrin təcrübəsini öyrənsinlər, təhlil etsinlər, uyğunlaşdırsınlar, tətbiq edib, universitetlərimizi durğunluqdan çıxarmağa cəhd etsinlər. Əks halda, bu turist səfərlərinin təhsilə nəfaydası olacaqdır?

ETN-nin elmi-intellektual potensialı zəif olduğu üçün bu problemləri həll edə bilmir.

Beləliklə, görürürk ki, cəmiyyətin narazılığı təhsil haqqının artmasında deyil. Əsas narazılıq budur ki, tələbə hər il daha çox pul ödəyir, amma təhsil sistemi, universitet onu daha yaxşı gələcəyə apara bilmir. Əgər universitet keyfiyyətli təhsil verirsə, əmək bazarına uyğun kadr hazırlayırsa, məzunun iş tapmaq ehtimalını artırırsa, onda yüksək təhsil haqqı müəyyən qədər əsaslandırıla bilər. Lakin təhsil haqqı artdığı halda məzunların məşğulluğu, elmi fəaliyyət, innovasiya və tədrisin keyfiyyəti eyni səviyyədə qalırsa, bu zaman problem artıq maliyyə deyil, ali təhsil sisteminin səmərəsizliyi və ictimai etimaf problemidir.

Məhz buna görə son illərdə dünyada universitetlərin uğuru daha çox "nə qədər tələbə qəbul etdin?" sualı ilə deyil, "məzunların həyatı və ölkənin inkişafı üçün nə qədər dəyər yaratdın?" sualı ilə ölçülməyə başlanmışdır. Bu yanaşma Azərbaycan ali təhsil sistemində də tədricən əsas meyara çevrilməlidir”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucovun məsələyə münasibəti belə oldu: “Universitetlərdə təhsil haqının qaldırılması və bunun fonunda keyfiyyətli təhsil, əmək bazarında məzunların özlərini reallaşdıra bilməmələri, nəticədə işsizlik problemləri ilə üzləşmələri Azərbaycanda ali təhsil sisteminin ən ciddi struktur böhranlarından biridir. Universitetlər qiymət artımını infilyasiya, kommunal xərclər, professor-müəllim heyətinin maaşlarının artırılması zərurəti ilə əsaslandırırlar. Əslində düşünürəm ki, universitetlərin tələbələrdən aslılığı yaxşı hal deyil. Ali məktəblərin əksəriyyəti özünü maliyyələşmə sistemində fəaliyyət göstərir və onların büdcəsi demək olar ki, tamamilə tələbələrin təhsil haqlarından formalaşır. Halbuki, universitetlərin büdcələri alternativ mənbələr hesabına da formalaşmalıdır. Alternativ mənbələr deyəndə burada startablar, elmi patentlər, koorparativ sifarişlər, elmi qrantlar nəzərdə tutulur. Amma bizim universitetlərin bu kimi alternativ mənbələrdən maliyyələşmə imkanları xeyli aşağıdır. Qiymət artımı xidmət keyfiyyətinin yüksəlməsi ilə deyil, sadəcə universitetlərin daxili xərclərinin qarşılanması mexanizmi kimi özünü ifadə edir. Burada nə baş verir? Tələbə və valideynlərin ən haqlı narazılığı ödənilən məbləğ qarşılığında alınan təhsilin səviyyəsidir. Bilirik ki, dünyanın nüfuzlu universitetlərinin böyük əksəriyyətində təhsil haqları çox yüksəkdir və onun qarşılığında tələbə keyfiyyətli təhsil alır. Amma Azərbaycanda isə bu münasibəti görmürük. Almaniyanın dövlət universitetlərində nəinki yerli tələbələr, hətta xarici tələbələr üçün təhsil tamamilə pulsuzdur. Azərbaycan universitetlərində təhsil haqları artırılsa da, auditoriyaların təchizatı, laboratoriyalar, texnoloji infrastruktur müasir standartlara təəssüf ki, cavab vermir. Eyni zamanda müasir proqramlar tətbiq olunmur. Əvvəlki köhnə məzmun, bütövlükdə əmək bazarı ilə mütanasiblik təşkil etməyən proqramlar, dərsliklər suallar doğurur. Tədris materialları sürətlə dəyişən qlobal rəqabət mühitinə uyğunlaşdırılmalıdır, amma biz bunu görmürük. Nəticədə tələbə müasir dünyada tətbiq olmayan nəzəri biliklərə böyük vəsait xərcləməli olur. Halbuki tələbələr nəzəri biliklərlə bərabər həm də praktiki bacarıqları universitetlərdə qazamalıdırlar. Universitetlər bunu təmin etmək imkanında deyillər. Haqlı sual doğulur, yaxşı, universitet bunu təmin edə bilmirsə nəyin əsasında qiymət artımına gedir? Əsas disbalans eyni zamanda təhsil sistemi ilə əmək bazarı arasında heç bir koordinasiyanın olmamasından qaynaqlanır. Sadəcə universitetlər bazarın real kadr tələbatını deyil, daha çox gəlir gətirən humanitar və prestijli ixtisasların qəbul planını şişirdirlər. Bizim universitetlər sanki o təəssüratı yaradırlar ki, burada oxuyan tələbə diplom xatirinə təhsil alır. Universitetlərin praktika çatışmazlığı əlbəttə, hiss olunur. Universitet dövründə real istehsalatda biznes mühiti ilə inteqrasiyası zəif olduğu üçün məzunlar diplom aldıqdan sonra şirkətlərin təcrübəli işçi tələbinə cavab verə bilmirlər və işsizlər ordusuna qoşulurlar. Yüksək təhsil haqqı istedadlı, lakin aztıəminatlı gənclərin keyfiyyətli təhsilə çıxışını məhdudlaşdırır. Dövlət tərəfindən verilən təhsil tələbə kreditləri müəyyən dərəcədə yükü azaltsa da, məzunun iş tapıb bu krediti geri ödəyə bilməməsi risqi gələcəkdə gənclər üzərində ciddi maliyyə aslılığı yaradır. Həmçinin mövcud vəziyyətdən çıxış yolları ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Bütövlükdə, universitetlər elmi araşdırmalar və startaplar layihələrindən gəlir əldə etməyi öyrənməlidirlər. Bununla maliyyə aslılığını yalnız tələbənin ödənişinə fokslamamalıdırlar”.

İ.Orucovun fikrincə, eyni zamanda universitetlələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx işləyərək əsas kvotaları real tələbata görə tənzimləməlidirlər və gələcəkdə ölkədə kadr disbalansı yaşanmamalıdır. Mütəxəssis hesab edir ki, təhsil haqlarının artırılması dövlət tərəfindən ciddi şəkildə keyfiyyət akkreditasiyası şərtinə bağlanmalıdır. “Yəni təhsil haqlarının artırılması keyfiyyətlə düz mütanasiblik təşkil etməlidir. Təhsil haqlarının bahalaşması yalnız cəmiyyət tərəfindən o halda normal qəbul edilə bilər ki, tələbə universiteti bitirdikdən sonra aldığı diplomla əmək bazarında özünə layiqli yer tapsın və qoyduğu investisiyanı geri qaytara bilsin. İndiki reallıqda isə bu artım daha çox sosial narazılıq yaradır və diplomlu işsizlərin sayını artıran bir faktora çevrilir”-deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - görüşmək istəyirsə, Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ