Cümə günü, 06 noyabr 2026
     

Azərbaycan dövlətçiliyinə qarşı XX əsrin əvvəlləri. (Dəyişilməyən) Açılan məkrli/davamlı siyasi-hərbi cəbhələr…

Image


Əzəli sərhədləri hüdudlarında Azərbaycanın inzibati-dövlətçiliyinə və xalqının milli-mədəni təfəkkür tərzinə qarşı çar Rusiyasının və dinsiz hay kilsəsinin yüzilliklərlə apardıqları təcavüzə, müştərək qəsdlərə, Cənubi Qafqazda Türk-Müsəlman qövmünün “hərbi” və “mədəni” soyqırımına yalnız…2023-cü il sentyabr ayının 19-20-ci günləri son qoyuldu, ilk dəfə olaraq dövlət sərhədlərimizin perimetri üçrəngli bayraq nişanları bəzədilmiş dirəklərlə mühafizə edildi, yad və murdar ləpirlər müqəddəs Şəhid qanları ilə təmizləndi…

Türk-Müsəlman dünyasının kökənli, dövlət, inzibati-idarəetmə ərazilərini XVI-XVIII əsrlərdə işğal etməklə formalaşan çar Rusiyasının xarici-qəsbkarlıq siyasətinin XX əsrin II-III onilliyində (1917-1922-ci illər) “bolşevik Rusiyası” adı ilə davam etdirilməsinin bariz nümunəsi Azərbaycan Xalq Cumhuriyyəti və Xalqına qarşı münasibətdə ifadə olunmuşdur. Rus hökmdarları İvan Qroznı (1530-1584), I Pyotr (1672-1725), II Yekaterina (1729-1796), I Nikolay (1796-1855), I Aleksandr (1818-1881), II Nikolay (1868-1918)…dövrlərində Sabir/Sibir və Türküstan diyarları, Cənubi Qafqazın və Şərqi Anadolunun “Türk dünyası coğrafiyası”na məxsus ərazilərinin qəsbi ilə bağlı qəbul edilən siyasi-hərbi istiqamət, dövlət siyasətini…V.İ.Lenin (1870-1924), İ.V.Stalin (1879-1953), S.Q.Şaumyan (1878-1918), P.A.Çaparidze (1880-1918), Q.K.Orconikidze (1886-1937), A.İ.Mikoyan (1895-1978)…kimi Türk-Müsəlman düşmənləri davam etdirmişlər…XX əsrin II onilliyində Azərbaycana münasibətdə bu “cəbhə xətti”nə Lenin-Saumyan-Stalin üçlüyü rəhbərlik etmişdir. Qısa zaman kəsiyi (23 aylıq)-Xalq Cumhuriyyəti dövründə də bu birlik susmamışdır, ortanı 27-ci daşnak A.Mikoyan əvəz etmişdir.

1917-ci ilin sonunda (V.Leninin “sağ əli” S.Şaumyan 1915-ci ildən rusların/bolşeviklərin Qafqaz bürosunun üzvü 1917-ci il 2 noyabrda Bakı şəhərində Sovet hakimiyyətinin qurulduğunu elan edir, dekabr ayında bu cəllad RSFSR-nın Qafqaz üzrə fövqəladə komissarı təyin edilir) Azərbaycan dövlətçiliyinin süqutu (Xəzərsahili ərazilərin, Abşeron yarımadasının, Kür-Araz ovalığının Rusiyaya birləşdirilməsi, Qarabağ və Qərbi Azərbaycan üzərində hay-daşnak idarəetmə sisteminin/üsulunun yaradılması, Naxçıvan diyarının Türkiyə Cumhuriyyətinə daxil edilməsi), xalqının əsarətdə saxlanılması məqsədi ilə bütün qüvvələrin Abşeron yarımadasında cəmləşdirilməsi əsas taktiki gedişlərdən biri olmuşdur, 1917-ci il martın 2-də II Nikolayın taxtdan əl çəkməsi ilə yanaşı Bakı şəhəri əsas mərkəzə çevrildiyindən, 1917-ci il 23-25 noyabr tarixlərində S.Şaumyan Tiflis şəhərində çıxışlarında bütün siyasi-hərbi qüvvəllərin Bakı şəhərinə köçürülməsini tələb etmişdir.

Çar Rusiyasının siyasətini “bolşevik” pərdəsi altında icra edən “inqilabçılar”, başda V.Lenin olmaqla 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi “İstiqlal bəyannaməsi”nin kağız parçası kimi qalacağını zənn edir, bu cür də qəbul edir, əsas hədəf Milli Dövlətin Tiflis şəhərindən kənara çıxmasına imkan verilməməsi idi. Təsadüfi deyil ki, Rusiya Dövlət Duması Milli mücadilə üzvlərinə açıq bildirmişdir ki, siz Bakı şəhərini paytaxt kimi görə bilməyəcəksiniz, ora ayaq basmayacaqsınız..

İlk növbədə Azərbaycan dövlətçiliyinə qarşı yönlənmiş bu ümumi düşmən səngərinin mərkəzləşmiş siyasi-hərbi təşkilatı kimi 1890-cı ildə Tiflis şəhərində yaradılmış “Daşnakstyun” partiyası əsas əlaqələndirici mərkəz olmaqla, hücum edəcək qüvvələrin təminatı rolunu oynamışdır, siyasi-hərbi məqsədin icrası üçün maliyyə mənbəyi isə Abşeron yarımadasının zəngin neft yataqlarının istismarından (əsas işçi qüvvəsi kimi yerli və cənublu Türk-Müsəlman əhalsindən istifadə olunmuşdur) hay mənşəli neft maqnatları (Abşeron yarımadasında istehsal edilən neftin yarıdan çoxuna sahiblənən və xarici bazara çıxaran A.İ.Mantaşyan (1842-1911), Xəzər dənizində həm də balıq vətəgələrinə yiyələnən S.Q.Lianosyan (1872-1941), Pavel, Abram və Arşak Qukasyan qardaşları, M.Adamyants (1843-1923), İvan, Daniyel və Lazar Mayılyan qardaşları....) idi, qazandıqları milyonlar qarət edilən milli sərvətimiz idi ki, sonda Dövlətşiliyimizə və Xalqımıza qarşı silaha çevrilmişdir....

Rus və gürcü inqilabçılarının himayəsi altında yetişən daşnak-hay dəstələrinin, eləcə də, Qarabağ haylarının Bakı şəhərində cəmləşdirilməsi ruslara/”bolşeviklərə” bir sıra məqsədlər üçün zəruri/yararlı idi:

-hərbi, inqilabi-siyasi hadisələrin Cənubi Qafqaz bölgəsi üzrə çaxələnməsində baş verəcək hərbi-münaqişə və cəbhə xəttinin məhz Türk-Müsəlman ərazilərində cəmləşməsi;

-bütün növ təchizatın Xəzər dənizi vasitəsi ilə həyata keçirilməsi;

-hərbi-siyasi qüvvələrin Azərbaycan üzrə paylanmasına əlverişli coğrafi məkan olması;

-Osmanlı Türkiyəsinin müdaxiləsinə rəğmən qüvvələrin səfərbər edilməsinin mümükünlüyü baxımından.

Azərbaycan dövlətçiliyinin xilası, Türk-Müsəlman xalqının soyqırım faciəsinin qarşısının alınması naminə döyüşlərə qoşulan 5-ci Qafqaz İslam ordusunun (məşhur sərkərdə, general-leytnant Nuru Əhməd bəy oğlu Killigil (1881-1949) başda olmaqla, 13 min nəfərlik hərbi heyətlə) qarşısına çıxarılan rus/bolşevik qüvvələrindən (Q.N.Korqanyan (1886-1918) və Q.K.Petrov (1892-1918)....dəstələri) əlavə ingilis generalı L.Ç.Denstervirin (1865-1946) qoşunu (3 tağım-1000 nəfərlik əsgər-zabit heyəti, 16 artilleriya qurğusu, zirehli maşınlar) ilə dəvəti və maliyyələşdirilməsi bu maqnatların xahişi və hesabına olmuşdur.

1918-ci ilin may ayından sonra birləşmiş düşmən qüvvələri Abşeron yarımadasına və Xəzər dənizi hövzəsinə ağqavardiyaçıları da yerləşdirmişdi (general Q.A.Dokuçayevun (1864-1922) və polkovnik L.F.Biçeraxovun (1882-1952) süvari partizan dəstələri), çünki, əsas məqsəd Azərbaycan Xalq Cumhiriyyətini süqutu, kökənli əhalinin qətliamı, Türk Ordusunun qarşısının alınması idi.

Silahlı hərbi qüvvələrin döyüş bacarığı I Dünya müharibəsinin Qafqaz cəbhəsində 1914-cü ilin payızında Tiflis şəhərində yaradılan “Daşnakstyun” silahlı dəstələri sayəsində mümkün olmuşdur. Belə ki, 27-ci Bakı komissarı A.Mikoyan 1914-cü ilin noyabr-1915-ci ilin may ayına kimi daşnak-hərbi qruplaşmanın tərkibində Xoy və Van cəbhəsində Osmanlı Türkiyəsinə qarşı döyüşlərdə iştirak etmiş, Tiflisə qayıtdıqdan sonra 1917-ci ilin mart ayında bolşeviklərin Qafqaz Diyar Komitəsinin üzvü (xarici ölkələrdən SSRİ-yə köçürülən hay sürüsünün təşkilatçısı) D.A.Şahverdiyanın (1822-1941) zəmanəti ilə Bakı şəhərinə, S.Şaumyanın sərəncamına göndərilib, həmin məktubdan qeydlər:

-Əzizim Stepan. Onu göndərirəm ki, daşnaklara qarşı mübarizədə ondan istifadə edə bilərsən, bacarıqlı gəncdir. Xahiş edirəm ona xüsusi diqqət yetirəsən..

Siyasi-xəfiyyə təhlükəsizliyi, hay xislətinin silinməz riyakarlığı və hiyləgərliyi nəzərə alınmaqla məktubda “daşnaklara” xitabının ünvanı kimi hansı etnik qövmə qarşı yönləndiyi heç bir çübhə doğumru.

1918-ci il, may ayında S.Şaumyanın göstərişi, Q.N.Korqanyan və Q.K.Petrovun rəhbərliyi, eləcə də, S.Lalayanın, A.Srvantszyanın, T.Amiryanın... bilavasitə iştirakı ilə Qırmızı Ordu və hay-daşnak silahlı dəstələri Abşeron yarımadasından 4 istiqamət üzrə (bu ərazilərdə yerli əhalini vahimədə saxlamaq, müqavimət qüvvələrində inamsızlıq ruhu yaratmaq və Türk-Müsavat Ordu birləşmələrinin yerli dayaqlarını sarsıtmaq...üçün) paylanır:

-Quba-Xaçmaz nahiyələrinə;

-Hacıqabul-Kürdəmir-Yevlax nahiyələri, Gəncə şəhərinə;

-Şamaxı-İsmayıllı-Göyçay...ərazilərinə;

-Salyan-Göytəpə-Lənkəran...qəzaları boyunca.

Qarabağ bölgəsində hay-daşnak qüvvələrinin cəmlənməsi və siyasi-hərbi üstünlüyə nail olmaları və kilsə nəzarətində, həmçinin A.Ozanyan və Q.Nijde himayəsinə arxayın olunduğu üşün oraya heç bir qüvvə göndərilməmişdir.

Ümumiyyətlə, 1918-ci ilin I yarısında rus-hay qüvvələrinin əsas vəzifəsi Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin fəaliyyətini Tiflis şəhərindəcə boğmaq olub...Məhz bu təhlükəni cismində və ruhunda hiss etdiyinə görə öndər M.Ə.Rəsulzadə (1884-1955) xarici işlər naziri M.C.Hacınskiyə (1875-1931) 06 may 1918-ci il tarixli məlumatında yazırdı:

-Əgər Bakı şəhərini ala bilməsək, hər şeyə son..Əlvida, Azərbaycan...

Milli mucadilə tariximizdə 1918-1920-ci illərdən sonrakı mərhələdə də rus bolşevikləri və daşnak-hay sürüsünün Türk-Müsəlman dünyasına, o cümlədən, Azərbaycan xalqına qarşı məkrli niyyətlərinin/siyasətinin elmi-nəzəri tədqiqi və təhlili vacib olduğu kimi, həm də zəruridir, çünki, 1920-1930-cu illər hakimiyyətində onlar artıq “dövlət quruculuğu və digər sahələrdə “fəaliyyət” göstərmişlər....

P.S. XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrin əsrin sonunda və XXI əsrin əvvəllərində təkrarlanamsı bir mistik-fəlsəfi dəyərə haqq qazandırır-səhvlər təkrara olunmamalı, milli-mənəvi təməl prinsipləri yad ünsürlərlə əvəz edilməməli, tarixi kerçəklik unudulmamlı və nəticə çıxarılmalı...dövlət və xalq birliyi müqəddəsləşdirilməli, sakral örtüyə bürünməlidir...Şəhidlərimizi Ruhu, Qazilərimizin Qüruru naminə....(Yazının hazırlanmasında həm də İ.M.Dubinski-Muxadzenin “Stepan Şaumyan” (1965) və A.V.Rubanovun “Anastas Mikoyan.Lenindən Kennediyə qədər” (2023) kitablarından da istifadə olunub)

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ