Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanın dövlətçilik tarixi – Xanlıqlar dövrü

Image


Azərbaycan ərazisində 20 yox 24 xanlıq olub

İstedadlı jurnalist İradə Sarıyeva “Cənubi Azərbaycanın sırf türk xanlıqları - fars-molla rejimi dövlətçilik ideyasını boğa bilməz...” (Bakı Xəbər. - 2023.- 11 yanvar. - № 4. - S. 11.) başlıqlı müsahibəsi mövzuya marağı artırdı və araşdırmalar nəticədə yeni tarixi faktların ortaya çıxmasına səbəb oldu.

İradə Sarıyevanın müsahibəsində və həmmüəllifi olduğum, 2018-ci ildə nəşr olunmuş “Azərbaycan tarixi” dərsliyində Azərbaycan ərazisində 20 xanlığın, 12 xanlığın şimalda, 8 xanlığın cənubda olduğunu qeyd etmişdim. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycan ərazisində 20 yox, 24 xanlıq mövcud olub. Bunlardan 12 -si şimal, 12-si cənubi Azərbaycan ərazisində fəaliyyət göstərib. Faktlara müraciət edək.

Azərbaycanın XVIII –XIX əsrlər tarixinə aid yazılan kitab və məqalələrdə feodal pəkandəliyi dövründə mövcud olmuş xanlıqların sayına aid məlumatlar müxtəlifdir. Bu günə qədər Azərbaycanın xanlıqlar dövrünə aid yazılmış kitab və məqalələrin əksəriyyətində xanlıların sayı 18 və 20 olduğu göstərilsə də tarixi tədqiqatların davam etdirilməsi sübut edir ki, xanlıqların sayı daha çoxdur. Etiraf etmək lazımdır ki, Azərbaycan ərazisində mövcud olmuş xanlıqların sayının dəqiqləşdirməsində və digər mövzularda yeni tədqiqatların, yeni fikirlərin orta çıxmasında tarixçilərlə yanaşı istedadlı jurnalistlərin də rolu əvəzsizdir. İstedadlı jurnalist İradə Sarıyeva da məhz belə jurnalistlərdəndir.

Prof. Tofiq Mustafazadənin 2005-ci ildə nəşr olunmuş “Quba xanlığı” kitabında 1747-ci ildə Nadir şah Əfşara sui-qəsddən sonra Azərbaycanda 20 müstəqil və yarımmüstəqil xanlıqların yaranması, 2011-ci ildə nəşr olunmuş “Azərbaycan xanlıqlarının qısa tarixi” kitabında isə “1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda 20-dək xırda irsi feodal monarxiyalar - xanlıqlar, həmçinin qonşu hakimlərdən asılı olan bir neçə sultanlıq meydana gəldiyi göstərilir. Burada aydın görünür ki, müəllifin bu iki kitabında da xanlıqların sayı fərqli qeyd olunub.

Ənvər Çingizoğlunun 2016-cı ildə nəşr olunmuş “Xalxal xanlığı”, “Marağa xanlığı”, “Qəzvin xanlığı”, 2017-ci ildə nəşr olunmuş “Urmiya xanlığı”, 2019-cu ildə nəşr olunmuş “Maku xanlığı” monoqrafiyaları xanlıqlarla bağlı tədqiqatların aktual olduğunu sübut edir. Bundan əlavə Qənbər Həsən oğlu Kərəminin 2016-ci ildə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Zəncan xanlığı” adlı dissertasiya yeni faktların ortaya çıxmasına səbəb oldu. Nəticədə məlum oldu ki, Azərbaycan ərazisində 12 -si şimalda, 12-si isə cənubda olmaqla 24 xanlıq fəaliyyət göstərib. Bunlar aşağıdakılardır:

Şimali Azərbaycan xanlıqları: Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığı, Şəki xanlığı, Şamaxı xanlığı, Cavad xanlığı, Salyan xanlığı, Talış xanlığı, Gəncə xanlığı, Qarabağ xanlığı, Naxçıvan xanlığı, İrəvan xanlığı.

Cənubi Azərbaycan xanlıqları: Urmiya xanlığı, Ərdəbil xanlığı, Marağa xanlığı, Maku xanlığı, Mərənd xanlığı, Qaradağ xanlığı, Qəzvin xanlığı, Sərab xanlığı, Təbriz xanlığı,Xalxal xanlığı, Xoy xanlığı, Zəncan xanlığı

Bu siyahıda yenilik ondan ibarətdir ki, əvvəllər nəşr olunmuş kitabların heç birində Mərənd xanlığı, Qəzvin xanlığı, Xalxal xanlığı və Zəncan xanlığı göstərilməyib. Cənubi Azərbaycan ərazisində mövcud olmuş bu 4 xanlıq haqqında Azərbaycan əhalisində heç bir məlumat olmayıb. Sual oluna bilər ki, xanlıqlarla bağlı bu araşdırmaların nə əhəmiyyəti var?

Yadda saxlamaq lazımdır ki, Azərbaycan ərazisində mövcud olmuş hər bir xanlıq, ərazisi, sərhədləri, bayrağı, hərbi qüvvəsi, hətta pul vahidi olmuş kiçik Azərbaycan dövlətləri hesab olunur. Ona görə bu qurumların tarixinin obyektib öyrənilməsinin dövlətçilik tariximizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq bizə yeni məlum olan 4 xanlıq haqqında oxuculara qısa məlumat verməyi məqsədəuyğun hesab edirik.

Mərənd xanlığı

Cənubi Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Təbriz və Marağadan sonra üçüncü böyük şəhəri olan Mərənd əyalətin şimal hissəsində yerləşir. 3286 kvadrat kilometr sahəsi olan Mərənd şəhəri (əyalət ərazisinin 7,2%-i) təbii gözəllikləri, münbit və məhsuldar torpaqları ilə məşhurdur. Mərənd cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Qaradağ mahalı ilə qonşudur.

Mərəndin adı yunan mənbələrində eramızdan əvvəl II əsrdə çəkilir və burada yaşayış məntəqəsi olduğu qeyd edilir. Tarixi mənbələrin verdiyi məlumata görə, Mərənd şəhəri madayların hakimiyyəti dövründə bir müddət mühüm inzibati mərkəz kimi istifadə edilib.

1747–1828-cı illər ərzində mövcud olan Mərənd xanlığı Azərbaycan tarixində özünəməxsus yeri ilə seçilir. Bu xanlıq şimaldan Gərgər mahalı, şərqdən Qaradağ xanlığı, cənubdan Təbriz xanlığı, qərbdən Xoy xanlığı ilə həmsərhəd idi. Xanlığın yaradıcısı Məhəmməd Rza xan idi. Məhəmmədrza xan Nadir şah Əvşarın ölümündən sonra Mərəndin hakimi olub. Mərənd xanlığına hakim olmaq uğrunda əslən Yekan mahalından olan Mir Qılınc Baba xanın törəmələri ilə Xoydan olan Dünbili elinin nümayəndələri mübarizə aparırdılar.

Qəzvin xanlığı

Qəzvin hakimi Pənah xan Əmmərlu çoxsaylı bir qoşun toplayaraq şahlıq həvəsinə düşmüşdü. İlk öncə Təbrizi alıb, paytaxt etmək istəyirdi. Qoşunla gəlib, Təbrizin 6 ağaclığında mövqe tutdu. Azad xan Əfqan Fətəli xan Araşlı-Avşara göstəriş verdi ki, 4 min nəfərlik qoşunla onu dəf etsin. Fətəli xanla döyüşdə Qəzvin xanı məğlub oldu.

Xanları -Pənah xan Əmmarlı (1747-1764), Rüstəm xan Əmmarlı (1764-1788),İbrahim xan Əmmarlı

Zəncan xanlığı

Zəncan xanlığın banisi Zülfüqar xan Əmirli-Avşar idi. Avşar elinin Əmirli oymağının Zəncan ətrafında böyük nüfuzu var idi. “Kitabi-məcməül-sultaniyyə”nin 370-ci səhifəsində yazılır: “Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər. Zülfüqar xan Əmirli-Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur”. “Gülşəni-murad”, “Rüstəmüttəvarix” və başqa kitablarda da onun haqqında məlumatlar verilib. Kitabların bir neçə yerində onun iqtidarı və qüdrətinə görə, “Alicah Zülfüqar xan”, “Sultan Zülfüqar xan Əmirli-Avşar”, “Xaqan” ünvanları ilə xatırlanıb. Zülfüqarilərin daxil olduğu əmirlilərin olduqları yer, Qoltuq qalası Zəncanın cənub yörəsində yerləşirdi.

Zülfüqar xan Kərim xan Zəndin ölümündən sonra qoşun çəkib Qəzvini tutdu. Şahlıq iddiasında idi. Əlimurad xanın hücumundan sonra Qəzvini buraxıb Zəncana qayıtdı. Zülfüqar xan Ağaməhəmməd xan Qovanlı-Qacarın qardaşı Cəfərqulu xanla vuruşub məğlub olmuşdu. Zülfüqar xan məğlub olub Xalxala getmiş, Xalxalın hakimi isə onu Əlimurad xana təhvil vermiş və 1780-ci ildə Zülfüqar xanı öldürmüşdü.

Zülfüqar xanın törəməsi Zülfiqari soyadını daşıyır. Xanları-Zülfüqar xan Əmirli-Avşar (1747–1780), Əli xan Zayirli-Avşar (1780–1782), Abdulla xan Usanlı-Avşar (1782–1797), Əmənulla xan Avşar (1797–1810)

Xalxal xanlığı

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfinə keçdi. Kərim xan onu Şiraza “fəxri qonaqlığa”aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi. Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralandı.

XVIII əsrin ortalarında Azərbaycanın şimal xanlıqlarından fərqli olaraq, cənub xanlıqları müstəqilliklərini daha tez itirmişdilər. Mərkəzi hakimiyyəti bərpa etmək uğrunda mübarizə aparan Qacarlar cənub xanlıqlarını öz ətrafında birləşdirdirlər. Rus-Qacar müharibələrinin nəticəsində şimal xanlıqlarının ərazisi isə çar Rusiyasının əsarəti altına düşdü.

MƏHƏRRƏM ZÜLFÜQARLI
t.ü.e.d, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ