Cümə günü, 06 noyabr 2026
     

“Sən hərbçi olacaqsan...”

Image


(Beşinci yazı)

(Esse)

İçindən qəfil bir səs qopdu: “Sən hərbçi olacaqsan...”. Azacıq diksinmiş kimi oldu, gözlərini divarın bir küncündə yerləşdirdiyi kuboka, üst-üstə yığdığı idman uğurlarına dikdi, sanki demək istədi ki, bəs bunlar? O, idmançı olmaq istəyirdi, vücudunda əsl idmançı görkəmi var idi. Uğurları da az deyildi. Duruxdu: “Bəs içimdəki səs? O səs Qeybdən gəldi axı... Ən yaxşısını Qeybin Sahibi bilir”. Yenə duruxdu, bu dəfə ayıq şəkildə duruxdu: “Mən idmançı olmaq istəyirdim...”. Vücudunda ağır möhnət kimi ilişib qalmış iki cəhdin qarşısında aciz qalmışdı. Anidən anasının səsi eşidildi:

- Çayın soyuyur, Vüsal. Gəl yeməyini ye.

Səhər idi. Günəş yenicə görünürdü. Havada seyrək buludlar da az deyildi. Nədənsə zənn etdi ki, yağış yağacaq...

Süfrə arxasına keçəndə hava qaraldı. Çayı soyumuşdu, bir-iki qurtum içib pəncərəyə yaxınlaşdı. Gözlərini qaralmaqda olan buludlara dikdi. Aradan kəpənək sürəti ilə beş, ya da on dəqiqə keçdi. Gur yağış başladı. Anasının səsi gəldi:

- Ay qızım, bayırdan paltarları yığ, bu dəqiqə hamısı islanacaq.

Yağış, bir anda ətrafda nə vardısa islatdı. Gur damcılar həyətdə sanki rəqs edirdi. Bu mənzərə Vüsalı səbəbsiz narahatçılıqlardan qurtara bilmədi. İçində sanki iki qüvvə qarşı-qarşıya durmuşdu; birinin dediyi o birinin boğazından keçmirdi. Nə edəcəkdi, bilmirdi. O gün yağış da çox çəkdi, onun içindəki qeylü-qal da. Kim nə dedisə, susdu. Ya hansısa qüvvə onu susmağa vadar edirdi, ya o, özü sanki and içmişdi ki, bu gün bir kəlmə də danışmayacaq. Heç evdən də çıxmadı. Evdəkilər də onu ovuclarının içi kimi tanıdıqları üçün üstünə çox getmədilər...

Axşam necə düşdü, səhər necə açıldı, bilmədi, bir qurtum çay içdi, bir tikə də çörək yedi, gözlərini inamsız şəkildə anasına dikib dedi:

- İmtahanın nəticəsini öyrənmək üçün gedirəm, mənə dua et.

Anası narahat baxışları ilə Vüsalı süzdü:

- Ay oğul, mən onsuz da sənə dua etmişəm, qorxma, inşallah, nəticən yaxşı olar.

Vüsal anasından sanki bu sözləri eşitmək üçün dayanmışdı, evdən ildırım sürəti ilə çıxdı. Akademiyaya qədər yolu səssiz, narahat və nizamsız şəkildə qət etdi. Təəssüf ki, ona şad xəbər vermədilər. Bu xəbər anidən oldu deyə, Vüsalı dərin bir üzüntü sardı. Geri qayıtdı. Evə qədər içindən yalnız bu səs ötdü: “Sən qəbul olunmamısan...”. Ağlamamışdı, ancaq gözləri şişmişdi. Anası onu bu halda görəndə pərişan oldu. Bildi ki, yaxşı xəbərlə qayıtmayıb. Dedi:

- Canın sağ olsun, bala, əsgərlikdən sonra sənədlərini yenə verərsən, gün birgünlük deyil ha.

Vüsal gözləri ilə anasına razılıq ifadə etdi, ancaq səssiz halda, yalnız özünün eşidə biləcəyi pıçıltı ilə dedi:

- Mən içimdəki səsə qulaq asacağam. – Bir neçə saniyə susdu, dedi: - Mən hərbçi olacağam...

Uşaq deyildi artıq, anlayırdı ki, Qeybdən eşitdiyi səs onu mütləq bir həqiqətə yönəldir...

Beləcə, Vüsalı hərbi xidmətə çağırdılar. Atası, anası, bacıları, qohum-əqrəba onu böyük sevgi ilə yola saldılar. Avtobus tərpənən anda anası dedi:

- Bax, qəti narahat olma, inşallah, hərbi xidmətini sağ-salamat başa vur, sonra yenə sənədlərini verərsən.

Vüsal bu dəfə, sadəcə, susdu. Çünki ürəyini içindən gələn səsə tabe etmişdi.

Avtobuslar hərbi xidmətə çağırılanları Vüsalqarışıq götürüb getdilər. Arxada boz-bulanıq tüstü, bir də anaların narahat baxışları qaldı.

Vüsal Naxçıvandakı N saylı hərbi hissədə xidmətə başladı. İlk gündən çevikliyi, fəallığı, nizam-intizamı ilə diqqət çəkdi. Hamının hörmətini qazandı. Komandanlıq dəfələrlə onun valideynlərinə təşəkkür dolu sözlər ünvanladılar...

Bir il yarım vaxt çox tez sürətlə keçdi. Vüsalda hərb sənətinə xüsusi bir istək yaranmışdı. Ona görə də hələ ordudan tərxis olunmamışdan valideynlərinə bildirdi ki, müddətdən artıq xidmətdə qalmaq istəyir. Nə atası, nə anası, nə bacıları, nə də qohum-əqrəba onun istəyinə qarşı çıxmadılar. Bilirdilər ki, Vüsal çox ağıllı oğlandır, əgər özü bir işə “hə” deyibsə, deməli, məsləhət budur. Hamı yalnız ona xeyir-dua verdi.

Vüsal hərbi təhsil aldı, çevik fəaliyyəti onun qorxmaz kəşfiyyatçı olmasına zəmin yaratdı. Komandanlıq ona gizir rütbəsi verdi. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətə başladı. Həm də kəskin nişançı – snayperçi idi. Bir gülləsi hədəfdən yayınmazdı. Dəfələrlə təlimlərdə bunu sübut etdi.

27 sentyabr 2020-ci ildə ermənilərin xaincə törətdikləri terrorlara cavab olaraq əks-hücum əməliyyatı – Vətən müharibəsi başlandı. Vüsal kəşfiyyatçı idi deyə onu hələlik müharibəyə cəlb etmədilər. Əslində, o, müharibədən daha ağır işlə məşğul idi; kəşfiyyat aparmaq, hər dəfə də ölümlə üz-üzə gəlmək, ermənilərin hərbi hədəflərini aşkar etmək və s. onu ciddi bir çöhrəyə qərq etmişdi. O, indi adi söz deyəndə belə, üz-gözündə ciddilik aşkar qabarırdı.

Xeyli vaxt idi torpaqlarımız uğrunda döyüşlər gedirdi. Vüsal isə hələ müharibə yanğısından kənarda qalmışdı. Dəfələrlə komandanlığa yazılı müraciət etdi. Hər dəfə də əlavə vaxt itkisinə yol verirdi.

Sonuncu müraciətində qəti şəkildə dedi ki, əgər məni müharibəyə aparmasanız, bütün xidmət qanunlarını pozub özüm döyüşlərə qatılacağam.

Vüsalı tanıyırdılar... Bu səbəbdən, onun sonuncu müraciətinə müsbət cavab verdilər. Beləliklə, o, Xocavənd və Şuşa rayonları uğrunda döyüşlərə qatıldı...

Vüsal snayperi ilə erməiləri canlı hədəfə alır, hər şəhid olan bir azərbaycanlı üçün beş erməni əsgərini canından edirdi. Erməni tərəf dəfələrlə onun bu çevikliyindən, sərrast atıcılığından təşvişə düşmüşdü. Döyüşlər zamanı məqsəd sanki onu vurmaq idi, çünki hər döyüş vaxtı üstünə beş-on snayperin tuşlandığını görürdü. Lakin bu hal onu qətiyyən qorxutmur, heç narahat da etmirdi.

Bir gün... Şuşa uğrunda gedən dəhşətli bir gün... Ermənilər döyüşlərdə Vüsalı snayperlə hədəfə ala bilməmişdilər. İndi onlar üçün sanki şans yaranmışdı, Vüsalı bu dəfə mərmi yağışına tutdular. Döyüş xeyli çəkdi, erməni tərəf çoxlu itki verdi. Elə bizim döyüşçülərdən də çoxu qəhrəmancasına şəhid oldu.

Və... Tahirovlar ailəsinə məşəqqət yaşadacaq qəfil bir an. Ermənilərin atdıqları mərmilərdən biri Vüsalın yanına düşdü. Mərmidən qopan böyük bir qəlpə onu başından ağır yaraladı. İlk dəqiqələr Vüsal heç nə hiss etmədi. Hətta özü təcili yardım maşınına oturdu. Başını sarıdılar. Ancaq az müddətdən sonra o, üzünü komandirinə tutub dedi:

- Yoldaş komandir, get-gedə gözlərim zəifləyir. - Anidən susdu və məyus halda dedi: - Bax, indi artıq heç nə görmürəm.

Komandir onu qorxuya salmamaq üçün dedi:

- Əlbəttə, görməzsən, Vüsal, mən sənin gözlərini sarımışam.

Vüsalın isə başı sarıqlı idi, gözləri yox...

Mərmi qəlpəsi Vüsalı ağır yaralayan gün noyabrın 8-i idi - 8 noyabr 2020-ci il idi. Həmin gün Azərbaycan Ordusu Qələbə elan etdi. Təəssüf ki, həmin gün Vüsal qələbədən xəbərsiz, koma vəziyyətində Bakıdakı xəstəxanalardan birinə yerləşdirildi...

Aradan bir neçə gün keçdi. Ailədəki narahatlıq atanı Müdafiə Nazirliyinə zəng vurmağa vadar etdi. Axtardığı əsgərin adını, soyadını və ata adını deyəndə, ona ehtiyatla bildirdilər ki, oğlunuz Əhmədli qəsəbəsindəki xəstəxanadadır. Nitqi tutuldu, qəfil evə qayıtdı. Ailə təlaşla Vüsala sarı şütüdü. Onu tapdılar; ancaq komada idi deyə onunla danışa, ağzından bir kəlmə eşidə bilmədilər...

Əlbəttə, ağır haldır, kim belə məşəqqətə dözər ki?

Ailəsi Vüsalı görmək üçün bir neçə dəfə xəstəxanaya gəldi. Fəqət hər dəfə də onu eyni vəziyyətdə gördülər.

Vüsala xidmət edən tibb bacılarından biri onun atasına dedi ki, oğlunuz buraya gətirilən ilk günlərdə ancaq “ata” deyirdi, “ata” deyə sayıqlayırdı...

Bax, indi Vüsalın atası alışdı, yandı, sinəsində göynəyən ahı-naləni bayıra tökdü. Onun yanğısına ətrafda kim vardısa, hamısı göynədi.

Qələbədən 8 gün sonra – noyabrın 16-da xəstəxanadan Tahirovlar ailəsinə zəng gəldi: “Oğlunuz şəhid oldu...”.

Bu xəbərə nə dağ dözərdi, nə daş, ancaq insan ürəyi dözdü...

Vüsalı II Fəxri xiyabanda torpağa tapşırdılar. Beləcə, vətəni canından artıq sevən qəhrəman bir oğulun Vətən hekayəsi sona yetdi.

İndi Vüsal təkcə bir ailənin deyil, Azərbaycan xalqının övladıdır. İndi onun məzarı nəsillərin ziyarətgahıdır. İndi onun müqəddəs ruhu səmalarda – bizim bilmədiyimiz, fərqinə vara bilməyəcəyimiz ucalıqlarda bərq vurur. İndi onun ikinci adı da var: Şəhid!

Qeyd: Bəlli oldu ki, içindən qopan səs nə üçün Vüsala “Sən hərbçi olacaqsan...” deyirmiş. Deməli, Allah onu seçilmiş bəndələrindən etmək fikrində imiş...

Sən ölməz hərbçi oldun, Vüsal. Adın gələndə ermənilər qorxudan pərən-pərən düşürdülər...

Gücünün, qətiyyətinin, Vətən sevginin qarşısında baş əyir, sənə sonsuz ehtiramımızı bildiririk!

Şəhid adın, şəhid andın mübarək!

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ