Cümə günü, 06 noyabr 2026
     

6 yaşlı uşaqla 15 yaşlının arasında cəmi 40 manat fərq - mühüm layihəyə kölgə salan nüans...

Image


Akif Nəsirli: “Müavinət məbləğləri arasında cəmi 40 manat fərqin olması müəyyən suallar yaradır”

Elçin Bayramlı: “Bu məbləğlərə yenidən baxılmalı, optimal bir mexanizm müəyyənləşməlidir”

Prezident İlham Əliyevin 2023-cü il iyulun 12-də imzaladığı qanunvericilik aktlarına əsasən, ölkəmizdə himayədar ailə institutu tətbiq edilir. Dünyada uşaqlara alternativ qayğı sahəsində geniş istifadə olunan "Himayədar ailə" modeli valideyn himayəsindən məhrum uşaqların müəyyən müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla ailə mühitində yaşamasını və inkişafını, qayğı ilə əhatə olunmasını təmin edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Agentliklə həmin uşaqları himayəyə götürənlər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır. Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır. Nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də edilir.

Göründüyü kimi himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Ödənilən məbləğ arasında cəmi 40 manat fərq var. Təbii, 14-15 yaşlı uşağı tələbatı, geyimi və sair 6 yaşlı uşaqdan fərqlidir.

Uşaqların himayədar ailələlərə verilməsi yaxşı təcrübədi. Amma ailələrə ödənişlə bağlı məsələnin dəyişdirilməsi, məbləğin artırılması müzakirə olunmalı məsələdir. Bu məsələnin müzakirəsi gözlənilə bilərmi? 40 manat fərq nə qədər doğrudur? Təcrübə özü yaxşıdır, amma ödənişdəki cüzi fərq suallar doğurur. Bu fərqi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, ailə əsaslı himayə modelinin tətbiqi uşaqların institusional müəssisələrdə deyil, ailə mühitində böyüməsi baxımından müsbət və müasir yanaşmadır. O qeyd etdi ki, bu təcrübə uşaqların sosiallaşmasına, psixoloji inkişafına və cəmiyyətə inteqrasiyasına daha çox töhfə verir.

“Lakin müavinət məbləğləri arasında cəmi 40 manat fərqin olması müəyyən suallar yaradır. Çünki yaş artdıqca uşaqların qidalanma, geyim, təhsil, nəqliyyat və digər gündəlik xərcləri də artır. Xüsusilə yeniyetmə yaşlarında bu tələbatlar daha yüksək olur və ailələrin üzərinə düşən maliyyə yükü artır.

Bu baxımdan gələcəkdə müavinət məbləğlərinə yenidən baxılması və yaş qrupları üzrə fərqlərin daha real ehtiyaclara uyğun müəyyənləşdirilməsi məqsədəuyğun görünür”.

A.Nəsirlinin sözlərinə görə, bunun üçün aidiyyəti qurumlar uşaqların müxtəlif yaş dövrlərindəki xərclərini təhlil etməli, inflyasiya və yaşayış minimumu kimi amilləri nəzərə almalıdırlar: “Müavinətlərin artırılması və ya yaş qrupları arasında fərqin genişləndirilməsi həm himayəçi ailələrin maddi yükünü azalda, həm də daha çox ailənin bu prosesə qoşulmasını təşviq edə bilər. Buna görə də mövcud məbləğlərin dövri şəkildə yenilənməsi və ehtiyaclara uyğunlaşdırılması vacib məsələlərdən biri kimi qiymətləndirilə bilər”.

Sosial-iqtisadi sahə üzrə ekspert Elçin Bayramlı da bizimlə söhbətində bildirdi ki,

uşaqların internatlara verilməsindənsə, ailələrin himayəsəsinə verilməsi daha doğrudur. “Bu uşağın sağlam böyüməsi, ailə mühitində qayğıyla daha yaxşı əhatə, cəmiyyətə daha yaxşı adaptasiya olunması baxımından hər tərəfdən yaxşı bir addımdır. Bununla bağlı dövlətimiz ailələrə müəyyən ödənişlər də edir.

Yaşayış minimumundan yuxarı məbləğdir. Yaşayış minimumu uşaqlar üçün hardasa 300 manat civarındadır. Amma buradakı ödənişlər ondan təxminən 50, 70, 90 manat civarında artıqdır. Bu yaş kateqoriyalarına görədir. Amma burada problem fərq məsələsindədir. Məlum olduğu kimi, uşaqlar böyüdükcə onların xərcləri daha da artır. Beş-altı yaşlı uşaqla on beş, on altı yaşlı uşağın xərcləri arasında fərq böyükdür. Burada müəyyənləşmiş məbləğdə fərq yaş kateqoriyalarına görə 5-10 faizdir. Amma real fərq bu qədər deyil. 5-10 faiz deyil, ən azı 50 faizdir. Ona görə də 6 yaşadək olan uşaqlara verilən məbləğdən 10-15, 15-16 yaşda olan uşaqlara verilən məbləğ 50 faiz artıq olmalıdır. Yəni azyaşlı uşağa tutaq ki, 355 manat verilirsə, 15, 16 yaşlı uşağa təxminən 450-500 manat verilsə, daha düzgün olar. Çünki burada fərq 30-40 manatdır. Halbuki 10-12 yaş arada fərq var və xərclər də təbii ki, daha da çoxalır. Bu baxımdan bu məbləğlərə yenidən baxılmalı, optimal bir mexanizm müəyyənləşməlidir. Yaş fərqlərinə görə xərclər düzgün hesablanmalıdır. Elə bir sistem qurulmalıdır ki, uşağın normal şərtlərdə böyüməsini təmin edəcək qədər vəsait ödənsin. Dediyim kimi, körpə uşağın həm istər qidalanması, həm paltarı, həm digər xərcləri daha azdır. Nəinki on dörd, on beş, on altı, on yeddi yaşlı uşaqların artıq həm təhsil hazırlıq xərcləri, həm qidalanmada xərci artıqdır, həm geyimlərdə artıq xərc artıq olur. Olar bu uşaqlar artıq müəyyən bir idman yaradıcılıq mərkəzlərinə üzv olmalıdır, getməlidir valideyn tərəfindən. Bu da aylıq xərci var. Yəni ümumən götürdükdə haradasa bəlkə də iki dəfə çoxdur bu xərc, amma heç olmasa əlli faiz qədərində fərq qoyulmalıdır. İndiki fərq isə beş-on faiz civarındadır. Bu adekvat deyil, optimal deyil. Bu baxımdan hesab edirəm ki, bu yenidən qiymətləndirilməlidir”.

E.Bayramlı qeyd etdi ki, yaşlara görə məbləğlər arasında fərqlər real uşaqların yaşına görə real xərclərlə mütənasib olmalıdır. E.Bayramlının sözlərinə görə, bu elə hesablanmalıdır ki, aşağı yaşlı uşaqla yuxarı yaşlı uşaq arasındakı xərc fərqləri daha düzgün müəyyən olunsun. “Belə olarsa, uşaqların böyüdülməsi məsələsində himayəçi ailələrə az yük düşər. Onlar həmin məbləğlə uşağın xərclərini daha düzgün formada ödəyə bilər. Hesab edirəm ki, buna baxılmalıdır və fərqlər, məbləğlər yenidən müəyyənləşdirilməlidir”-deyə E.Bayramlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ