Cümə günü, 02 oktyabr 2026
     

Gənc nəsil Azərbaycanı dünyada daha uğurla təmsil etməyə başlayır

Image


Müasir dövrdə hər bir xalqın öz kimliyini qoruyub saxlaması və gələcək nəsillərə ötürməsi üçün ən vacib məsələlərdən biri gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin möhkəmləndirilməsidir.

Milli kimlik yalnız tarix və mədəniyyətlə bağlı bilgilərdən ibarət deyil, eyni zamanda mənəvi dəyərlərə, dilə, adət-ənənələrə və dövlətçilik düşüncəsinə söykənir. Gənc nəslin düzgün istiqamətləndirilməsi həm cəmiyyətin gələcək inkişafı, həm də milli dövlətçilik ideyalarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Diaspor Gənclərinin VI Yay Düşərgəsi vətənpərvərlik hisslərinin tərbiyəsində müstəsna önəmə malikdir

Yuxarıda qeyd olunanlar fonunda müvafiq dövlət qurumları tərəfindən zəruri addımlar atılır. Bu günlərdə baş tutan, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi qeyd edilənlərin real nümunələrindən biridir.

Xatırladaq ki, düşərgə avqustun 3-dən 9-dək Xankəndi şəhərində keçirilib.

Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıb. Düşərgənin proqramı da olduqca zəngin olub. İştirakçılar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alıblar, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşüblər, Qarabağla daha yaxından tanış olublar, Ana dili dərslərinə, əyləncəli proqramlara və intellektual oyunlara qatılmaq tədbirin əsas məqamları sırasında yer alıb.

Xankəndi şəhərindən böyük təəssüratla ayrılan düşərgə iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya azərbaycanlı gəncləri ilə bir araya gəldiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu layihənin uzunömürlü olmasını arzulayıblar. Gənclər Qarabağın işğalı, müharibə və postmüharibə dövrü ilə bağlı müfəssəl məlumat almaq, işğaldan azad olunan ərazilərə həyatın yenidən qayıtdığını, regionda sülh və ədalətin bərpasını müşahidə etmək üçün düşərgənin böyük fürsət olduğunu dilə gətiriblər. Tədbirlə bağlı təssərüatlar da yükəsk olub. Məsələn, akademik Misir Mərdanov qeyd edib: “"Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak etmək 79 illik ömrümün ən yaddaqalan günlərindən biri oldu. Bu, Azərbaycan mədəniyyətini, həqiqətlərini dünyaya çatdırmaq istiqamətində çox ciddi görüş idi. Bu gün ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələrlə əlaqələri daha da yaxşı qurmaq üçün imkanlarımız çoxdur. Bu düşərgədə bir daha əmin oldum ki, xaricdə faydalı və savadlı yeni nəsil formalaşır”. Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universitetinin professoru Cahangir Novruzov isə bildirib: "Gənclərin Azərbaycan dilini bilmə səviyyəsinin xeyli yüksəldiyini aydın şəkildə gördüm. Bu, mənim üçün böyük sevincdir. Diasporumuzun bu təşəbbüsünü ürəkdən alqışlayıram. Hətta anaları azərbaycanlı, ataları xarici vətəndaş olan uşaqlarımız belə, dilimizi gözəl danışırlar. Əminəm ki, xaricdə doğulan uşaqlarımız öz kimliyini və mənliyini qoruyaraq Azərbaycan mədəniyyətini və dilini yaşadacaq, onu dünyada yayacaqlar". Ümumiyyətlə, bu qəbildən olan rəylərin sayı yetrincə çoxdur. Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir. Bu günə kimi Düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

Gənclərin ideoloji cəhətdən zənginləşmələrinə xidmət edən tədbir…

O da faktdır ki, milli mənlik şüuru dedikdə gənclərin öz milli kimliyini dərk etməsi, xalqına mənsubiyyət hissi və tarixi köklərinə bağlılığı nəzərdə tutulur. Bu şüur formalaşmadıqda gənc öz kökünü, kimliyini itirə bilər. Ona görə də ailədə, məktəbdə və ictimai mühitdə gənclərə milli dəyərlərin aşılanması əsas vəzifələrdən biridir. Yuxarıda barəsində bəhs olunan Diaspor Gənclərinin Yay Düşərgəsi həm də buna xidmət edir.

Azərbaycan gənclərinin son illərdə Qarabağ uğrunda göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın azad edilməsi naminə canlarından keçməsi vətənpərvərlik tərbiyəsinin ən parlaq nümunəsidir. Bu qəhrəmanlıq nümunələrinin gənclərə çatdırılması, onların yaddaşında daim canlı saxlanılması gələcək nəsillərdə də vətən sevgisini gücləndirir. Diaspor Gənclərinin Yay Düşərgəsində gənclərin iştirakı bu məqama da hesablanıb. O da faktdır ki, bu aksiyanın dünyanın ayrı-ayrı ölkəsində yaşayan gənc soydaşlarımızın ideoloji cəhətdən zənginləşmələri üçün əvəzsiz xidmətdir. Dünya şöhrətli fotojurnalist Reza Deqati bu fonda qeyd edir: “Bu gəncləri görəndə elə bilirəm dünya ölkələri bir-biri ilə birləşib. Gənclər çox şeyləri ürəkdən öyrənmək istəyir, ürəkdən sual verirlər”. Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev isə qeyd edir: “Gənclər bu düşərgələrdə vətənə daha çox bağlanırlar, vətəni daha çox sevirlər. Əminəm ki, bu gənclər ölkəmizə faydalı nəsil olaraq yetişəcək. Diaspor Komitəsinin bu layihəsi çox faydalıdır. İnanıram ki, xaricdə güclü Azərbaycan diasporu formalaşır”. Faktdır ki, milli mənlik şüuru və vətənpərvərlik yalnız nəzəri biliklərlə məhdudlaşmamalıdır. Gənclər cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etməli, dövlətin inkişafına öz töhfəsini verməlidirlər. Könüllülük hərəkatlarında, sosial layihələrdə və beynəlxalq tədbirlərdə fəal iştirak edən gənclər həm öz milli kimliklərini nümayiş etdirir, həm də ölkələrinin dünyada tanınmasına kömək edirlər. Diaspor Gənclərinin Yay Düşərgəsi bu mənada da böyük önəm kəsb edir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin, cəmiyyətin və ailənin birgə səyləri nəticəsində mümkün ola bilər. Gənclər xalqın gələcəyidir və onların milli ruhda yetişməsi Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və inkişaf yolunun təminatçısıdır. Milli mənlik şüuru və vətənpərvərlik sadəcə tarixdə və keçmişdə qalmamalı, gündəlik həyatın bir hissəsinə çevrilməlidir. Yalnız bu halda gənclərimiz həm öz milli kimliyini qoruyacaq, həm də müasir dünyada Azərbaycanı ləyaqətlə təmsil edəcəklər. Diaspor Gənclərinin Yay Düşərgəsi kimi tədbirlərə bu fonda da zərurət yüksəkdir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ