Cümə günü, 02 oktyabr 2026
     

Yaralansa da, hospitala getmədi, vuruşdu və... Qubalı şəhid Mehdi Murtuzov...

Image


Muxtar Murtuzov: “Mehdinin itkin düşməsi barədə xəbərlər bir qədər bizi ümüdləndirmişdi, sağ olduğuna inanırdıq, amma 52 gündən sonra...”

Yolu uca zirvəyədir
Yol ver ellər, şəhid gəlir.
Arzuları qana dönüb-
İllər, yol ver, şəhid gəlir...

Dağlar biçimdə idi igid Mehdi, indi anasının sinəsində oğul dağı kimi yaşayır, atasının ürəyinin qubarında binə qurub. Mehdi kimi yüzlərlə Vətən oğlunun yolu, amalı bir olub - Vətən torpağını düşmən işğalından azad etmək. Torpaqları azad etdilər, özləri də o torpaqları əbədiyyən qorumaq üçün şəhid olub torpağın qoynuna çəkildilər.

1997-ci il iyul ayının 10-da igidlər oylağı Qubanın qədim Alpan kəndində dünyaya göz açan Murtuzov Mehdi Muxtar oğlu şəhid olsa da, özündən çox silinməz izlər qoyub.

Mehdinin atası Muxtar Murtuzovla Qubada ezamiyyətdə olarkən tanış olduq. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Zəfər tarixi” kitabının II-III cildlərinin Qubadakı təqdimat mərasiminə Muxtar ata da gəlmişdi.

Muxtar Murtuzov dedi ki, Mehdini kənddə hamı xeyirxah, istiqanlı, mehriban, gülərüz, tərbiyəli bir oğul kimi tanıyıb, o zamanlar sadəcə bir kənd uşağı idi Mehdi. Amma Vətən müharibəsindən sonra Mehdi alpanlıların qəhrəmanına çevrilib. “Vətən müharibəsi başladıqdan və ən ağır döyüş əməliyyatlarından sonra onu daha çox adam tanıdı, kənd camaatı oğlumla fəxr etdi. Demək istəyirəm ki, o, şəhidlik zirvəsinə yüksəlməklə daha çox insana tanıtdı özünü. Artıq o bir kəndin oğlu deyil, bütün Azərbaycanın oğlu oldu”.

2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinfinə qəbul edilib, 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi-Elektrik ixtisasına qəbul olunub, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirib. Murtuzov Mehdi iyul ayının 10-da - doğum günündə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb və Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olub. Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanıb, bir neçə dəfə qüsursuz və nümunəvi xidmətinə görə təltif edilib. Hərbi xidməti bitirdikdən sonra müsbət xasiyyətnamə və təşəkkürnamə alıb. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunub.

“Onun şəhid olacağını və səsini bir daha eşitməyəcəyimizi düşünmürdük”

Sadə bir kəndli ailəsində böyüyən Mehdinin uşaqlıq arzusu idi hərbçi olmaq. “Məktəbdə oxuduğu illərdən hərbiçi olmağı qarşısına məqsəd qoymuşdu. Arzusu, böyüyəndə hərbiçi olmaq idi”-deyə ata bildirdi.

Təbii ki, bu onda vətənpərvərlik hissinin yüksək olmasından xəbər verirdi. Əsgərlik illərində Mehdi özündən söz etdirməyi bacaran nümunəvi əsgər olub. Onun xidməti xasiyyətnaməsində yazılıb: “Fiziki cəhətdən sağlam, mənəviyyatca safdır”. Bəli Mehdi belə oğul idi və Vətən müharibəsində haqq etdiyi zirvəni, Şəhidlik zirvəsini fəth etdi.

Ata bildirir ki, oğlu hərbi xıdmətini başa vurduqdan sonra Bakı şəhərində bir neçə şirkətdə çalışıb, işlədiyi müddətdə işgüzarlığı, səmimiyyəti və mehribanlığı ilə kollektivin böyük hörmət və rəğbətini qazanıb. “Əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə yaranmış marağı onu yenidən Ordu sıralarına qaytarır. Mehdi 2020-ci ilin yanvar ayında yenidən xidmət etmək istəyi ilə əlaqədar Orduya müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) kimi Daşkəsən rayonundakı N saylı hərbi hissəyə xidmətə göndərirlər”.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə yollanır. “Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi 29 sentyabrda qolundan yaralanır. Yaralanmasına baxmayaraq hospitala getmir və öz təkidi ilə onu yenidən döyüşlərə cəlb edirlər. Oktyabr ayının 1-də danışdıq və Mehdi yarasının çox ciddi olmadığını bildirdi. Xoş əhval-ruhiyədə idi. Həmişəki kimi zarafatlarından da qalmırdı. Mənə dedi ki, ata, Zəfər tezliklə bizim olacaq. Onun zəngi bizə toxtaqlıq versə də ürəyimizdə narahatlıq var idi. Amma onun şəhid olacağını və səsini bir daha eşitməyəcəyimizi düşünmürdük. Mehdi mərd oğul idi. O, belə tezliklə bizləri tərk etməməli idi.

Sonuncu danışığımızdan sonra Mehdidən bir xəbər ala bilmədik. İlk günlər bunu döyüşlərin getdiyi ərazilərdə rabitənin zəif olması ilə əlaqələndirsək də, daha sonradan narahatlığımız artmağa başladı.

Mehdinin itkin düşməsi barədə xəbərlər bir qədər bizi ümüdləndirmişdi, sağ olduğuna inanırdıq, amma 52 gündən sonra - 23 noyabrda bizə bildirəndə ki, Mehdi şəhid olub, qol-qanadımız qırıldı. Yeganə təskinliyimiz onun şəhid olmasıdır”.

Oktyabrin 2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər Mehdinin son döyüşü oldu, oğlum həmin döyüşdə düşmən gülləsindən özünü müdafiə edə bilmədi və qəhrəmancasına şəhid oldu. Qızğın döyüşlərin getməsi səbəbindən uzun müddət Mehdinin nəşini ərazidən götürmək mümkün olmadı, hətta onun itkin düşməsi barədə də məlumat verirdilər. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları Mehdinin nəşini aşkarladılar və 23 noyabr 2020-ci ildə döyüş bölgəsindən çıxarmağa nail oldular.

Şəhid Mehdi noyabrın 24-də doğulub böyüdüyü Alpan kəndində - Subaba qəbiristanlığında dəfn edilib.

“Ailəmizin ilk övladı olan Mehdi çılğın təbiətli bir oğul idi. Səmimiliyi və işgüzarlığı onun müsbət cəhətlərindən idi. Elə buna görə də Mehdi düşdüyü hər bir kollektivə tez bir zamanda uyğunlaşa bilirdi və hər kəsin rəğbətini qazanırdı.

Dediyim kimi, uşaq yaşlarından Mehdinin hərbiyə marağı var idi. O, hərbçi olmaq istəyini əsgəri xidmətini başa vurduqdan sonra da bildirdi. Onu bu yolundan döndərməyə çalışsaq da, o, sonda öz istəyinə nail oldu”-deyə ata bildirdi.

Mehdi ilə bağlı anası Aynur Murtuzovanın dedikləri: “Onun haqqında keçmiş zamanda danışmaq bir ana üçün çox çətin və acıdır. Buna baxmayaraq mən fəxr edirəm ki, oğlum Mehdi Vətən torpaqları uğrunda şəhid olub. Mən fəxr edirəm ki, şəhid anasıyam.

Sonuncu dəfə oktyabrın 1-də Mehdi atasına zəng etmişdi. Sanki ürəyinə dammışdı ki, bu onun sonuncu zəngi olacaq. Hamımız onunla danışdıq. Mənə dedi ki, ana, narahat olma. Sən əsgərlərimiz üçün, mənim üçün dua et. Allah anaların dualarını daha tez eşidir. Əgər mənə nəsə olsa mənimlə fəxr et, başını dik tut.

Mehdi şəhid olmaqla, adi bir oğul, mənim və atasının oğlu olmaq statusundan Vətənin oğlu olmaq statusuna yüksəldi. İndi biz hamımız onunla fəxr edirik”.

Bacısı Murtuzova Ayşənin dedikləri: “Qardaşımın yoxluğu ilə barışa bilmirəm. Onunla bağlı arzularım cox idi. Mehdi mənim üçün tək qardaş yox həm də dostum-sirdaşım idi. O mənim hər zaman qəhrəman qardaşım olub. Onunla bağlı xatirələrim çoxdur. Hər gecə yuxuma girir qardaşım. Deyir ki, sən mənimlə fəxr etməlisən. Hər kəsə nəsib olmur Şəhid bacısı olmaq. Mən də imkanım olduqca əlimdən gələni edəcəm ki, qardaşım unudulmasın. Mehdi bizim Vətənimiz uğrunda şəhid olub. Biz onu xatirələrimizdə yaşatmalıyıq”.

Mehdinin arzularından biri də kiçik qardaşını zabit kimi xidmət edən görmək olub. Onun qardaşı Elmir Murtuzov hazırda hərbi təhsil alır, gələcəyin zabiti olacaq. O, qardaşının yoxluğu ilə heç cür barışa bilmədiyini deyir: “Sanki arxa-dayağım, qolum-qanadım sinıb. O hər zaman qəlbimdə yaşayacaq... Onunla bağlı xatirələrim, arzularım çoxdur...

Bizim qəhrəman əsgərlərimiz Mehdinin qisasını mənfur düşmənlərimizdən almaqla bu qisası onun qardaşına saxlamadılar. Eşq olsun bizim əsgərlərimizə!”

Murtuzovlar ailəsinin ilki bu gün bütün Azərbaycanın fəxr etdiyi, qürur duyduğu oğuldur. Şəhidlər ölmür, bəli, onlar əbədi dirilər kimi göyün yeddinci qatında bərqərar olublar.

Analar nə qədər ağlasalar da, oğullarının Vətən yolunda şəhid olmağından təsəlli alırlar…Atalar nə qədər qubarlansalar da bir igidin atası olmaları ilə fəxr edirlər…

Qubanın Alpan kəndinin yetirməsi Murtuzov Mehdi Muxtar oğlu əbədiyyən xalqımızın qəlbində yaşayacaq…

İradə SARIYEVA
Quba-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ