Cümə axşamı günü, 13 avqust 2026
     

Yas-mərasim adətlərimiz necə və kimlər tərəfindən əcaibləşdirilir?..

Image


Azərbaycanda milli-mənəvi dəyərlər sisteminə zərbə vurmaqda olan qüvvələr bununla nə qədər səhv etdiklərini anlamaq əvəzinə, "işlərini" davam etdirirlər. Xalqın qədimliyi onun tarixi, milli dəyərləri, adət və ənənələri ilə ölçülür. Bizim çox qədim adət və ənənələrimiz var ki, onlardan da biri hazırda əcaib şəklə salınan yas adətləridir.

Yas adətlərimiz tamamilə təhrif edilib, öz kökündən, mahiyyətindən uzaqlaşdırılmağa sürüklənir. Təbii, burda maraqlı qüvvələr var.

Ekspertlər deyir ki, milli-mənəvi dəyərlərimizin, ailə məişətinin tərkib hissələrindən biri də yas və dəfn mərasimləri hesab edilir. Lakin bu gün yas və dəfn mərasimləri öz məzmun və mahiyyətini itirib, formasını dəyişib. Bəs qədim tariximizdə bu mərasimlər necə icra olunub?

Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda dəfn adətləri çox qədim tarixə malikdir. Arxeoloji qazıntılar ölkəmizdə 8 tip qəbir abidəsinin olduğunu müəyyənləşdirib. Bu qəbir tipləri sadə torpaq, quyu, təknə, taxta qutu, daş qutu, katakomba, çiy kərpic və küp qəbirlərindən ibarət olub.

Məlum olduğu kimi, VII əsrin ortalarında ərəblərin Azərbaycana hücumu və Azərbaycanın ərəb xilafətinin təsiri altına düşməsi burada islam dininin möhkəmlənməsinə səbəb olub. Azərbaycanda islamla bağlı adət-ənənələr, eləcə də dəfn adətləri meydana gəlib. Yas və dəfn mərasimi müsəlman mərasimləri arasında ən arxaik, bununla yanaşı islamdan əvvəlki bütpərəstlik ənənələrinin bir çox əlamətlərini özündə saxlayan mərasim hesab edilir.

Bölgələrdə yas və dəfn mərasimləri müxtəlif ayin və yozumlarla, adət və ənənələrlə müşayiət olunub. Ölü düşən evdə qadınlar üzlərini cırır, dizlərini və sinələrini yumruqla döyərək uca səslə qışqırırdılar. Cavan qadınlar və qızlar saçlarını dağıdaraq ölünün üstünə yolub tökürdülər. Gur səsli bir qadın ucadan "şaxsey-vaxsey" qışqırır, bununla da mərasimi ələ alır, yerdə qalan qadınlar isə ona səs verirdilər. Mərhumu qəbiristanlığa aparanadək bu ayin icra olunur, arada isə ağılar söylənilirdi. Qadınlar bir-birinin ardınca ağılar deyir və dizlərini döyürdülər. Mərhumu qəbiristanlığa apararkən də qadınlar cənazənin qarşısında gedir, "şaxsey-vaxsey" ayini qəbiristanlığa qədər davam edirdi. Mərhum qəbirə qoyulduqdan sonra da bir müddət "şaxsey-vaxsey" deyilirdi.

Bu ayin qədim tarixə malikdir. Bunu "Kitabi-Dədə Qorqud" dastanında da izləmək mümkündür. Dastanın "Salur Qazanın evinin yağmalanması boyu"nda bu ayin belə təsvir edilib: "Burla xatun boynilə qulağın aldı, düşdi. Güz alması kibi al yanağını tutdu, yırtdı. Qarğu kibi qara saçını yoldı. "Oğul!", "Oğul!" deyübən zarılıq qıldı, ağladı". Buradan göründüyü kimi, Burla xatun oğlunun öldürüləcəyini eşidəndə üzünü cıraraq, saçlarını yolur.

Folklorşünas B.Abdulla bu ayini "şivən"- yas mərasiminin ilkin ayini hesab edərək yazır: "Şivən əsasən, ölüm baş verdiyi andan ölünün dəfn üçün evdən çıxarıldığı vaxtacan davam edir. Ölən üçün təsiredici, yanıqlı sözlər, oxşamalarla hönkür-hönkür ağlamaq, üz cırmaq, saç yolmaq kimi xüsusiyyətlər şivənin əsas əlamətlərindəndir".

"Şaxsey-vaxsey" - şivən ayini aşağıdakı kimi icra olunurdu: qadınlardın bir nəfər 3 dəfə gur səslə: "Şaxsey-vaxsey" - deyərək qışqırır, yerdəkilər isə eyni sözlərlə ona cavab verirdilər. Sonra həmin qadın: "Ya, Əli!" Yerdəkilər: "Mədət!" Həmin qadın: "İmam!" Yerdəkilər: "Şəhid!" Həmin qadın: "Yaralı!" Yerdəkilər: "Hüseyn!" Həmin qadın: "Susuz!" Yerdəkilər: "Hüseyn!" Həmin qadın: "Həsən!" Yerdəkilər: "Hüseyn!"

Sonra səs tonu bir az alçaldılır, ağı şəklində belə bayatılar söylənilirdi.

Bu, keçmişə qısa səyahət idi, göründüyü kimi burda ehsan anlayışı yoxdur, yas tutmaq ənənəsi var. Bu ehsan məsələsi yas mərasimlərinə sonradan yamaq olunub. Çünki belə olmasaydı, bu barədə əski mənbələrdə ən azından işarələr olardı.

Yas mərasimini əcaib formaya salanlar...

Bugünkü yas mərasimlərimizi əcaib formaya salanların başlıcası mollalar, bəzi dini təhrif edən işbazlar olduğu məlumdur. O da məlumdur ki, bu gün saysız mərasim evləri, məscidlərə bağlı zallar, QMİ-nin Təzə Pir məscidi və sair məhz ehsan məclislərinin keçirildiyi məkanlardır. Məlumdur ki, yas mərasimlərində aşırı ehsan verilməsi ənənəsi də son illərin meydana çıxan yanlış təzahürlərindəndir.

Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə bildirdi ki, mövcud yas məclislərində müsbət tərəflər də var, mənfi tərəflər də:"Müsbət odur ki, vəfat edən adamın yaxınları, qohumları, qonşuları toplaşır, ölü sahibinə mənəvi dəstək olur, təsəlli verir, dəfn zamanı məzarlığa qədər müşaiyət edir. Çünki bəzi Qərb ölkələrində belə ənənələr yoxdur. Hətta elə yerlər var ki, ölünü bir neçə ailə üzvündən və yalnız xüsusi dəfn bürosu işçilərindən başqa müşayiət edən, dəfnə aparan olmur. Yəni sosial, mənəvi bağlar zəifdir. Amma xalqımızın yüksək hissiyyatı, qohumluq bağlarına sadiqliyi hər zaman özünü göstərir və dar gündə həmişə toplaşıb dərdə, qəmə düçar olanın yanında durur. Fəqət mənfi yönlər isə odur ki, bu toplanışları təsəlli, təskinlik, mənəvi dayaq tərəfindən yayındırıb qonaqlıq, yemək süfrələri, israfçılıq, yas sahibinə yük olmaq kimi xoşagəlməz hallarla təhrif ediblər. Yas sahibinə ərzaq, yemək, maddi dəstək aparmaqdansa gedib daha da ona yük olurlar. Əslində isə dəfələrlə demişik ki, yas evində yemək bişməz, əksinə, onlara yemək aparılar. Çoxu da borca, kreditə düşür ki, gələnlərə yemək verməsəm qınağa tuş gələcəm. Şükür Allaha ki, artıq dövlətin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirməsi və ziyalıların, ağsaqqalların tövsiyəsi ilə təmtəraqlı, dəbdəbəli yas mərasimləri ləğv edilir. Yüngül qəlyanaltı ilə kifayətlənmək lazımdır. Artıq heç nəyə ehtiyac yoxdur. Dəftər qoyub borc siyahı yazmağa da ehtiyac yoxdur. Bir qapalı qab olmalıdır. Gələnlərdən imkanı olan, gücü çatan ora yardım atmalıdır. Başqası da bilməməlidir ki, o nə qədər dəstək verdi. Yas sahibinin boynuna da minnət düşməz. Amma dəftər o deməkdir ki, yasa gəlib yeyənlər yediyinin qiymətini, dəyərini yazdırır. Yaxud yas sahibinə borc verir ki, sən də mənim yasımda gəlib qaytararsan. Bu heç bir müsəlman ölkəsində yoxdur".

"Mütləq dövlət qanun qəbul etməlidir"

Bunun Sovet vaxtı dəbə düşdüyünü deyən T.İrfan qeyd etdi ki, əvvəllər belə şeylər olmayıb. İlahiyyatçının sözlərinə görə, sini, yaxud sandıqca qoyublar qapının ağzına, başsağlığına gələnlər çıxanda oraya müəyyən məbləğdə dəstək məqsədilə pul atıblar:"Yaxud insanlar ərzaq, qənd, çay, düyü aparıblar.

Məzar daşları da sadə və standart olub. Əski qəbiristanlıqlarda görürük ki, adi, sadə və şəkilsiz daşlar qoyulub. Eyni ölçüdə və eyni formada. Sonradan insanlar şöhrətə uyub məzarlıqda da bəhsə giriblər, bahalı daşlar qoymağa başlayıblar. Dinimizə görə ümumiyyətlə hündür baş daşları qoymaq olmaz. Hətta qoyulsa belə, şəkil, təmtəraq olmaz. Daş sadəcə nişangah üçündür. Heç bütpərəstlər belə bizdəki kimi böyük daşlar qoymur. Hazırda nə israfçı ehsan məclisləri, nə də bahalı qəbir daşları xalqımızın qədim adətlərinə uyğundur. Əvvəllər heç biri olmayıb. Təbliğat, təşviqat, maarifləndirmə yolu ilə bunların qarşısı alınmasa mütləq dövlət qanun qəbul etməlidir. Qəbir daşları standart olmalıdır, özü də məcburi. Yas yerində də ehsan adı ilə qonaqlıq təşkil etmək rəsmən qadağan olunmalıdır. Ona görə ki, bu əməllərə dinimizə və milli adətlərimizə, mənəvi dəyərlərimizə tamamilə ziddir. İnsanların əziyyətə, borca düşməsinə səbəb olur. Əlavə sosial problemlərinin yaranmasına gətirib çıxarır".

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ