Slovakiyada doğum səviyyəsinin stimullaşdırılması və gənc ailələrin dəstəklənməsi üçün genişmiqyaslı dövlət proqramına start verilib. Təşəbbüs uşağın doğulması zamanı maliyyə ödənişlərini, mənzil subsidiyalarını və valideynlər üçün vergi güzəştlərini əhatə edir. Hökumətin planına əsasən, ilk övladının doğulduğu hər ailəyə 5 min avro birdəfəlik müavinət veriləcək. Məbləğ ikinci və sonrakı uşaqların doğulması ilə artacaq. Güzəştli ipoteka kreditləri və hamiləliyə görə uzadılmış müavinətlər də tətbiq edilir.
Slovakiyanın əmək və sosial məsələlər naziri qeyd edib ki, bu tədbirlər demoqrafik tənəzzülü yumşaltmağa və ailələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaratmağa yönəlib. Proqram beş il üçün nəzərdə tutulub və onun büdcəsi 90 milyon avrodan çoxdur.
Mətləb Salahov