Cümə günü, 02 oktyabr 2026
     

Azad edilmiş ərazilərdə həyat yenidən qaynayır...

Image


Məlum olduğu kimi, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız ordumuzun rəşadəti, xalqımızın birliyi və dövlətimizin siyasi iradəsi nəticəsində azad olundu.

Lakin hərbi qələbə yalnız başlanğıc idi. Qarşıda duran əsas vəzifə bu torpaqlara həyatın yenidən qaytarılması, əhalinin təhlükəsiz və layiqli şəkildə geri dönməsini təmin etmək idi. Bu məqsədlə Azərbaycan dövləti “Böyük Qayıdış” adlanan genişmiqyaslı proqram həyata keçirməyə başladı və artıq çoxsayl nailiyyətlərə də imza atılıb.

Qarabağda və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır

Elə bu günlərdə Xocalı rayonunun Xanyurdu kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb, açarlar sakinlərə təqdim olunub.

Qeyd edək ki, Xanyurdu kəndinə ilk mərhələdə 33 ailə və ya 122 nəfər, bu mərhələdə isə 19 ailə və ya 62 nəfər köçürülüb. Bununla da kəndə köçürülən ailələrin sayı 52-yə və ya 184 nəfərə çatıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır. Amma gələn ilin sonun abu rəqəm dəfələrlə artacaq. Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə demək olar ki, əsas infrastruktur layihələrin başa çatdırıb. Bu da köç prosesinin dah sürətlə həyata keçrilməsinə imkan verir. Hazırda bu məqsdələ inşa edilən evlərin sayı da sürətlə artır. Məsələn, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair 1-ci dövlət proqramına uyğun olaraq Ağdam şəhərinədə 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi bildirir ki, həmin məhəllələrdə tikinti işləri davam edir: "Ötən ilin may ayının 2-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində 2-ci yaşayış məhəlləsinin təməli qoyulub. Hazırda 2- ci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir. 2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-ı isə qeyri-yaşayış binalarıdır. Bu məhəllədə 1268 mənzil olacaq. Bu məhəllədəki binalarda 114 ədəd 1 otaqlı, 464 ədəd 2 otaqlı, 536 ədəd 3 otaqlı, 154 ədəd 4 otaqlı mənzillər olacaq. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq". Onu da qeyd edək ki, bu il keçmiş məcburi köçkünlərin yeni ərazilərə köçürülməsi də planlaşdırılır. Məsələn, 2025-ci ildə Kəlbəcər rayonuna da köç olacağı gözlənilir. Böyük Qayıdış çərçivəsində Kəlbəcərə ilk dəfə 81 ailə köçəcək. Artıq ailələrin hansı binada və mənzildə yaşayacağı ilə bağlı püşkatma keçirilib.

Mina problemi həll edilir, qayıdış prosesi sürətlənir

Böyük Qayıdış təkcə əhalinin köçürülməsi prosesi deyil, həm də işğaldan azad olunmuş torpaqların tam bərpası, sosial-iqtisadi inkişafının təmin olunması, infrastrukturun yenidən qurulması, mədəni və ekoloji dirçəliş proqramıdır. Dövlətin əsas məqsədi bu əraziləri yenidən ölkənin iqtisadi, mədəni və turizm xəritəsinə daxil etmək, burada müasir və dayanıqlı yaşayış mühitləri yaratmaqdır.

Strateji baxımdan, Böyük Qayıdış Qarabağın Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına tam inteqrasiyasını təmin etməklə yanaşı, bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Bu, həm də Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsi, öz doğma yurd-yuvalarına qayıtması deməkdir. İşğal dövründə azad olunmuş ərazilər tamamilə dağıdılmış, şəhər və kəndlər viran qoyulmuşdu. Buna görə də ilk mərhələdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirildi. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının tikilməsi bölgənin həm iqtisadi, həm də turizm potensialını artırdı. Şuşa, Ağdam, Cəbrayıl, Kəlbəcər və digər rayonlarda yollar, körpülər, elektrik və qaz xətləri, su təchizatı sistemləri əsasən yenidən quruldu və proses davam edir. Azad olunmuş torpaqlar zəngin təbii sərvətləri, münbit torpaqları və turizm imkanları ilə Azərbaycanın iqtisadiyyatına böyük töhfə verir. Kənd təsərrüfatı üçün geniş ərazilərin istifadəyə verilməsi, suvarma sistemlərinin yenidən qurulması, həm daxili bazara, həm də ixrac imkanlarına müsbət təsir göstərəcək. Eyni zamanda, mədənçilik, alternativ enerji və ekoturizm sahələri də prioritet istiqamətlər sırasındadır. Xüsusən Kəlbəcər və Laçın rayonlarında bərpa olunan enerji layihələri icra olunur, su elektrik stansiyaları və günəş panelləri quraşdırılır. Onu da qeyd edək ki, Böyük Qayıdış planı mərhələli şəkildə həyata keçirilir. İlk olaraq, təhlükəsizlik məsələləri, xüsusən də minaların təmizlənməsi başlıca prioritetdir. Bu sahədə böyük işlər görülür, minlərlə hektar ərazi minalardan təmizlənərək yaşayış və təsərrüfat üçün yararlı hala gətirilir. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və bir neçə özəl şirkət həyata keçirir. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı may ayında açıqladığı hesabata görə, müharibənin başa çatdığı beş il ərzində - 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 204 min 763 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları nəticəsində təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı ərazilərin də mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndiyi müəyyən olunub. ərazilər təmizləndikcə, köç prosesi də sürətlənir.

Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ