Qazaxıstan hökuməti Xəzər dənizinin ekoloji problemlərinin araşdırılması məqsədilə dövlət ehtiyatından 305 milyon tenge (təxminən 560 min ABŞ dolları) vəsait ayırıb. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirir ki, bu maliyyə vəsaiti Qazaxıstanın Xəzər Dənizi Elmi Tədqiqat İnstitutuna veriləcək.
Vəsait institutun inkişafına, həmçinin hidrobiologiya, hidrokimya, hidrometeorologiya və peyk monitorinqi laboratoriyalarında aparılan tədqiqatların davam etdirilməsinə sərf olunacaq.
Mətləb Salahov