Cümə günü, 02 oktyabr 2026
     

“Tarixi şəxsiyyətlər” jurnalı 20 illiyini qeyd edir... - MÜSAHİBƏ

Image


Xəlil Qarəhmədov: “Bu jurnalla dünyanın 35 ölkəsində Azərbaycanı təmsil etmişəm”

“Dünyanın 10-a yaxın ölkəsinin prezidentləri və baş nazirləri ilə görüşmüşəm”

Çağdaş jurnallar arasında öz dəst-xətti, uzunömürlülüyü ilə seçilən “Tarixi şəxsiyyətlər” jurnalının 20 illik yubileyidir. Müsahibimiz jurnalın yaradıcısı və baş redaktoru Xəlil Qarəhmədovdur.

- Siz “Tarixi şəxsiyyətlər” jurnalından əvvəl “Dahi” adlı jurnal və eyni adlı qəzet də buraxdınız. Qəzet-jurnal nəşr etmək istəyiniz hardan qaynaqlandı?

- Bu, ilk növbədə ulu öndər Heydər Əliyevə olan şəksiz sevgimizdən, vurğunluğumuzdan irəli gələn məsələdir. Jurnalistikadan uzaq bir insan idim, amma 20 il əvvəl bu sahəyə qədəm qoydum. Bir təşkilatçı olaraq bu işləri boynuma götürdüm və işlədiyim təşkilatın maliyyəsi hesabına bu nəşrlər ərsəyə gəldi. Azərbaycanda rəngli formatda çıxan ilk qəzet mənə məxsus “Dahi” qəzeti olub. Çox baha qiymətə xaricdən kağız gətirdik və bu qəzeti nəşr etdik. Bütün bunlara çox çətinliklə nail oldum. Bu qəzet respublikada əl-əl gəzirdi. Təvəzökarlıqdan uzaq olsa da deməliyəm ki, o dövrdə hətta dövlət qəzetləri də rəngli çıxmırdı. Bu, ulu öndərə olan sonsuz sevgi və hörmətimin təzahürü idi. Bizim Ədliyyə Nazirliyində aldığımız qeydiyyata görə “Dahi” həm qəzet, həm də jurnal kimi təsis edilib nəşr olundu.

- 20 ildir ki, “Tarixi şəxsiyyətlər” jurnalı nəşr olunur. Çox gözəl tərtibatda, maraqlı məzmuna malik jurnallar çıxdı, amma çoxu uzunömürlü olmadı. Siz həm təsisçisi, həm də baş redaktoru olduğunuz “Tarixi şəxsiyyətlər” jurnalının nəşrini hansı çətinliklər bahasına davam etdirə bildiniz?

- 2005-ci ildən bugünə qədər “Tarixi şəxsiyyətlər” jurnalı kimi ardıcıl, stabil nəşr olunan ikinci bir müstəqil jurnal yoxdur. Bu jurnal üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunur.

Bilirsiz ki, o vaxt bu cür texniki imkanlar yox idi, internet bu qədər tərəqqi etməmişdi. Jurnalın uzunömürlü olmasına gəlincə, buna böyük çətinliklə nail olmuşuq. Burda peşəkar komandanın zəhmətini və dostlarımızın dəstəyini qeyd etmək yerinə düşərdi. Bu jurnalı fədakar əməyimizin nəticəsində 20 ildir yaşadırıq. Maliyyə çətinliyimiz var. Jurnalın nəşrini “Hacı Xəlil” MMC maliyyələşdirir. Dövlətə vergi ödəyən bu təşkilatın əldə etdiyi vəsait, eyni zamanda sponsorların və reklamvericilərin hesabına nəşri davam etdiririk.

- Çətinlikləriniz nədir?

- Əsas problemimiz iqtisadi çətinliklə bağlıdır. Çox çətinlik çəkirik. Bu çox ağır və zəhmətli işdir. Dövlət bir sıra mətbu orqanlara maliyyə dəstəyi göstərir, onların ayaqda durmasına dəstək verir. Arzu edərdim ki, “Tarixi şəxsiyyətlər” jurnalından da dövlət öz dəstəyini əsirgəməsin, buna ciddi ehtiyacımız var. Azərbaycanda çoxsaylı qəzetlər çıxsa da, nəşr olunan jurnalların sayı azdır. Bu baxımdan hesab edirəm ki, jurnallara da maliyyə dəstəyinin göstərilməsi çox yaxşı olardı.

- Bu jurnalı nəşr edəndə məqsədiniz nə idi?

- Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırmaq istəyirdik. Jurnalın bir neçə dildə nəşr edilməsi də bu qayəyə xidmət edirdi. Haqq səsimizi beynəlxalq aləmə yaymaq üçün Xarici İşlər Nazirliyi ilə bağladığımız müqaviləyə əsasən səfirliklər, o zaman yeni formalaşan Diaspor Komitəsi vasitəsilə jurnalın nüsxələrini müxtəlif xarici ölkələrə göndərirdik. Bu jurnalla dünyanın 35 ölkəsində Azərbaycanı təmsil etmişəm və müxtəlif ölkələrdə jurnalın çox möhtəşəm təqdimat mərasimləri keçirilib. Jurnalın ilk sayını ulu öndər Heydər Əliyevlə həsr etmişdik. 2004-cü ildən nəşrə başladıq, 2005-ci ildən isə jurnal davamlı şəkildə nəşr olunur. Odur ki, 2025-ci ildə “Tarixi şəxsiyyətlər” jurnalının 20 illiyini qeyd edirik. Azərbaycan Mətbuat Şurasında jurnalın 20 illiyi yüksək qeyd edildi, Şura bizi mükafatlandırdı. 20 ildir ki, davamlı olaraq nəşr olunuruq.

- Bəs jurnaldakı məqalələrin tərcüməsi sahəsində çətinliyiniz olmur ki?

- Könüllü tərcümə edənlər də olur, ödəniş yolu ilə edənlər də. Mən özüm rus və ingilis dillərini də bildiyim üçün tərcümə sahəsində elə də ciddi problemimiz olmur.

- İndiyə qədər “Tarixi şəxsiyyətlər”in neçə sayı çıxıb?

- 60-dan artıq sayımız nəşr olunub. Növbəti sayımız da nəşr ərəfəsindədir.

- Jurnalın saylarını necə yayırsınız?

– Əsasən səfirliklərə, dövlət qurumlarına, təhsil müəssilərinə, bir sözlə, çox yerə hədiyyə edirik, göndəririk. Satışımız yoxdur, bu da, dediyim kimi, bizə ciddi maliyyə çətinliyi yaşadır. Bu baxımdan deyirəm ki, dövlətin maliyyə dəstəyinə ehtiyacımız var.

- Bu jurnalın hər sayı bir tarixi şəxsiyyətə həsr olunur, bir sözlə, jurnalın mövzu coğrafiyası çox genişdir...İndiyə qədər haqqında jurnal buraxdığınız tarixi şəxsiyyətlərdən, dövlət xadimlərindən, siyasilərdən kimlərlə şəxsən görüşübsünüz?

- Biz dünyanın hər qitəsindən yazırıq. Çox tarixi şəxsiyyətlərlə görüşmüşəm. Xatirələrimiz yazmışam və kitab çap etdirəcəyəm. Dünyanın 10-a yaxın ölkəsinin prezidentləri və baş nazirləri ilə görüşmüşəm. Onların hər birinin mənim ürəyimdə öz xatirəsi var. Maraqlı keçən tədbirlər, qəbullar, görüşlər unudulmazdı. Bu ilk növbədə Azərbaycana verilən böyük dəyərin, marağın təzahürüdür, eyni zamanda da jurnalımıza bəslənən məhəbbətin, diqqətin göstəricisidir.

- Kiminsə adını çəkmək olmazmı?

- İndiki kimi xatırlayıram, Serbiyanın prezidenti Boris Tadiç ölkəsinin Azərbaycandakı ovaxtkı səfiri ilə birgə məni qəbul etdi. Bu görüş keçmiş səfir üçün düşərli oldu, o, sonra xarici işlər nazirinin müavini təyin edildi. Ölkəsini çox sevən bir insan idi, Azərbaycanda üç il səfir oldu. Jurnalın Özbəkistana həsr etdiyimiz sayının təqimatı bu yaxınlarda paytaxt Daşkənddə keçirildi. Təqdimat mərasimində Özbəkistanın baş naziri və 14 nazir iştirak etdi. Özbəkistanın bütün dövlət televizyaları bu təqdimatı çox geniş şəkildə işıqlandırdı. Qardaş ölkənin baş naziri və xarici işlər naziri məni qəbul etdilər, təqdim etdiyim ödülü prezidentə çatdıracaqlarına söz verdilər. Belə hadisələr çoxdur...Siz bütün bunları geniş şəkildə xatirələrimdə oxuya biləcəksiniz.

- Bu jurnalın üç dildə çap olunmasının sizcə hansı üstünlükləri var?

- Bu bizə dünyaya çıxış qazandırır. Biz bu barədə çox düşündük. Azərbaycan dilində çap olunan mətbuat ölkəmizin sərhədlərindən kənara çıxmır, amma rus dilinin imkanları, auditoriyası böyük olduğu üçün bu dil vasitəsilə səsimizi daha çox yerə çatdıra bilirik.

- Əsasən hansı mövzulara üstünlük verirsiniz?

- Biz tarixi şəxsiyyətlərin həyatları, fəaliyyətləri, gördüyü işlərlə yanaşı həm də onun aid olduğu ölkənin yaranmasından, tarixindən, mədəniyyətindən, iqtisadiyyatından, coğrafiyasından və sairdən yazırıq. Bir sözlə, o ölkənin tam mənzərəsini, eyni zamanda da Azərbaycanla həmin dövlətlər arasındakı əlaqələri təqdim edirik. Bununla da həmin ölkələrdə Azərbaycanla bağlı rəy formalaşdırırıq. Bu bir bilgi jurnalıdır, maarifləndirici xarakter daşıyır.

- Jurnalın saytı varmı?

- Var idi. Təəssüf ki, maliyyə çətinliyi üzündən bağlandı.

- Yeni planlarınız nədir?

- Azərbaycanı daha yüksək səviyyədə təbliğ etmək, Azərbaycan həqiqətlərini dünyaya yaymaqdır. Azərbaycan deyəndə bu müqəddəs torpağımızın gözəlliyi, insanlarımızın əzəməti, qalib dövlətimizin qüdrəti göz önünə gəlir. Biz 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərlə dünya tarixinə adımızı yenidən yazdıq. Bütün dünya Azərbaycanın gözəlliyinə, əzəmətinə heyran kəsilib.

Azərbaycan deyəndə, böyük zallarda dövlət himnimiz səslənəndə 400-500 nəfərlik auditoriya ayağa durursa bundan çox qürurlanıram. Bir neçə gün əvvəl dünyanın bir nömrəli dövlətində-ABŞ-da, dünyanın bir nömrəli paytaxtında - Vaşinqtonda, dünyanın bir nömrəli ofisində - Ağ Evdə Azərbaycanın adının səslənməsini, Azərbaycan Bayrağının dalğalanmasını, Azərbaycan Prezidentinin möhtəşəm çıxışını görmək, eşitmək həqiqətən də qürurvericidir.

Mən jurnalın iki sayını ulu öndərə həsr etmişəm, Heydər Əliyevin 90 illiyi və 101 illiyi münasibətilə xüsusi buraxlış çap etmişəm. Jurnalın 4 sayını Prezidentimizin siyasətinə, möhtəşəm qələbəmizə, Birinci vitse-prezident Mehriban Əliyevanın ad günü ərəfəsində jurnalımızın bir sayını ona həsr etmişik. Tahir Salahovdan tutmuş, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə, akademik Akif Əlizadəyə və başqa görkəmli şəxsiyyətlərə jurnal həsr etmişik. Azərbaycanın məşhur şəxsləri, dünya çapında tanınan azərbaycanlılar haqqında jurnallar çap etmişik. Jurnalın növbəti sayı xalq yazıçısı Anara həsr olunub.

Tirajımıza gəlincə, bu, maliyyə vəsaiti ilə bağlı olan haldır. Minimum tirajımız 500, maksimum tirajımız isə 2000 nüsxə olub. İmkanlarımız çərçivəsində jurnalı çap edirik. Jurnalımıza maraq çox böyükdür, mövzularımız əsasən oxucuların fikirlərinə, arzularına uyğun formalaşır. Bundan əlavə, dünyada tanınan şəxsiyyətlər haqda da yazırıq. Jurnalımızın iki sayını Türkiyə prezidenti hörmətli Rəcəb Taib Ərdoğana həsr etdik, bu sayların hər biri onun kitabxanasındadır.

- Jurnalın adı necə yarandı? Niyə məhz “Tarixi şəxsiyyətlər” adını seçdiniz?

- Bu ad dünya çapında ilk dəfə bizdə işlədilib. Dünyada bu adda ikinci bir jurnal yoxdur. Uzun axtarışdan sonra bu adın üstündə dayandıq. İdeya müəllifi özüməm.

Düz 20 ildən çoxdur ki, oxucularlayıq. Dediyim kimi də jurnalın 20 illiyi Mətbuat Şurasında yüksək səviyyədə qeyd edildi, buna görə Şura rəhbərliyinə təşəkkür edirəm. Müəyyən qurumlarda da yibileyimiz keçirildi, ayrı-ayrı təşkilatlardan, QHT-lərdən təbrik məktubları aldıq.

Bu il jurnalın 20 illiyidir, qarşıdan gələn il də mənim 70 illiyimdir və ümid edirəm ki, dövlətimizin mənə nəzər-diqqəti olacaq, məni unutmayacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ