Cümə günü, 14 avqust 2026
     

"Vətəndaş Tribunası" İctimai Birliyi Naxçıvan MR-də layihə tədbirlərinə başladı

Image


“Vətəndaş Tribunası” İctimai Birliyi icra etdiyi “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər keçirməyə başlayıb. İlk tədbir 12 avqust 2025-ci ildə Şərur Rayon Olimpiya Mərkəzində yerli fəalların, rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri və qazilərin, media və yaradıcı təşkilatların təmsilçilərinin iştirakı ilə baş tutub. Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi sayğı duruşu ilə yad edilib.

Görüşü giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdir müavini Kamal İsmayılov layihə mövzusunun müasir dövr üçün aktuallığını qeyd edərək deyib ki, rayon ictimaiyyəti, yerli fəallar müasir internet imkanlarından faydalanaraq, Azərbaycan dövlətçiliyinə qarşı kənar qüvvələrin apardığı təbliğata heç zaman biganə qalmır və milli dəyərlərimizi müdafiə etməklə, əslində, milli, mənəvi və tarixi həqiqətləri müdafiə etmiş olurlar.

Tədbirdə məruzə ilə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri yazıçı Səfər Alışarlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihənin donoru haqqında məlumat verdikdən sonra sosial mediada Azərbaycana qarşı aparılan hibrid təbliğat müharibəsinin səbəblərini, forma və niyyətlərini açıqladı. O qeyd etdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra qonşu dövlətlər – Ermənistan, İran, Rusiya, eləcə də bir sıra Avropa dövlətləri ölkəmizə qarşı güclü anti-təbliğat fəaliyyətinə başladılar. Regionda Azərbaycanı həmişə zəif, Rusiyadan asılı bir xammal mənbəyi kimi görmək istəyən bu qüvvələr Azərbaycanın güclü dövlət iradəsi ilə barışmaq istəmir, onun Türkiyə və Orta Asiya dövlətləri ilə birlikdə reallaşdırdığı iqtisadi, logistik, mədəni və başqa layihələrə mane olmağa çalışırlar. İndi düşmən qüvvələrin Azərbaycana qarşı fəallaşmasının əsas səbəblərindən biri də kənar dövlətlərin iştirakı olmadan Ermənistanla sülh müqaviləsi haqda razılığın əldə edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı fikir ayrılığının olmamasıdır. Natiq vurğulayıb ki, 25 dekabr 2024-cü ildə Qroznu səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması və Yekaterinburq şəhərində Azərbaycan diasporuna qarşı Rusiya güc strukturlarının həyata keçirdiyi kütləvi zorakılıq tədbirləri ilə bağlı Azərbaycan dövlətinin beynəlxalq qanunlara uyğun haqlı tələbləri bu ölkədə yeni anti-təbliğat dalğası yaradıb. Prezident İlham Əliyev bu məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini 3-cü Şuşa Beynəlxalq Media Forumunda bütün dünya ictimaiyyətinə bir daha açıqlayaraq dedi ki, təyyarənin vurulması ilə bağlı bütün sübut və sənədləri toplamış Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Rusiya kütləvi informasiya vasitələrində və sosial mediada gecə-gündüz Azərbaycanın əleyhinə təbliğat aparılır, ölkəmizə, xalqımıza və tariximizə qarşı hər cür şər-böhtan yayılır. Bu təhdidlərin istər rəsmi qaynaqlarda, istərsə də sosial mediada cavabsız buraxılmamasının vacibliyini bildirən S.Alışarlı yerli media təmsilçilərini və bütün sosial şəbəkə iştirakçılarını fəallığa çağırıb.

Tədbirdə daha bir məruzə ilə çıxış edən AMEA Folklor İnstitutunun şöbə müdiri professor Əfzələddin Əsgər Azərbaycanın, o cümlədən ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə təsiri və qarşılıqlı faydalanması haqda danışaraq qeyd etdi ki, mədəniyyət nümunələrimizin ermənilər və digər qonşular tərəfindən oğurlanıb özünüküləşdirməsi halları geniş yayılmışdır. Ə.Əsgər bu neqativ təzahürlərlə mübarizədə sanballı elmi sübutların ortaya qoyulmasının vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən sosial şəbəkə istifadəçiləri İsmayıl Xəlilov, Ələddin Eyvazov, Eldəniz Əliyev və başqaları Azərbaycana və dövlətçiliyimizə qarşı aparılan düşmən təbliğatı ilə mübarizədə ictimaiyyətin, sosial şəbəkə iştirakçılarının səfərbərliyinin gücləndirilməsi haqda öz fikirlərini bildirdilər.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylandı, dialoq çay süfrəsi arxasında davam etdi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ