Türkiyənin Balikesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Hallar Agentliyi (AFAD) xəbər verib.
Məlumata əsasən, zəlzələnin ocağı 11 km dərinlikdə olub.
Bildirilib ki, zəlzələ Balıkəsir vilayəti ilə yanaşı, İzmir, Kütahya, Yalova, İstanbul, Manisa, Uşak, Aydın, Əskişəhər, Sakarya, Yalova və Tekirdağda da hiss olunub.
Zəlzələ nəticəsində bir binanın uçduğu bildirilib.
Sındırgı Bələdiyyə başçısı Serkan Sakın verdiyi açıqlamaya görə,bölgədə 10 bina uçub. Bəzi bölgələrdən hələ də xəbər ala bilmədiklərini deyən bələdiyyə sədri, dağıntılar altında qalanların olduğunu, 4 nəfərin xilas edidiyini bildirib. Xilasetmə işlərinin davam etdiyini deyən nazir hələlik itkilərin olmadığını bildirib. Bir kənddə isə məscidin minarəsi uçub.
Əsas zəlzələdən qısa müddət sonra bölgədə 4.6 gücündə növbəti sarsıntı qeydə alınıb.
Daxili işlər naziri Ali Yerlikaya İstanbul və ətraf vilayətlərdən hiss olunan zəlzələ ilə bağlı AFAD, eləcə də ölkənin digər aidiyyəti qurumlarının bütün heyətlərinin dərhal əraziyə baxış işlərinə başladıqlarını bildirib. Qeyd edilib ki, hazırda hansısa mənfi hal yoxdur. Seysmik vəziyyət anbaan izlənilir.
Vətəndaşlara evlərə girməmələri ilə bağlı xəbərdarlıq edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsində paylaşım edib. Prezident bildirib ki, zəlzələnin baş verdiyi andan bütün aidiyyatı qurumlarımız tədbirlər görür və lazımi addımlar atır.
"İlk andan etibarən bütün aidiyyatı qurumlar tədbirlər görməyə başlayıb və lazımi addımlar atırlar. Biz vəziyyəti diqqətlə izləyirik. Allah ölkəmizi bütün bəlalardan qorusun", - deyə paylaşımda bildirilib.
ZÜMRÜD