Bazar ertəsi günü, 09 noyabr 2026
     

Artıq çəki Azərbaycanda da epidemik problem səviyyəsinə çatır

Image


Azərbaycan da daxil olmaqla, bu gün dünya ölkələrində dərinləşməkdə olan problem artıq çəki ilə bağlıdır. Edilən bütün xəbərdarlıqlara baxmayaraq, bu problemin miqyası böyüməkdə davam edir.

Hətta bu günlərdə Ümumdünya Piylənmə Federasiyası, heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun piylənmə və ya artıq çəkili kimi təsnif ediləcəyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  məlumatına görə, dünyada 1 milyarddan çox insan artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu insanların 650 milyonu yetkin, 340 milyonu gənc, 39 milyonu isə uşaqdır. 

Yeri gəlmişkən qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi region ölkələrində artıq çəki problemi barədə araşdırma aparıb. Nəticədə “Avropa Piylənmə hesabatı 2022” adlı sənəd yayımlanıb. Araşdırmaya Avropa ölkələri ilə yanaşı, Mərkəzi Asiyada yerləşən ölkələr də daxildir. Tədqiqatın nəticəsi göstərir ki, son 50 ildə regionda artıq çəki problemi çoxalıb. Regionda artıq çəkidən və ya piylənmədən əziyyət çəkənlərin göstəricisi 1975-ci ildə 40 faiz olub. İndi bu rəqəm 58.7 faizə yüksəlib. Şişmanlıqdan əziyyət çəkənlərin göstərici kişilərdə 63 faiz, qadınlar arasında 54 faizdir. Belə rəqəmlər ÜST-ü bu fikrə gətirib ki, Avropa regionunda artıq çəki problemi artıq epidemiya qədər ciddi problemə çevrilib və bunun önünün kəsilməsindən ötrü təcili addımlar atılmalıdır. Belə ki, “Bədən kütlə indeksi”nin yüksək olması bir çox xəstəlik törədir. “Bədən kütlə indeksi” insanın bədən çəkisinin onun boyuna uyğun olmasını qiymətləndirən göstəricidir. Bu indeks 25-i ötdükdə şəxsin artıq çəkidən, 30-u ötdükdə isə piylənmədən əziyyət çəkdiyi sanılır. Araşdırma nəticəsində insanların sosial-iqtisadi durumunun artıq çəki məsələsinə də təsir etdiyi üzə çıxıb. Daha aşağı təhsilli əhali qrupu daha təhsilli əhali qrupu ilə müqayisədə artıq çəkidən daha çox əziyyət çəkir. ÜST koronavirus pandemiyasının da şişmanlıq problemləri olanların sayca artmasına təsir göstərdiyini düşünür. Qapanma ilə bağlı qərarlar insanların daha çox oturaq həyat tərzi yaşamasına və sağlam olmayan qidalara yönəlməsinə yol açıb. ÜST-ün araşdırdığı 53 ölkə arasında artıq çəkidən əziyyət çəkənlərin ən yüksək göstəricisi Türkiyədə qeydə alınıb. Burada yetişkin əhalinin 66.8 faizinin artıq çəki problemi var. Bu, region üzrə qeydə alınan orta göstəricidən 10 faiz yüksək rəqəmdir. Türkiyədə qadınlar arasında artıq çəki problemi daha yüksək – 69 faizdir. Ölkədə əhalinin 32.4 faizi piylənmədən əziyyət çəkir. Malta (66.4 faiz), İsrail (64.3 faiz) və Böyük Britaniya da (63.7 faiz) regionda ən çox artıq çəki problemi yaşanan ölkələr arasındadır.

Regionda artıq çəki probleminin ən az olduğu ölkələr Mərkəzi Asiya ölkələridir. Bu baxımdan, ən aşağı göstəricinin qeydə alındığı Tacikistanda əhalinin 45 faizi köklükdən əziyyət çəkir. Özbəkistanda eyni göstərici 48.2 faiz, Qırğızıstanda 48.3 faizdir. Digər ölkələrin heç birində bu rəqəm 50 faizdən az olmayıb.  ÜST-ün araşdırmasına görə, Azərbaycanda yetişkin əhalinin 53.6 faizi artıq çəkidən əziyyət çəkir. Bu, region üzrə ortalama göstəricidən (58.7 faiz) aşağı rəqəmdir. Azərbaycanda qadınlar arasında artıq çəki problemi olanların payı 54.1 faiz, kişilər arasında 52.9 faizdir. Azərbaycan araşdırmanın əhatə etdiyi 53 ölkə arasında artıq çəkili əhali payının ən az olduğu ilk 10 ölkədən biridir. Azərbaycan artıq çəkili əhali göstəricisinə görə yalnız dörd Mərkəzi Asiya ölkəsindən, Bosniya və Herseqovinadan və Moldovadan öndədir. Burada yetişkin əhalinin 19.9 faizi piylənmədən şikayətlənir. Bu göstərici ilə Azərbaycan piylənmə faizinin 20-dən az olduğu 10 ölkədən biridir. Piylənmə problemi qadınlar arasında (23.6 faiz) kişilərə (15.8 faiz) nisbətən daha çoxdur. Artıq çəki problemi qadınlar arasında daha yüksək olsa da, uşaqlar arasında oğlanlar qızları üstələyir. Azərbaycanda 5-9 yaşlarındakı uşaqların 6.7 faizi piylənmədən əziyyət çəkir. Oğlan uşaqları arasında bu göstərici 7.4 faiz, qız uşaqları arasında 5.8 faizdir. Hesabatda bildirilir ki, piylənmə və artıq çəki problemi, ən azı, 13 fərqli xərçəng növünü gəlişdirə bilir. Piylənmə hər il dünyada 200 min adamı xərçəngə düçar edir. Qurumun araşdırmasına görə, Avropa regionunda hər il 1 milyon 200 min ölüm halı məhz artıq çəki problemindən qaynaqlanır. ÜST bütün bunları nəzərə alaraq, hökumətləri artıq çəki və piylənməyə qarşı addımlar atmağa çağırıb. Bu addımlar tövsiyə edilir: Şəkərli içkilərə tətbiq edilən vergilər artırılsın; Tərkibində zərərli maddələr olan məhsulların uşaqları hədəfləyən reklamı qısıtlansın;  Sağlamlığa faydalı məhsullara subsidiya ayrılsın.  Beləliklə, əgər 20-30 il əvvəl piylənmə problemi sadəcə sağlam həyat tərzi yaşayan ayrı-ayrı adamları, həkim-dietoloqları narahat edirdisə, artıq bu gün piylənmə və artıq çəkiyə malik olanların sayının artması sağlamlıq üçün ciddi təhlükələrdən birinə çevrilib. Hətta ürək-damar sistemi və onkoloji xəstəlikləri çox vaxt bu problemlə əlaqələndirirlər. Çünki piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran səbəblərdən biridir. Xatırladaq ki, ÜST hələ 1997-ci ildə piylənməni qlobal xarakter alan bir epidemiya kimi qəbul edib. Fiziki problemlərdən başqa, piylənmə, eyni zamanda, psixoloji problemlərə də səbəb olur.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ