Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvan şəhərimizin tarixi məhəllələri - Qala, Təpəbaşı, Dəmurbulaq...

Image


İrəvan tariximizin ayrılmaz bir parçasıdır. Xalqımız zaman-zaman doğma İrəvanda gözəl binalar tikib, məhəllələr salıblar. Hər məhəllə də İrəvanın tarixində xüsusi əhəmiyyətə malik olub.

Çox təəssüf ki, sonralar İrəvana, bütövlükdə Qərbi Azərbaycana köçürülən ermənilər orada məskunlaşdıqdan sonra ortaya məlum iddialarını qoydular, bu şəhərin tarixini saxtalaşdırmağa başladılar. İrəvan şəhərinin bir neçə tarixi məhəlləsi olub ki, bu gün onların hamısının adını erməniləşdiriblər və onları bizim tariximizdən qoparmağa çalışırlar. Amma bütün tarixi mənbələrdə, arxiv sənədlərində, avropalı səyyahların səyahətnamələrində açıq qeyd olunur ki, İrəvanda hansı məhəllələr olub, onların adları necə idi, sakinləri kimlər idi.

“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında İrəvanın Qala, Təpəbaşı, Dəmirbulaq kimi məhəllələrindən danışmaq istəyirik.

Qeyd edək ki, Dəmirbulaq İrəvanın qədim məhəllələrindən biridir. 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olub (N.Əhmədli). 1831-ci ildə Dəmirbulaq məhəlləsinin təsvirini verən tədqiqatçılar vurğulayır ki, İrəvan bu hissələrdən ibarətdir:

1. Şəhər hissəsi

2. Təpəbaşı hissəsi

3. Dəmirbulaq hissəsi

Təpəbaşı hissəsinə aid olanlar:

Əhalisi: “İrəvan şəhərinin əhalisi aşağıdakı kimidir:

Azərbaycanlılar: Dəmirbulaq hissəsi - 411 ailə, 789 kişi, 806 qadın, cəmi 1.595 nəfər. İrandan köçürülən ermənilər: Dəmirbulaq hissəsi - 48 ailə, 118 kişi, 112 qadın, cəmi 230 nəfər. Dəmirbulaq hissəsindəki bütün əhali - 459 ailə, 907 kişi, 918 qadın, cəmi 1.825 nəfər; Dəmirbulaq hissəsi müharibədən daha artıq ziyan çəkib. İrəvan şəhərinin imtiyazlı əhalisi: Dəmirbulaq hissəsi - Azərbaycan türkləri: 14 bəy ailəsi, 46 kişi, 46 qadın, cəmi 92 nəfər 1 mirzə ailəsi, 1 kişi, 1 qadın, cəmi 2 nəfər 7 molla ailəsi, 13 kişi, 16 qadın, cəmi 29 nəfər 11 seyid ailəsi, 22 kişi, 19 qadın, cəmi 41 nəfər 3 dərviş ailəsi, 6 kişi, 4 qadın, cəmi 10 nəfər Ermənilərdə: 3 məlik ailləsi. 12 kişi, 10 qadın, cəmi 22 nəfər 5 bəy ailəsi, 16 kişi, 13 qadın, cəmi 29 nəfər 1 mirzə ailəsi, 1 kişi, 3 qadın, cəmi 4 nəfər 13 ruhani ailəsi, 55 kişi, 35 qadın, cəmi 90 nəfər[2][3]

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa tədqiqatlarında bu məsələyə də xüsusi diqqət yetirib və maraqlı faktlar təqdim edib. N.Mustafa yazır ki, İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: “Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı yerləşirdi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. Cəfər bəy məscidi və hamamı, həmçinin Həsənəli hamamı və Susuz karvansarayı da burada yerləşirdi.
Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. İrəvan şəhərinin qara günləri başlandı”.
N.Mustafanın qeyd etdiyinə görə, Qalanın işğalından dərhal sonra, ilk olaraq Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən 1725-ci ildə inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Alim bildirir ki, Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər. “İrəvan xanlığının süqutundan sonra Xan sarayında yeni yaradılan “Erməni vilayəti”nin inzibati binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali Azərbaycan xanlıqlarının axırıncı istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşdı. Xan sarayında qalan I Nikolay şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini orada qəbul etmişdi.
1853-cü ildə baş verən zəlzələ nəticəsində İrəvan qalasının divarları yenidən uçmuşdur. 1864-cü ildə İrəvan qalasından hərbi məqsədlər üçün istifadəyə son qoyulmuşdur. 1868-ci ildən Xan sarayının Sərdar zalında İrəvan şəhər polis idarəsi yerləşirdi. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz canişinliyi Sərdar zalının (Güzgülü salon) təmiri üçün 1867, 1871, 1874, 1880-ci illərdə vəsait ayırmışdı. 
1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdir. İrəvan şəhərinin texniki B.Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi planda şəhərdə 8 məscidin (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, Hacı Cəfər) mövcudluğu göstərilir.
Həmin dövrdə İrəvan şəhərində azərbaycanca səslənən küçə adları belə idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s”.
Alim yazır ki, İrəvanda çoxsaylı karvansaralar da mövcud olmuşdur: Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və s. Azərbaycanlılara məxsus bu karvansaraların hamısı yer üzündən silinmişdir.
“XX əsrin əvəllərinədək İrəvanın küçələri qaz və kerosin fənərləri ilə işıqlandırılırdı. 1907-ci ildə İrəvanın varlı sakini Hacı İbrahim oğlu Zəngi çayı üzərində su elektrik stansiyası tikilməsi təşəbbüsü ilə çıxış etmişdi. 1909-cu ildə şəhərin daha bir varlı azərbaycanlısı – mühəndis Xəlil bəy Qasımbəyov həmkarı Arşak Malxasyanla birgə qurduqları “Kooperasiya” şirkətinin adından su elektrik stansiyasının tikilməsi üçün şəhər idarəsinə müraciət etmişdilər.
1911-ci ildə İrəvandan təqribən 19 km məsafədən Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində Abbasqulu xanın İrəvanskinin müstəsna rolu olmuşdu. 
1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir. Lakin 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı soyqırım, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilmişdir. Məscidlərə od vurulmuş, azərbaycanlıların evləri talan və zəbt edilmişdi.
Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası və deportasiyası rəsmi Ermənistanın siyasətinin tərkib hissəsi olmuşdur. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. Göy məsciddə İrəvan şəhər Tarix Muzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi Rəssamlar İttifaqının sərgi salonuna çevrilmiş, yeganə olaraq Dəmirbulaq məscidindən başqa qalan bütün məscidlər yerlə yeksan edilmişdi. Dəmirbulaq məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı. Sərdar sarayı, İrəvan qalasının divarları sökülərək daşlarından Sahil bulvarının salınmasında istifadə edilmişdi. Köhnə şəhər massivində azərbaycanlılar yaşayan məhəllələr sökülərək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.
İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə öyünüldüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən artıq deyil. Çünki İrəvanda mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin hamısı azərbaycanlılara məxsus olduğuna görə, ermənilər onların hamısını yer üzündən silmişlər. İrəvan şəhərinin adı isə indiyədək iki dəfə dəyişdirilmişdir. Birinci dəfə rusların işğalından sonra 1828-ci ildə Erivan (Grivanğ), ikinci dəfə isə 1936-cı ildə dəyişdirilərək Yerevan (Erevan) adlandırılmışdır.
Acı reallıq odur ki, vaxtilə aborigen əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan, hazırda monoetnik erməni şəhərinə çevrilmişdir”-deyə N.Mustafa bildirir.

Bu gün İrəvan yenə də Azərbaycan türklərin şəhəridir və burada ulu babalarımızın izləri yaşayır. Tariximiz nə qədər saxtalaşdırmaya məruz qalsa da, amma heç zaman öz milli keyfiyyətini itirmir. Əlbəttə, İrəvan öz doğma sahiblərini gözləyir və çox da uzaq olmayan çağda soydaşlarımız yenidən öz yurdlarına, doğma evlərinə qayıdacaqlar. Bu gün məhv edilməkdə olan Təpə başı məhəlləsi də xilas ediləcək, Qaladan, Dəmirbulaqdan azərbaycanlıların səsi eşidiləcək, o məhəllələrin tarixi adları yenidən bərpa ediləcək. Çünki o məhəllələrin tarixi adları daşların yaddaşına hopub qalıb, insanların hafizəsindədir, arxivlərdədir və bir gün dirçələcəkləri günü gözləyirlər...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ