Bazar ertəsi günü, 09 noyabr 2026
     

Sabunçuda 13 yaşlı qız 37 yaşlı kişiyə verilir - ən müasir "şeyx nəsrullahlar" gəlir…

Image


Məlum olduğu kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb.

Məlumata görə, oxumaq istədiyi halda zorla təhsildən yayındırılan yeniyetmə sadəcə 3-cü sinfə qədər məktəbə gedə bilib. Anasının mətbuata verdiyi açıqlamaya  görə, indi qızına nişan mərasimi keçirsələr də, toy etmək üçün yetkinlik yaşına çatmağını gözləyəcəklər.

XXI əsrdə qız ibtidai təhsil alır və sonra məktəbdən çıxarılaraq ona elçi gəlməsini gözləyir. Bu hala ərazi üzrə cavabdehlik daşıyan şəxs, məktəb və ətraf susur, görməzdən gəlir. Beləliklə, erkən nikahın artmasına səbəb olunur.

  • Fatimə Hacıbəyli: “Valideynlər erkən nikaha vəsilə olmaq istədikləri və uşağı təhsildən yayındırdıqları üçün məsuliyyət daşıyır”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, cəmiyyətin əsas problemlərindən biri də azyaşlı uşaqların erkən ərə verilməsidir: “Burada günahkar tərəf valideyn və müəllim diqqətsizliyidir. Əsas problem azyaşlıların ərə verilməsi məsələsidir. Bu hallar daha çox 9, 10 və 11-ci sinifdə oxuyan şagirdlər arasında olur. Onlar artıq məktəbli sayılmır. Həmin azyaşlılarla ailə quranlar, kəbin kəsənlər cəzalandırılmalıdır. Qanunda 18 yaşdan aşağı şəxslərin ailə qurması qadağan olunub. Belə halların baş verməsinə görə aidiyyəti qurumlar cavabdehlik daşıyır. Burada məsuliyyət öncə valideynin, sonra isə müəllimin üzərinə düşür. Dərs deyən müəllimin günahı ondan ibarətdir ki, vaxtında həmin şagird dərsə gəlmədiyi haqda dövlət qarşısında məsələ qaldırmır, ərazi üzrə cavabdeh olan qurumlara məlumat vermir. Belə olduğu üçün bu gün qızlar 3-cu sinifdən çıxarılır və valideyn qızın xərcini çəkməmək üçün onu boşanmış 40 yaşlı kişiyə verir. Guya həmin ailə indi qızı nişanlayır, sonra uşaq 18 yaşına çatanda ailə quracağına razılıq verib. Uşağına düşünən ana 3-cu sinifdən qızı məktəbdən çıxarmaz, 13 yaşlı uşağı nişanlamaz. 13 yaşlı qızı nişanlayan valideynlər sərt şəkildə cəzalandırılmalıdır. Həmin valideynlər erkən nikaha vəsilə olmaq istədikləri və uşağı təhsildən yayındırdıqları üçün məsuliyyət daşıyır. Valideynlə yanaşı, azyaşlı qızla ailə qurmaq istəyən bəy də məsuliyyət daşıyır. Orta yaşlı bir kişinin qızı yaşında bir qızla ailə qurmaq istəyi isə utancveridir”.

Birlik sədri hesab edir ki, bu tip izdivaclardan qonşuların, qohumların xəbəri olur. Lakin onlar susaraq ailəyə yaxşılıq etdiklərini düşünürlər. Belə halların azalması üçün cəmiyyətin iştirakı lazımdır.

F.Hacıbəylinin sözlərinə görə, çox zaman ya iqtisadi, ya da sosial-psixoloji problemlər ailələri erkən nikaha məcbur edir: "Burada iqtisadi problemlərlə yanaşı, əhalinin sosial psixoloji vəziyyəti də mühüm rol oynayır. Xüsusilə iqtisadi problemlər bu məsələnin ən cüzi hissəsidir. Bir problem də budur ki, bizim cəmiyyətdə qızın erkən ərə getməsi normal qarşılanır. Əksər vaxtda da deyirlər ki, elə imkanları da yoxdur, evləniblər, Allah xoşbəxt eləsin! Xüsusilə rayon yerlərində aidiyyəti qurumlar tərəfindən belə cümlələr işlənir. Amma onlar əksinə, öz uşaqlarına yaşatdıqları faciənin fərqinə varmırlar. Bəzi qurumların da problemlə bağlı lazım olan işlərini görməmələri gətirib buna çıxardır. Kifayət qədər monitorinqlərin aparılması, əhalinin maarifləndirilməsi, yerində cəza tədbirinin görülməsi bu problemlərin qarşısını ala bilər. Təəssüf ki, qurumlar vaxtında bunu yerinə yetirmirlər. Hadisə baş verəndən sonra əl-ayağa düşürlər, bu da gec olur".

Həmsöhbətimiz hesab edir ki, uşağın təhsil hüququ bərpa olunmalı və məcburi nikaha təhrik edilməsinə son qoyulmalıdır: “Aidiyyatı qurumlar bu məsələdə aktivlik göstərməli və həmin uşağın həyatı o insanlardan asılı olmamalıdır”.

Ekspert onu da əlavə etdi ki, bəzi ailələr qıza təhsil vermək, ona faydalı peşə-sənət seçməkdə yol göstərmək, gələcəkdə heç kimdən asılı olmaması üçün özünün şəxsi büdcəsi və karyerası olmasına şərait yaratmaq əvəzinə, çox təəssüf ki, mentalitetdən irəli gələn erkən nikaha daxil olmağa məcbur edirlər: “Mentalitetimizdə isə "qarımış qız", "qız yükü duz yükü", "tez evlənənlə tez yuxudan duran qazanar" kimi yanlış stereotiplər hələ də qalmaqdadır. Buna bəzi valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruyacağı düşüncəsi, ailənin maddi vəziyyəti, kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri səbəb olur. Kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik, kəndlərdə kişilərin böyük şəhərlərə, başqa ölkələrə üz tutub getməsi, ailə qura bilməmək qorxusuna səbəb olması da səbəblərdən biridir. Valideynlər dərk etməlidirlər ki, 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqində ortaya çıxan vəziyyətdir. Bu kimi problemlərin həll olunması üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə tək gənclərlə deyil, müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları həm də valideynlərlə ciddi maarifləndirmə işləri aparılmalı, xüsusilə də bu maarifləndirməyə ataları cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaq. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu – cinayət olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını anlatmaqdan ibarət olmalıdır”.

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: “Ailə ilə söhbət edilib və baş tutan nişan pozulub”

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki, artıq ailə ilə söhbət edilib və baş tutan nişan pozulub: “Ailə Dövlət Qurumları tərəfindən nəzarətdə saxlanılacaq”.

Sonda onu da qeyd edək ki, haqqında danışılan 13 yaşlı qız və onun azyaşlı bacısı Sosial Xidmətlər Agentliyi tərəfindən ailədən alınaraq sosial xidmət müəssisəsinə yerləşdirilib. Orada uşaqlara sosial-psixoloji və digər xidmətlər göstəriləcək.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ